Mətbuat işçilərinə verilən dəyər
18.07.2024 [12:13]
22 İyul Azərbaycanda milli mətbuatın yaranması günüdür. 1875-ci ildə Həsən bəy Zərdabi Böyük çətinliklərdən sonra Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almış, ilk nömrəsi iyulun 22-də çapdan çıxmışdır. 2 il ərzində fəaliyyət göstərmiş "Əkinçi" qəzetinın 56 nömrəsi işıq üzü görmüş, xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkə mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra mətbuata, mətbuat işçilərinə xüsusi diqqət və qayğı ilə yanaşmış, Azərbaycan reallıqlarını, həqiqətlərini cəmiyyətə, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mətbuatın təsir gücünü yüksək qiymətləndirmişdir. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da məhz Ulu öndər imzalamışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. 1995-ci ildə qəbul edilən Konstitusiyada azad sözün və fikir azadlığının təmin edilməsi hüquqi baxımdan təsdiqlənmişdir.
Mətbuatda olan problemlərin həll edilməsi məqsədi ilə Ulu Öndər Heydər Əliyev 10-dan çox sərəncam və fərman imzalamışdır. Məhz Ümummilli liderin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunmuş, 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilmışdır. Müstəqil mətbuatın inkişafında olan əngəllərin, maneələrin ləğv edilməsi, KİV qanunvericiliyinin təkmilləşdirilməsi, mətbu orqanların inkişafı üçün onlara edilən çoxsaylı güzəştlərin tətbiq edilməsi, mətbuat işçiləri ilə görüşlərin ənənəsini yaradığı üçün Heydər Əliyev 2002-ci ildə "Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu möhtəşəm, uzaqgörən , düşünülmüş siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də mediyaya, mətbuat işçilərinə ən yüksək səviyyədə diqqət və qayğı göstərir. Dövlətimizin başçısı medianın inkişaf etdirilməsi, jurnalistlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə olduqca mühüm sərəncamlar imzalayıb.
Prezident İlham Əliyevin Kütləvi İnformasiya Vasitələrinə birdəfəlik yardımların göstərilməsi, jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında imzaladığı sərəncamlar onun mətbuat işçilərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Ölkə başçısının "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamı jurnalistlər tərəfindən böyük sevinc və rəğbətlə qarşılanıb. Mətbuat işçilərinə mənzillərin verilməsi ənənəsi isə heç bir ölkədə yoxdur.
Dövlətimizin başçısının “Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik. Xatırlayıram birinci binanın açılışında mən demişdim ki, yəqin gələcəkdə bu əraziyə “Jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer “Jurnalistlər şəhərciyi”dir, burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, biz jurnalistlərin məişət problemlərinin həlli üçün gələcəkdə əlavə tədbirlər görəcəyik”- fikirləri ölkə başçısının mətbuat işçilərinə verdiyi dəyərin təzahürüdür.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

