/ / YAP Səbail rayon təşkilatında bütün işlər partiyanın Nizamnaməsinə və İcra Katibliyinin tövsiyələrinə uyğun həyata keçirilir
YAP Səbail rayon təşkilatında bütün işlər partiyanın Nizamnaməsinə və İcra Katibliyinin tövsiyələrinə uyğun həyata keçirilir
08.11.2012 [01:08]
Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ərəfəsində partiyanın yerli strukturlarının fəaliyyətinin daha geniş işıqlandırılması və təbliği layihəsi çərçivəsində növbəti təqdimatımız Səbail rayon təşkilatıdır
Rayon təşkilatı yaranıb- 21 fevral 1993-cü il
Təşkilatın sədri - Zahid Qaralov
Təşkilat üzvlərinin sayı - 23463
Qadınlar - 13223 nəfər
Gənclər - 15876 nəfər
Şura üzvləri - 135 nəfər
İdarə Heyətinin üzvləri - 36 nəfər
Nəzarət-Təftiş Qrupunun üzvləri - 9 nəfər
İlk təşkilatların sayı - 110
Ali təhsillilər - 11095 nəfər
Texniki təhsillilər - 6235 nəfər
Humanitar təhsillilər - 14110
Akademiklər - 2 nəfər
AMEA-nın müxbir üzvləri - 2
Elmlər doktoru- 122 nəfər
Fəlsəfə doktoru - 513 nəfər
Milli Məclisin deputatı - 12 nəfər
Bələdiyyə üzvü - 28 nəfər
Xalq artisti - 9 nəfər
Əməkdar artist - 30 nəfər
Əməkdar incəsənət xadimi - 5
Tələbələr - 11803 nəfər
Rayon təşkilatının ünvanı: Bakı şəhəri, ak.Abasqulu Abaszadə keçidi 3A
Elektron ünvan: “yap-sebail@mail.ru”
Telefonlar: 437 06 00, 437 06 03
YAP Səbail rayon təşkilatı partiyanın ən böyük yerli strukturlarından biridir. YAP İdarə Heyətinin üzvü, professor Zahid Qaralov rayon təşkilatının sədridir. Xatırladaq ki, Z.Qaralov partiyanın yaranmasında fəal iştirak edən şəxslərdən biri, ötən əsrin 90-cı illərinin əvvəlində yaradılmış Heydər Əliyevin müdafiə komitəsinin sədri olub. O dövrün ağrılı-acılı günlərinin canlı şahidi olan Z.Qaralov bildirir ki, xalqı və ölkəni belə ağır vəziyyətdən yalnız böyük siyasi və dövlət xadimi Heydər Əliyev xilas edə bilərdi. Ona görə də, bir qrup ziyalı Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün iş aparmağa başladılar. Bu insanlar Ulu öndər Heydər Əliyevi partiya yaratmağa və dövlətə sahib çıxmağa, Azərbaycanı ağır vəziyyətdən xilas etməyə çağırırdılar. Xeyli təkiddən sonra böyük öndər partiya yaratmağa və ona rəhbərlik etməyə razılıq verdi. Azərbaycanın bütün rayonlarında, şəhərlərində təşəbbüs qrupları yarandı, xüsusilə insanlar “91-lər”in məşhur müraciətini yüksək qiymətləndirdilər və bu çağırışın arxasınca getdilər.
