YAP cəmiyyətimizin alternativsiz siyasi qüvvəsidir
01.11.2012 [00:44]
Dünən Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib. İlk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daha sonra tədbiri giriş sözü ilə açan, ADİU-nun rektoru, millət vəkili, professor Şəmsəddin Hacıyev YAP-ın yaranma tarixindən və keçdiyi şərəfli yoldan bəhs edib. Millət vəkili qeyd edib ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, həm də, Cənubi Qafqazda ən böyük siyasi partiyadır: “Yeni Azərbaycan Partiyası 20 illik fəaliyyəti dövründə çətin və şərəfli yol keçib. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası hakimiyyətə gəldikdən sonra Azərbaycan xaos və anarxiyadan xilas oldu, ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olundu. Bundan sonra, dağıdılmış iqtisadiyyatımız bərpa olundu, yeni Konstitusiya qəbul edildi, siyasi-hüquqi islahatlar həyata keçirildi və ölkəmiz tərəqqi yoluna qədəm qoydu”.
Ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini bildirən millət vəkilinin sözlərinə görə, bu gün Ümummilli liderimizin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dünya miqyasında mütəmadi olaraq tərəqqi edən nüfuzlu dövlət kimi tanınır: “Prezident İlham Əliyevin inkişaf siyasəti Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında avanqard yer tutmasını şərtləndirib. Bu siyasətin əsasında insan amili dayanır və Azərbaycan güclü, müasir və nüfuzlu dövlət kimi tanınır”.
Daha sonra çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov deyib ki, Yeni Azərbaycan Partiyası çətin tarixi dövrdə yaranıb və partiyanın yaranması ictimai-siyasi zərurətdən doğub. “Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Yeni Azərbaycan Partiyası Azərbaycanı mürəkkəb vəziyyətdən xilas etdi, ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən xilas olub inkişaf yoluna qədəm qoydu. Ümummilli liderin gərgin əməyi sayəsində Azərbaycan müstəqil dövlət kimi beynəlxalq arenada da öz sözünü deyən ölkəyə çevrildi. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti həm ölkəmizin inkişafını təmin edib, həm də Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə alternativsiz siyasi qüvvə kimi qəbul edilir”, - deyə millət vəkili vurğulayıb.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bildirib ki, Yeni Azərbaycan Partiyası yaranma zərurəti, inkişaf tarixi, partiyaya rəhbərlik edən şəxslər və partiyanın tərkibi baxımından cəmiyyətimizdə fəaliyyət göstərən digər partiyalardan müsbət mənada fərqlənib: “Yeni Azərbaycan Partiyası sırf ictimai-siyasi zərurətdən yaranıb. Azərbaycanın taleyi məsələsi meydana gələrkən məhz Yeni Azərbaycan Partiyasının yaranması məsələsi ortaya çıxdı. Bəllidir ki, həmin dövrdə Azərbaycanda ictimai-siyasi vəziyyət olduqca ağır idi. Təkcə statistik bir göstəriciyə nəzər yetirmək o zamankı durumu anlamaq üçün kifayət edir. 1990-1993-cü illər ərzində Ermənistanda tək bir prezident fəaliyyət göstərirdisə, Azərbaycanda bu göstərici beşə bərabər idi. Bu vəziyyət dövlətimizə, xalqımıza kifayət qədər zərbə vurdu. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsinə qədərki zaman kəsimində fəaliyyət göstərən beş prezidentin yarıtmaz fəaliyyəti nəticəsində torpaqlarımız işğal edildi, ölkəmiz vətəndaş müharibəsi meydanına çevrildi”.
Ümummilli lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyətinin Azərbaycanda milli həmrəyliyi və bütövlüyü, ictimai-siyasi sabitliyi, sürətli inkişafı təmin etdiyini deyən YAP İcra katibinin müavini əlavə edib ki, bu gün cəmiyyətimizin hər bir sağlam düşüncəli nümayəndəsi Yeni Azərbaycan Partiyasına üz tutur: “Yeni Azərbaycan Partiyasının fəaliyyətinin uğurlu nəticələrini göstərən faktlardan biri də budur ki, partiyamız 1993-cü ildən etibarən keçirilən bütün seçkilərdə qələbə qazanıb”.
Sonda partiyaya yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24

