Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyasının ideya və prinsipləri Suraxanı rayon təşkilatının fəaliyyətinin əsasında dayanır

Yeni Azərbaycan Partiyasının ideya və prinsipləri Suraxanı rayon təşkilatının fəaliyyətinin əsasında dayanır

02.11.2012 [01:05]

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ərəfəsində partiyanın yerli strukturlarının fəaliyyətinin daha geniş işıqlandırılması və təbliği layihəsi çərçivəsində növbəti təqdimatımız Suraxanı rayon təşkilatıdır
Təşkilatın sədri - Vüqar Səməndər oğlu Seyidov
Üzvlərin sayı - 7158 nəfər
Şura üzvləri - 55 nəfər
İdarə Heyətinin üzvləri - 21 nəfər
Qadınların sayı - 3461 nəfər
Gənclərin sayı - 2804 nəfər
İlk təşkilatların sayı - 105
Təsis olunduğu tarix - 11 sentyabr 1993-cü il
YAP Suraxanı rayon təşkilatının ünvanı - Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 5A”
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı fəaliyyətini yüksək səviyyədə qurub. 1993-cü il sentyabrın 11-də təsis konfransı keçirildikdən sonra bu rayon təşkilatı ilbəil inkişaf edərək öz fəaliyyətini xeyli gücləndirib.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Səməndər oğlu Seyidovdur. Vüqar Seyidov 2004-cü ildə bu təşkilatın VI hesabat-seçki konfransı zamanı sədr seçilib. Eyni zamanda, VII və VIII konfranslarda ona bir daha etimad göstərilib.
Yeni qərargah binası maddi-texniki cəhətdən tam təmin olunub
Hal-hazırda təşkilat Qaraçuxur qəsəbəsi Cəlal Qurbanov küçəsi 5 “A” ünvanında fəaliyyət göstərir. Yeni inşa olunmuş ikimərtəbəli inzibati binada fəaliyyət üçün hər bir imkan mövcuddur. Təşkilatın qərargahı 9 işçi otaqdan, böyük akt zalından, konfrans zalından ibarətdir. Vüqar Seyidovun məlumatına görə, rayon təşkilatı özündə 105 ərazi ilk partiya təşkilatını və 7158 nəfər partiya üzvünü birləşdirir. Təşkilat üzvlərinin 3461 nəfəri qadınlar, 2804 nəfəri isə gənclərdir. Bu ilin 9 ayı ərzində isə partiya sıralarına 116 nəfər qəbul olunub. Üzvlərin 109 nəfərinin tələbə olduğunu deyən təşkilat sədri qeyd edib ki, onların da 5 nəfəri Prezident təqaüdçüsüdür.
Onu da bildirək ki, rayon təşkilatının Şurası 55, İdarə Heyəti 21 nəfərdən ibarətdir. Vüqar Seyidov deyir ki, təşkilat öz fəaliyyətini YAP -ın Proqram və Nizamnaməsi, eləcə də partiyanın İcra Katibliyinin tapşırıqları əsasında qurur: “Bizim illik iş planı təsdiq olunub, İdarə Heyətinin ayda 1, Şuranın isə rübdə 1 dəfədən az olmayaraq yığıncaqları keçirilir. Ölkədə keçirilən bütün seçkilər zamanı təşkilatın “Seçki üzrə fəaliyyət Proqramı” hazırlanır və həyata keçirilir. Partiya ilə bağlı məsələlər İdarə Heyətində müzakirə olunur və görülən işlər barədə İcra Katibliyinə məlumat verilir. Biz çalışırıq ki, YAP Mərkəzi Aparatı tərəfindən verilən tapşırıqlara vaxtında əməl edək. Ümumiyyətlə, təşkilatımız İdarə Heyətində qəbul olunan qərarlar əsasında müxtəlif tədbirlər, o cümlədən, Ulu öndər Heydər Əliyevlə bağlı, dövlət bayramları, partiyanın yubileyi ilə əlaqədar mütəmadi tədbirlər həyata keçirir”.
