Sumqayıt şəhər təşkilatı Yeni Azərbaycan Partiyasının nümunəvi yerli strukturları sırasındadır
23.10.2012 [01:33]
Təşkilat yaranıb - 20 fevral 1993-cü il
Təşkilatın sədri - Asif İmaməliyev
Partiya üzvlərinin sayı - 19 min 750 nəfər
İlk partiya təşkilatlarının sayı - 311
İdarə Heyəti - 19 nəfər
Şura üzvləri - 81 nəfər
Gənclərin sayı - 9 min 209 nəfər
Qadınların sayı - 9 min 32 nəfər
Nəzarət-təftiş qrupu - 5 nəfər
Aparatın işçiləri - 11 nəfər
Yeni Azərbaycan Partiyasının (YAP) nümunəvi təşkilatlarından biri olan Sumqayıt şəhər təşkilatının 20 fevral 1993-cü ildə təsis konfransı keçirilib. Ötən dövr ərzində təşkilat fəaliyyətini xeyli genişləndirib. Nəzərə alsaq ki, Sumqayıt ölkəmizin üçüncü ən böyük şəhəridir, onda partiyanın bu yerli təşkilatının fəaliyyətinin də nə qədər məsuliyyətli olduğu aydın şəkildə özünü göstərir. Təşkilatın sədri Asif İmaməliyevin sözlərinə görə, respublika üzrə ilk olaraq YAP Sumqayıt şəhər təşkilatı üçün inzibati bina özəlləşdirilərək istifadəyə verilib. Bu hadisədən sonra demək olar ki, təşkilatın fəaliyyətində yeni mərhələ başlayıb. Qərargahla və orada çalışan şəxslərin gündəlik fəaliyyəti ilə yaxından tanış olduqda, bu reallıq bir daha özünü təsdiqləyir. Qərargahda işləmək üçün bütün şəraitin yaradıldığını bildirən A.İmaməliyev fəaliyyətlərində partiya rəhbərliyinin dəstəyini daim hiss etdiklərini və bu dəstəyin onların fəaliyyətinə stimul verdiyini qeyd edir. İlk olaraq, şəhər təşkilatının sədri statistik məlumatları diqqətimizə çatdırır. Belə ki, təşkilatın aparatında 11 nəfər ştatlı işçi çalışır, 19 min 750 nəfər partiya üzvü isə ümumilikdə 311 ərazi ilk partiya təşkilatında birləşib. Bu ilin 9 ayında isə təşkilatın sıralarına 1068 nəfər yeni üzv qəbul edilib.
İş prinsipi partiyanın Nizamnaməsi əsasında qurulub
Şəhər təşkilatının sədri iş prinsipinin partiyanın Nizamnaməsinə əsasən qurulduğunu deyir. “Biz hər ilin sonunda yeni il üçün iş planı hazırlayırıq və təşkilatın İdarə Heyətində illik fəaliyyət planı təsdiq edilir. Təşkilatımız ilboyu dövlətimiz üçün əlamətdar olan günlər və hadisələrlə bağlı tədbirlər keçirir. Eyni zamanda, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin uğurlarının əhali arasında təbliğinə xüsusi fikir veririk. Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir, bütün sahələrdə böyük nailiyyətlər qazanılır. Bizim borcumuzdur ki, həm partiyanın sıravi üzvlərini maarifləndirək, həm də onların vasitəsilə bu uğurları ictimaiyyət arasında təbliğ edək” - deyə, A.İmaməliyev vurğulayır. Onun sözlərinə görə, bu prosesdə ərazi ilk partiya təşkilatları daha fəal rol oynayır. Mütəmadi olaraq qərargahda ilk partiya təşkilatlarının rəhbərləri ilə görüşlər keçirilir, qarşıya qoyulan vəzifələrlə bağlı onlara müvafiq tövsiyə və tapşırıqlar verilir. A.İmaməliyev qeyd edir ki, təbliğat işləri təkcə YAP üzvləri arasında yox, bütün ictimaiyyət üçün aparılır. Məqsəd bitərəf insanları da partiyamızın təəssübkeşi etməkdən ibarətdir ki, buna da nail olunur. Çünki həmin insanlar da Prezidentimizin siyasətini təqdir edir və fəal şəkildə dəstəkləyirlər. Şəhər təşkilatı sədrinin sözlərinə görə, ərazi ilk partiya təşkilatları həmçinin, müxtəlif tədbirlər də keçirirlər: “Biz onların fəaliyyətini gücləndirmək üçün həmin təşkilatlarda müxtəlif layihələr reallaşdırırıq. Yəni, onları təkcə qərargahımızda keçirilən tədbirlərə dəvət etməklə kifayətlənmirik. Müxtəlif mövzulara həsr olunan tədbirlər ilk təşkilatlarda keçiriləndə, yerlərdə canlanma, fəallıq daha da artır. İlk təşkilatlarda qadınlar şurası ilə gənclər birliyi fəaliyyət göstərir. Çox sevindirici haldır ki, nəinki ilk təşkilatlar, sıravi üzvlər də bir çox təşəbbüslərlə çıxış edirlər. Bu prosesdə xüsusilə gənclər fəallıq göstərirlər”.
