Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın cəmiyyətdə nüfuzu gündən-günə artmaqdadır
01.11.2012 [00:43]
Oktyabrın 30-da Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ərazi ilk partiya təşkilatında partiyanın yaradılmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin zavodun həyətindəki heykəli önünə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra Mədəniyyət Evində işini davam etdirən tədbir Ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməklə başlayıb.
Çıxış edən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru, YAP Nizami rayon təşkilatının İH-nin üzvü Elman İsmayılov əlamətdar hadisə münasibətilə iştirakçıları təbrik edib, partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, inkişafından və bugünkü fəaliyyətindən danışıb. Natiq müstəqilliyin ilk illərində ölkədə baş verən ictimai-siyasi proseslərdən bəhs edib, partiyanın müstəqil Azərbaycan ilə bərabər addımladığını diqqətə çatdırıb.
O, bildirib ki, müstəqilliyimizin ilk illərində ölkədə baş verən ictimai-siyasi proseslər, xarici qüvvələrin təzyiqi və daxili hakimiyyət çəkişmələri Azərbaycan dövlətini parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ərazi ilk partiya təşkilatının sədri Samir Əhmədov diqqətə çatdırıb ki, hazırda üzvlərinin sayı 600 minə yaxınlaşan YAP-ın hər bir üzvü təmsil olunduğu siyasi partiyanın bu inkişafdakı rolu ilə fəxr edir. O, hazırda regionun lider dövlətinə çevrilən Azərbaycanın Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində güclənməkdə davam etdiyini vurğulayıb.
Samir Əhmədov diqqətə çatdırıb ki, Azərbaycan gəncliyi, xüsusilə də, YAP sıralarında birləşmiş gənclərimiz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləməklə yanaşı, eyni zamanda, bu siyasətin həyata keçirilməsinə və uğurlar qazanmasına hər zaman hazırdırlar.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva 20 il əvvəl partiyanın yaranması və inkişafı istiqamətində Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi çox böyük ideya-siyasi, təşkilatçılıq bacarığından danışıb, Ümummilli liderin siyasi xəttinin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü daxili və xarici siyasəti nəticəsində Azərbaycanın dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrildiyini diqqətə çatdırıb.
Millət vəkili bildirib ki, müstəqilliyinin ilk illərində Azərbaycan xalqı çox ciddi çətinliklərlə üzləşib: “Ölkənin çətin sınaqlara məruz qaldığı bir dövrdə Ümummilli lider Heydər Əliyev xalqın istək və arzularına uyğun olaraq yeni bir siyasi qüvvənin - Yeni Azərbaycan Partiyasının yaradılmasını reallığa çevirmişdir. Yarandığı ilk gündən o dövrün haqsızlıqlarına sinə gərərək sivil metodlarla mübarizə aparan YAP xalqın partiyası adını qazanmış ilk və yeganə siyasi təşkilatdır. İlk gündən mühüm addımlar atan YAP müstəqilliyimizin əbədi olmasına, dövlətçiliyimizin möhkəmlənməsinə və inkişafına xidmət edir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın cəmiyyətdə nüfuzu gündən-günə artmaqdadır. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət yürütməsi, Azərbaycanı modern dövlətə çevirməsi cəmiyyətin sağlam qüvvələrinin bu partiyaya inamını daha da artırmışdır”.
YAP rayon təşkilatının qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən söhbət açan Sədaqət Vəliyeva bildirib ki, partiyanın rayon təşkilatı öz sıralarında 9 minə yaxın siyasi həmfikiri birləşdirir.
Tədbirdə YAP-ın ictimai-siyasi həyatında fəal iştirakına görə və partiyanın 20 illiyi münasibətilə bir neçə fəal YAP Nizami rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edilib. Həmçinin, partiyaya qəbul edilmiş yeni üzvlərə vəsiqələr təqdim edilib.
Sonda YAP-ın Sədri, Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