Təşkilat sədri bildirib ki, tədbirlərə həmçinin, sağlamlığını itirmiş insanlara xüsusi qayğı göstərilməsi, hərbi hissələrdə əsgərlərlə görüşlərin keçirilməsi, Ramazan və Qurban bayramlarında imkansız ailələrə maddi-mənəvi yardımların edilməsi və s. aiddir. Tədbirlər sırasında ən vacib məqam isə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarının ictimaiyyət arasında geniş təbliğ olunmasıdır.
O qeyd edib ki, partiyanın ideya və prinsipləri fəaliyyətimizin əsasında dayanır.
İlk təşkilatların fəaliyyəti qiymətləndirilir
Vüqar Seyidovun verdiyi məlumata görə, rayonun bütün qəsəbələrində ilk təşkilatlar fəaliyyət göstərir. Təşkilat sədri deyir ki, partiya üzvləri ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Üzvlər seçkilərin təşkil olunması, seçki komissiyalarında iştirak, təbliğat işləri və bütövlükdə keçirilən digər tədbirlərdə fəallıq göstərirlər.
Ümumiyyətlə, ilk təşkilatlarla iş yaxşı gedir. Təlimatçılar daim onlarla işləyirlər. Ərazi ilk partiya təşkilatının işi İdarə Heyətində müzakirə olunur və qiymətləndirilir. “Partiyaya üzvlərin qəbul edilməsinə də ciddi fikir verilir. Bu barədə müraciət edən insanlarla fərdi söhbətlər aparılır. Eyni zamanda, buradan köçüb gedən partiya üzvlərinin uçotlarını getdikləri əraziyə göndəririk”, - deyə Vüqar Seyidov vurğulayıb. Sədr onu da bildirir ki, İdarə Heyətinin və rayon Şurasının iclaslarında ötən dövrlərin nəticələri təhlil olunur və təşkilatın qarşısında duran vəzifələr müəyyən edilir. Qəbul edilmiş qərarlar əsasında müvafiq tədbirlər keçirilir. Bu tədbirlər isə ən müxtəlif mövzuları əhatə edir.
İctimaiyyətlə əlaqələrə gəlincə, Vüqar Seyidov bildirir ki, insanlar ən müxtəlif məsələlərlə bağlı YAP Suraxanı rayon təşkilatına müraciət edirlər. Bu müraciətlərdə görülən işlərlə əlaqədar minnətdarlıqlar olsa da, sosial məsələləri əhatə edən məqamlar da var. Rayon təşkilatı bəzi kimsəsiz, ahıl qocalara, imkansız ailələrə mütəmadi olaraq maddi yardımlar edir. Sosial məsələlərlə əlaqədar müraciətləri isə YAP rayon təşkilatı müvafiq icra strukturları ilə birgə həll edir. Təşkilat sədri, həmçinin, onu da bildirib ki, Suraxanı rayonundan Milli Məclisə deputat seçilmiş YAP üzvləri Ağacan Abiyev və Sevinc Fətəliyeva da əhalinin sosial məsələlərinin həllində fəallıq göstərirlər. Deputatlar partiyanın rayon təşkilatının təşkil etdiyi tədbirlərdə də yaxından iştirak edirlər. “Bu gün respublikamızın bütün guşələrində Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi qeyd olunur. YAP iqtidar partiyasıdır və onun gördüyü işlər göz qabağındadır. Partiyamızın Sədri cənab İlham Əliyevin ölkəmizin Prezidenti kimi həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir. Bu siyasət bütün sahələrdə böyük uğurların qazanılması ilə müşayiət olunur. Məhz bu siyasət ölkəmizi Cənubi Qafqazın lideri etməklə yanaşı, beynəlxalq müstəvidə də nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib. Ölkəmizin inkişafında partiyamızın özünəməxsus rolu var və YAP gələcəkdə də bu yöndə işlərini davam etdirəcək. Biz də çalışırıq ki, fəaliyyətimizlə partiyanın etimadını doğruldaq”, - deyə Vüqar Seyidov vurğulayıb.