YAP-ın ötən 20 ildə çətin və şərəfli yol keçdiyini deyən A.İmaməliyevin sözlərinə görə, Ulü öndər Heydər Əliyevin qurucusu olduğu partiyamız hazırda ölkəmizdə alternativsiz siyasi qüvvədir.
Şəhər təşkilatında komissiyalar fəaliyyət göstərir
Sədrin verdiyi məlumata görə, şəhər təşkilatında komissiyalar fəaliyyət göstərir. Bu komissiyalar müxtəlif sahələr üzrə ölkəmizdə görülən işləri müzakirə edir və əhali arasında təbliğ edirlər. Eyni zamanda, təşkilat keçirilən bir sıra tədbirləri, çıxışları buraxılış formasında nəşr edərək partiya fəalları arasında yayır. Təşkilat sədri fəaliyyətlərində kəmiyyətə yox, keyfiyyətə üstünlük verdiklərini deyir: “Partiyamızın sıralarına üzv qəbul olunmaq üçün müraciət edənlərin sayı çoxdur. Amma biz kəmiyyətə deyil, keyfiyyətə üstünlük veririk. Biz çalışırıq ki, əqidəli insanlar YAP sıralarına qoşulsunlar. Eyni zamanda, nümunəvi gənclər partiyaya qəbul olunur. Gənclərin bir çoxu təhsilə diqqət yetirməklə yanaşı, siyasi fəallıqlarını gücləndirmək istəyirlər. Biz fəal gənclərin potensialından həmişə istifadə etməyə çalışırıq. Partiya işinə cəlb olunan gənclər məhz bacarıqlarına görə etimad qazanırlar”.
İctimaiyyətlə əlaqələrə gəlincə, A.İmaməliyev qərargahın qapılarının hər zaman insanların üzünə açıq olduğunu vurğulayır. “Qəbul saatımız yoxdur, qapımız hamının üzünə açıqdır” - deyir, təşkilat sədri. Qərargahı ziyarət edənlər isə ən müxtəlif məsələlərlə bağlı təşkilata müraciət edənlərdir. İnsanlar qərargaha gələrək ölkəmizdə həyata keçirilən siyasəti dəstəklədiyini qeyd edir, bir sıra layihələrlə bağlı təkliflər verir, eyni zamanda bəzi sosial məsələlərin həlli ilə bağlı kömək istəyirlər. “Biz bütün müraciətlərə diqqətlə yanaşır və hər bir insana kömək etməyə çalışırıq. Çünki, YAP xalqın partiyasıdır və insanlara xidmət etmək bizim əsas amalımızdır. Xalqımız partiyamızın qurucusu, Ulu öndər Heydər Əliyevi Azərbaycanın xilaskarı kimi qəbul edir. Biz də öz fəaliyyətimizlə Ulu öndərimizin adını həmişə uca tutmağa çalışırıq” - deyə, sədr bildirir.
Partiyamızın tarixi müstəqillik tarixinin ayrılmaz tərkib hissəsidir
YAP Sumqayıt şəhər təşkilatının qərargahında işçilər üçün lazımi şərait mövcuddur. Qərargahın qarşısında Ulu öndər Heydər Əliyevin büstü ucaldılıb. Təşkilatın binasının birinci mərtəbəsində həmçinin, Ulu öndər Heydər Əliyevə həsr olunmuş və ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin fəaliyyətini əks etdirən foto guşə yaradılıb. Qərargah bütün zəruri texniki avadanlıqlarla təmin edilib, işçilər üçün hər cür təchiz olunmuş iş otaqları, iclas və konfrans zalları mövcuddur. Bir sözlə, fəaliyyət baxımından bu təşkilat nümunəvi və məsuliyyətli bir strukturdur.