Beləliklə, 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. “Ulu öndər Heydər Əliyev tərəfindən partiyanın 6 maddədən ibarət Nizamnaməsi hazırlanmışdı və bu Nizamnamə təsis konfransında qəbul olundu. Həmin 6 maddədən ibarət olan Nizamnamə müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərinə çevrildi. O zaman 500 nəfərin yığışıb təsis etdiyi partiya indi ümumxalq partiyasına çevrilib. Heydər Əliyev belə ifadə etmişdi ki, bizim partiya Azərbaycana yeni siyasi mühit gətirməlidir, Azərbaycanı yeniləşdirməlidir. Bu siyasi təşkilatın Yeni Azərbaycan Partiyası adlandırılması təsadüfi deyildi. Çünki yeni respublika qurulmalı idi. O dövrdə ölkəmizin əraziləri işğal olunurdu, dərin iqtisadi-siyasi böhran mövcud idi. Belə bir şəraitdə dövlətə sahib çıxmaq, xalqın çağırışına cavab vermək hər insanın bacaracağı iş deyildi. Bu məsuliyyəti Ulu öndər Heydər Əliyev öz üzərinə götürdü. Sabitlik təmin olundu, daha sonra iqtisadi inkişaf başladı. Xalqın inamı, Heydər Əliyevin iradəsi, təcrübəsi və müdrikliyi idi ki, yarandıqdan 6 ay sonra YAP hakim partiyaya çevrildi. Hazırda, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə partiyamız uğurla inkişaf edir” - deyə, təşkilat sədri qeyd edir.
Bakının mərkəzində yerləşməyimiz işimizin məsuliyyətini artırır
Azərbaycanda hər sahə üzrə yeniləşmənin müşahidə olunduğunu deyən Z.Qaralovun sözlərinə görə, elə bir sahə qalmayıb ki, orada mütərəqqilik, müasirlik, demokratik prinsiplər öz təsdiqini tapmasın: “Səbail rayonu da bu prosesin içərisində fəal iştirak edir. Bakı Azərbaycanın mərkəzidirsə, Səbail rayonu da Bakının mərkəzi hesab olunur. Təkcə mərkəzdə yerləşdiyinə görə yox, bütün aparıcı administrativ orqanlar bu rayonda yerləşir. Ona görə də, bizim rayon təşkilatının işi digərlərindən çətin və məsuliyyətlidir”.
Xatırladaq ki, YAP Səbail rayon təşkilatı 21 fevral 1993-cü ildə yaradılıb və ilk vaxtlarda təşkilat Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda yerləşib. Sonra təşkilat ayrıca qərargahla təmin olunub. İki ildir ki, rayon təşkilatı yeni inşa olunmuş binada fəaliyyət göstərir. Yeni qərargahda bütün imkanların olduğunu deyən Z.Qaralov hazırda partiyanın 20 illik yubileyinin yüksək səviyyədə qeyd edildiyini bildirib.
Təşkilatda “Biz Heydər Əliyevin elmi irsini öyrənirik” məktəbi fəaliyyət göstərir
“İş sistemimizi də partiyanın prinsipləri əsasında qurmuşuq. Hər ilin əvvəlində bütün məsələləri əhatə edən iş planı hazırlayırıq. Bu plan təşkilatın İdarə Heyətində, rayon Şurasında müzakirə olunaraq qəbul edilir. Digər qurumlar bunun əsasında öz işlərini qururlar. Təşkilatın ana xətti əhali arasında təbliğat-təşviqat işinin təşkilidir. İkinci istiqamət ilk partiya təşkilatları ilə iş aparmaq, üçüncü istiqamət yeniyetmə və bitərəf gənclərlə işdir. O cümlədən, “Biz Heydər Əliyevin elmi irsini öyrənirik” adlı məktəb yaratmışıq ki, üçüncü ildir fəaliyyət göstərir. Ölkəmizin nüfuzlu elm xadimləri, “91-lər hərəkatı”nın üzvləri, partiyanın yaranmasında xidmətləri olan insanlar burada gənclər üçün mühazirələr oxuyurlar. Gənclər böyük həvəslə bu məktəbə gəlirlər. Biz noyabrın 7-də məktəbin ikinci buraxılışının diplomlarını vermişik. Ümumiyyətlə, gənclərlə fəal iş aparılır. Məqsəd odur ki, rayon gəncləri diqqətdən kənar qalmasın. Bütün bunların nəticəsidir ki, 23 min 463 nəfərdən ibarət olan təşkilat üzvlərinin 63 faizi gənclərdən ibarətdir. Qeyd edim ki, bu ilin ötən dövrü ərzində təşkilata 455 nəfər üzv qəbul olunub ki, onların 221 nəfəri qadın, 349 nəfəri isə gəncdir. Təşkilatda vacib işlərimizdən biri də uçot qeydiyyatıdır. 20 il ərzində partiyamızın üzvlərinin sayı 600 min nəfərə yaxınlaşıb ki, onların da təxminən 50 min nəfəri Səbail rayon təşkilatında üzvlüyə qəbul edilib. Amma üzvlərin bir hissəsinin iş yerini və ya yaşayış yerini dəyişməsi ilə əlaqədər onlar müvafiq rayonun partiya təşkilatının uçotuna verilib” - deyə, Z.Qaralov bildirib.