Qadınlar Şurası yubiley tədbirlərinə start verib
Yeri gəlmişkən, onu da qeyd edək ki, YAP Suraxanı rayon təşkilatının 3 sədr müavini var: Solmaz Səfərova, Etibar Quliyev və Mais Məmmədov. Sədr müavini Solmaz Səfərova bildirir ki, YAP ölkənin ən güclü siyasi qüvvəsi olaraq cəmiyyətdə böyük nüfuza sahibdir: “Biz də öz fəaliyyətimizlə partiyamıza layiqli xidmət göstərməyə çalışırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət böyük nəticələr verir. Azərbaycanın inkişafı prosesində partiyamızın fəalları yaxından iştirak edirlər”.
Digər sədr müavinləri Etibar Quliyev və Mais Məmmədov da həmkarlarının fikirləri ilə həmrəy olduqlarını vurğulayıblar.
YAP Suraxanı rayon təşkilatının fəaliyyətində Qadınlar Şurası ilə Gənclər Birliyi də xüsusi rol oynayır. YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Tünzalə Süleymanova da partiya işlərini lazımi səviyyədə yerinə yetirməyə çalışdıqlarını deyir. Onun sözlərinə görə, təşkilatda birləşən qadınlar ictimai-siyasi fəallıq göstərirlər. Amma bu fəallıq digər sahələri də əhatə edir. Belə ki, təşkilatın Qadınlar Şurasının təşəbbüsü ilə mütəmadi olaraq internatlarda, uşaq evlərində görüşlər keçirilir, bu məkanların sakinlərinə maddi və mənəvi yardımlar göstərilir. “Biz YAP-ın 20 illik yubileyi ilə bağlı tədbirlərə start vermişik. Elə bu günlərdə “YAP qadınların gözü ilə” keçirilən tədbir buna sübutdur. Bu yöndə fəaliyyətimizi davam etdirəcəyik”, - deyə şura sədri bildirir.
YAP-ın gənclərinin potensialından həmişə istifadə olunur
Fəallıqdan söz düşmüşkən burada gənclərin fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Çünki cəmiyyətin aparıcı qüvvəsi olan gənclər hər bir sahədə öndə getmək iqtidarındadırlar. Rayon təşkilatının Gənclər Birliyinin sədri Zəkiyyə Musayeva deyir ki, YAP-ın gənclərinin potensialından həmişə istifadə olunur. Təşkilatda birləşən gənclər həm partiyanın təşkil etdiyi layihələrdə yaxından iştirak edir, həm də rayon səviyyəsində müxtəlif tədbirlər keçirirlər. Z.Musayeva gənclərin sosial şəbəkələrdə də fəallığını artırmaq üçün daim onlarla işləyir. O, hesab edir ki, görülən işlər müsbət nəticələr verir: “Son zamanlar gənclərimiz sosial şəbəkələrdə ölkəmizin inkişafı ilə bağlı təbliğatı gücləndiriblər. Gənclərimiz sosial şəbəkələrdə bir-birləri ilə fikir mübadiləsi aparır, bir çox məsələlərlə bağlı öz mövqelərini ortaya qoyurlar. Ümumilikdə, təşkilatımız gənclərlə iş sahəsinə böyük əhəmiyyət verir”.
“Neftçi” İdman-Sağlamlıq Mərkəzinin şöbə rəisi Elşən Kazımov da YAP Suraxanı rayon təşkilatının fəal gənclərindəndir. E.Kazımov bildirir ki, təşkilatın gənc üzvləri digər sahələrdə olduğu kimi idmanda da ciddi nailiyyətlər qazanırlar.