Təşkilat sədrinin 4 müavini var: Orucəli Allahverdiyev, Fərman Kazımov, Səkinə Sadıxova və Elmar Xəlilov. Sədr müavini Orucəli Allahverdiyev hazırda 20 illik yubiley təntənəsi yaşadıqlarını deyir. O hesab edir ki, partiyanın 20 illik yubileyi təkcə YAP üzvlərinin deyil, bütün Azərbaycan xalqının bayramıdır: “Çünki partiyamızın yaşı demək olar ki, müstəqilliyimizin yaşı ilə eynidir və fəaliyyətində hər zaman dövlətçilik marağını qoruyub. Partiyamızın tarixi müstəqilliyimizin tarixinin ayrılmaz tərkib hissəsidir”.
Təşkilatda nizam-intizam məsələlərinə xüsusi fikir verilir
Təşkilatın Nəzarət-Təftiş qrupu isə 5 nəfərdən ibarətdir. NTQ-nın sədri Nigar Cəfərova da hesab edir ki, ötən 20 il ərzində YAP böyük yol keçib. Onun fikrincə, partiya çətin şəraitdə yaransa da, böyük yol qət edərək sürətlə inkişaf edib: “Bu gün partiyamız Ulu öndər Heydər Əliyevin ideyalarının ən fəal təbliğatçısıdır. YAP-da kəmiyyətə yox, keyfiyyətə və ideya-təbliğat işlərinə böyük önəm verilir. Partiyamızın gücünü artıran əsas amillər bundan ibarətdir. Mən 1998-ci ilin prezident seçkiləri kampaniyası zamanı “Motodrom”da keçirilən mitinqdə Ulu öndər Heydər Əliyevin qarşısında çıxış etmişəm, Onunla görüşmüşəm. Bu hadisə mənim həyatımın ən gözəl anı olaraq həmişə xatirimdə yaşayacaq. Bu gün Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir. Bu siyasət nəticəsində ölkəmizin bütün guşələri, o cümlədən Sumqayıt şəhəri inkişaf edir”.
NTQ sədri deyir ki, Sumqayıt şəhər təşkilatı da işini partiya Nizamnaməsi əsasında qurub. Təşkilatda nizam-intizam məsələlərinə xüsusi fikir verilir.
Qadınlar və gənclər ictimai-siyasi proseslərdə fəaldırlar
YAP Sumqayıt şəhər təşkilatı Qadınlar Şurasının sədr müavini Nəzakət Dadaşova da partiya işlərini lazımi səviyyədə yerinə yetirməyə çalışdıqlarını deyir. Onun sözlərinə görə, təşkilatda birləşən 9032 qadın ictimai-siyasi sferada fəallıq göstərirlər. Eyni zamanda, şuranın 266 ilk təşkilat üzrə strukturları fəaliyyət göstərir. Bu fəallıq digər sahələri də əhatə edir. Belə ki, Qadınlar Şurası əlamətdar günlərlə bağlı tədbirlər keçirir, eləcədə qayğıya ehtiyacı olan uşaqlara, əlil qadınlara da maddi və mənəvi qayğı göstərir.
Fəallıqdan söz düşmüşkən burada gənclərlə bağlı məsələyə toxunmamaq olmur. Çünki cəmiyyətin aparıcı qüvvəsi olan gənclər hər bir sahədə öndə getmək iqtidarındadır. Şəhər təşkilatının Gənclər Birliyinin sədri Elmar Məmmədov da deyir ki, YAP-ın gənclərinin potensialından həmişə istifadə olunur. Təşkilatda birləşən gənclər həm partiyanın təşkil etdiyi layihələrdə yaxından iştirak edir, həm də şəhər səviyyəsində müxtəlif tədbirlər keçirirlər. Hazırda Gənclər Birliyi 9209 nəfərdən ibarətdir.