Seçki ilində iş planı daha gərgin və məsuliyyətli olacaq
Rayon təşkilatının digər fəaliyyət istiqamətləri də rayonun büdcədən maliyyələşən orqanları ilə, mərkəzi rəhbər orqanlarla əlaqələrin qurulmasıdır. Təşkilat partiya tədbirlərinin təşkili, təsərrüfat-maliyyə işi və özəl müəssisələrlə iş, qadınlar və YAP-çı gənclərlə iş, veteranlarla iş məsələlərinə xüsusi diqqət yetirir. Eləcə də, əlamətdar günlərlə bağlı mütəmadi olaraq tədbirlər keçirilir. Z.Qaralov deyir ki, bu işlər sədr müavinləri və İdarə Heyətinin üzvləri arasında bölünüb. Onlar hər 2-3 aydan bir gördükləri işlər barədə İdarə Heyətinə məlumat verirlər. “Bütün işlərimiz partiyanın Nizamnaməsi, partiyanın mərkəzi aparatının tövsiyələrinə uyğun həyata keçirilir. Amma hesab edirəm ki, qarşıdan gələn 2013-cü ilin iş planımız daha gərgin və məsuliyyətli olacaq. Çünki gələn il seçki ilidir. Bizim öz yolumuz var ki, seçkilərdə YAP bir daha böyük qələbə qazansın. Biz bu məqsəd üçün mübarizə aparacağıq” - deyə, Z.Qaralov vurğulayıb.
Yeri gəlmişkən, YAP Səbail rayon təşkilatı sədrinin 6 müavini var: Afət Xanbabayeva, Muxtar Nağıyev, Əhliman Qarayev, Arzuman Muradlı, Xalidə Bayramova və Mehman İsmayılov.
Onu da qeyd edək ki, YAP Siyasi Şurasının üzvü, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov həm də YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvüdür. O rayon təşkilatının işində fəallığı ilə seçilir.
Afət Xanbabayeva: Ölkəmizin çətin dövründə yaranan partiyamızın qiyməti çox böyükdür
YAP-ın ötən illər ərzində böyük yol keçdiyini deyən sədr müavini Afət Xanbabayeva partiyanın çox çətin bir zamanda yarandığını bildirib. Onun sözlərinə görə, belə bir partiyanın dövlətimiz üçün qiyməti çox böyükdür: “1990-cı illərin əvvəlində ölkəmizdə anarxiya o qədər dərin idi ki, belə vəziyyətdən xalqı yalnız Heydər Əliyev kimi şəxsiyyət xilas edə bilərdi. O zamanlar atam Əjdər Xanbabayev Ulu öndərimizin Moskvadan Bakıya qayıtmasına çalışırdı. Amma onu 1990-cı ilin iyun ayında qətlə yetirməklə, Heydər Əliyevin Bakıya gəlməsinin müəyyən müddətə qarşısını aldılar. 1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra cəbhədə atəşkəs elan olundu, çörək növbələri ləğv edildi, vətəndaş qırğınının qarşısı alındı. Bu gün isə ölkəmizdə əmin-amanlıqdı. Mən partiyamızın 20 illik yubileyi münasibətilə hamını təbrik edirəm”.