Təşkilatın aparatı idarə heyətinin qərarları əsasında işini qurur
Onu da bildirək ki, YAP Suraxanı rayon təşkilatında 7 nəfər ştatlı işçi çalışır. Onlardan biri aparat rəhbəri, biri baş təlimatçı, üçü təlimatçı, digərləri isə mühasib və texniki işçidir.
Təşkilatın aparat rəhbəri Fərman Rəsulovdur. Onun sözlərinə görə, aparat öz fəaliyyətini YAP -ın Nizamnaməsi və Proqramı əsasında, həmçinin rayon təşkilatı İdarə Heyətinin qərarlarına uyğun qurur. Aparat təlimatçılar arasında vəzifə bölgüləri əsasında ərazi ilk partiya təşkilatları ilə iş aparır. “Həmçinin, aparat rəhbəri kimi partiya üzvlüyünə qəbul olmaq istəyənlərlə fərdi söhbətlər aparıram. Ərazi ilk partiya təşkilatlarının yığıncaqlarında və tədbirlərində iştirak edirəm. Eyni zamanda, nəzarət-təftiş qrupu tərəfindən sənədləşmə və maliyyə işləri ilə bağlı aparılan yoxlamalara nəzarət edir, partiya üzvlük haqlarının vaxtında toplaması üçün ərazi ilk partiya təşkilat sədrləri ilə müntəzəm əlaqələr saxlayıram. Aparat xətti ilə dövlət bayramlarının, partiyanın həyatı ilə bağlı tədbirlərin təşkilinə rəhbərlik edir, keçirilən tədbirlər haqda mərkəzi qərargaha məlumatlar verirəm”, - deyən F.Rəsulov partiyanın həyata keçirdiyi rayon, şəhər və respublika səviyyəli tədbirlərdə təşkilatın fəallarının iştirakını da təşkil edir.
Baş təlimatçı Dilarə Məmmədova, təlimatçılar Kürsüm Həsənova və Samid Kələntərov isə gündəlik olaraq ilk təşkilatlarla əlaqə saxlayır, partiyaya qəbul məsələləri, üzvlük haqlarının toplanması və digər partiya işləri ilə məşğul olurlar. Təlimatçılar daim tədbirlərin keçirilməsinə diqqət yetirildiyini, ilk təşkilatlarla sıx əlaqə qurulduğunu deyirlər. Məqsəd isə ərazi ilk partiya təşkilatlarının işini daha da gücləndirməkdir. Digər təlimatçı Fəridə Həmidovanın dedikləri buna sübutdur: “Rayon təşkilatında təlimatçılar arasında 105 ərazi ilk partiya təşkilatının bölgüsü aparılıb. Həmin təşkilatlardan 15-ni səhiyyə təşkilatı təmsil edir və mənim əsas işim bu səhiyyə təşkilatları ilə əlaqə saxlamaq, üzvlük haqların toplanması ilə məşğul olmaq, bu təşkilatların keçirdiyi tədbirlərində iştirak etməkdir. Eyni zamanda, qərargahın, sədrin verdiyi tapşırıqları təşkilatlara çatdırıram, onların partiya sənədlərini yoxlamayıram. Və bundan əlavə, rayon təşkilatının məktublaşma və protokollaşma işlərini də görürəm”.
Gülənbər Kazımova isə təşkilatın aparatında mühasib vəzifəsində çalışır. O, üzvlük haqlarının yığılması, bununla əlaqədar köçürmələrin edilməsi və təşkilatın aparatında əməkhaqlarının verilməsi ilə məşğul olur.
Beləliklə, demək olar ki, YAP Suraxanı rayon təşkilatı öz işini günün tələbləri səviyyəsində qurub. Gözəl qərargah və burada yüksək işgüzar şəraitlə təmin olunmuş kollektiv fəaliyyətini partiya işinin layiqincə həyata keçirirlməsinə yönəldib.
www.yap.org.az

Paylaş:
Baxılıb: 1404 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30