YAP Sumqayıt şəhər təşkilatının gənc üzvləri partiyanın Gənclər Birliyinin tədbirlərində, o cümlədən, “Yay məktəbi” və “Qış məktəbi” layihələrində də yaxından iştirak edirlər. E.Məmmədov bu layihələrdə iştirak etmək üçün gənclərin seçimi aparılarkən fəallığa üstünlük verildiyini bildirir. Onun fikrincə, bu layihələr bütün mənalarda əhəmiyyətlidir: Belə ki, gənclər istirahət edirlər, intellektual potensiallarını artırırlar, müxtəlif mövzularda diskussiyalar təşkil edirlər, eləcə də Azərbaycanın nüfuzlu dövlət və siyasi xadimləri ilə görüşürlər. Ən əsası isə, müxtəlif bölgələrdən olan gənclərlə tanış olur və dostlaşırlar ki, bu da partiyanın bir ailə kimi daha da möhkəmlənməsinə xidmət edir. Təşkilatın Gənclər Birliyinin sədri hesab edir ki, bu, partiya rəhbərliyinin, şəxsən YAP-ın Sədri, Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısının göstəricisidir. Gənclər eyni zamanda, sosial şəbəkələrdə də fəallıq nümayiş etdirirlər.
İlk ərazi partiya təşkilatları da işlərini günün tələbləri səviyyəsində qurublar. Məsələn, Sumqayıt şəhər uşaq xəstəxanası üzrə ilk partiya təşkilatının sədri, əməkdar həkim Sehri Babayev həmişə ictimai-siyasi proseslərdə fəal olmağa çalışdıqlarını deyir. 303 üzvü olan ilk təşkilatda qadınlar şurası ilə gənclər birliyi də fəaliyyət göstərir. “Azərbaycan sürətlə inkişaf edir və görülən işləri inkar etmək olmaz. Ölkəmizin inkişafı prosesində partiyamızın özünəməxsus rolu var” - deyə, S.Babayev bildirir.
Qeyd edək ki, YAP Sumqayıt şəhər təşkilatının qərargahında çalışan şəxslər də artıq partiya işini tam şəkildə mənimsəyiblər. Aparatın təşkilat şöbəsinin müdiri Vəzirxan Ənsərov bildirir ki, hər gün iş saatı təlimatçılarla müzakirə və müvafiq iş bölgüsü ilə başlayır: “Daha sonra ilk təşkilatlarla əlaqə saxlanılır, üzvlük haqlarının yığılması ilə məşğul oluruq. Eyni zamanda, partiyaya qəbul məsələləri xüsusilə önəmlidir. Təlimatçıların hər biri təhkim olduğu ilk təşkilatlar üzrə bu işləri aparırlar. Məsuliyyətimiz seçkilər dövründə xüsusilə daha çox artır. Biz siyasi mübarizə aparırıq və bu mübarizədə partiyamızın qələbə qazanması üçün bütün gücümüz səfərbər olunur”.
Arifə Abdullayevanın rəhbərlik etdiyi ümumi şöbə isə protokol-uçot işləri ilə məşğuldur. Təşkilatın aparatında Günel Gözəlova kompüter mütəxəssisi kimi bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirir. Xanım Abdulova isə təşkilatın mühasib-təlimatçısıdır.
Ümumiyyətlə, şəhər təşkilatında çalışan təlimatçılar məhz öz bilik və bacarıqlarına görə, partiya işinə cəlb olunublar. Belə ki, təlimatçılar arasında iş bölgüsü aparılıb, kim hansı ilk təşkilatla işlədiyini bilir, tədbirlərin təşkil olunmasında hər kəs öz üzərinə düşən işi yerinə yetirməyə çalışır. Amma onu da qeyd edək ki, təlimatçılar gündəlik partiya işi ilə yanaşı, sosial şəbəkələrdə də fəal iştirak edir, dövlətimizin uğurlarını, qazanılan nailiyyətləri sosial şəbəkələr vasitəsilə dostları ilə paylaşır və təbliğ edirlər.
Bütövlükdə, YAP Sumqayıt şəhər təşkilatında işlərin sistemli şəkildə qurulması nəticə etibarilə fəaliyyətin səmərəliliyini də əhəmiyyətli dərəcədə artırır.
www.yap.org.az
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52