Arzuman Muradlı: Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP daha da güclənməkdədir
Təşkilat sədrinin digər müavini Arzuman Muradlı partiyanın yaranma tarixinə nəzər salaraq o dövrdə ölkəmizin və xalqımızın çətin sınaqlarla üz-üzə qaldığını bildirib. Onun sözlərinə görə, xalqımız problemlərdən çıxış yolunu yalnız Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Bu səbəbdən də, ölkəmizin ziyalıları Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı Ulu öndərimizə müraciət etdilər. A.Muradlı qeyd edib ki, YAP yarandıqdan qısa müddət sonra hakimiyyətə gəldi və partiyanın Sədri Heydər Əliyevin sayəsində Azərbaycan üzləşdiyi bütün problemlərdən xilas oldu. Onun sözlərinə görə, tarixi zərurətdən yaranan YAP çətin və şərəfli yol keçməklə yanaşı, həm də siyasi-ictimai arenada kifayət qədər nüfuz toplamış siyasi təşkilatdır: “Sıralarında 600 min nəfərə yaxın insanın birləşdiyi Yeni Azərbaycanm Partiyası bu il özünün 20 illik yubileyini qeyd edir. Yeni Azərbaycan Partiyası çox böyük tarixi yol keçib. YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir”.
Sədr müavini bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP daha da güclənməkdədir.
YAP Siyasi Şurasının üzvü, partiyanın Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü Rizvan Vahabov da YAP-ın tarixi zərurətdən yarandığını bildirib. O qeyd edib ki, Azərbaycanın ağır bir dövründə yaranan partiyaya xalq ümidlə baxırdı. Çünki bu partiyanın qurucusu böyük dövlət xadimi Heydər Əliyev idi. “Bu gün YAP-ın fəaliyyətinin əsasında Heydər Əliyev ideyaları dayanır. Hamımız bu ideyalara sadiq olmalıyıq” - deyə, R.Vahabov vurğulayıb.
YAP Səbail rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Səbuhi Gülməmmədov isə deyir ki, 9 nəfərdən ibarət qrup fəaliyyətini partiyanın Nizamnaməsi əsasında qurub. Onun sözlərinə görə, partiyaya qəbul, üzvlük haqlarının toplanması, ərizə-müraciətlərin araşdırılması və s. yönündə daim iş aparılır. Bütün fəaliyyət haqqında NTQ-nin arayışları təşkilatın İdarə Heyətinə təqdim edilir.
YAP sıralarına qəbul məsələlərinə xüsusi diqqət yetirilir
Təşkilatın Aparat rəhbəri Həsən Tağıyev də uzun müddətdir ki, bu vəzifədə çalışır. Və aparat işlərinin öhdəsindən lazımi səviyyədə gəlir. Gündəlik fəaliyyət haqqında məlumat verən H.Tağıyev deyir ki, aparatda ümumilikdə 10 nəfər çalışır. Burada əsas iş ilk təşkilatlarla qurulub. Çünki partiyanın özəyini ilk təşkilatlar təşkil edir. Ona görə də, hər bir təlimatçı 20-23 ilk təşkilatı kurasiya edir. “Eyni zamanda, partiya uçotunun aparılması, İdarə Heyətinin iclaslarının təşkil edilməsi, müraciətlərə baxılması işləri ilə məşğul oluruq. İlk təşkilatlarda partiyaya qəbul məsələlərini xüsusi diqqət mərkəzində saxlayırıq. Çünki bu məsələdə səhvə yol vermək olmaz. Üzvlük haqlarının toplanması da fəaliyyətimizin bir hissəsidir. Ümumiyyətlə, gördüyümüz işlər haqqında ildə iki dəfə partiyanın İcra Katibliyinə hesabat veririk” - deyə, Aparat rəhbəri qeyd edib.
Qadınlar Şurası gənc nəslin təlim-tərbiyəsinə böyük önəm verir
YAP Səbail rayon təşkilatının Qadınlar Şurası da öz işini günün tələbləri səviyyəsində qurub. Şuraya 1999-cu ildən professor Nubar Muxtarova rəhbərlik edir. N.Muxtarova deyir ki, 1993-cü ildə rayon təşkilatında 140 nəfər qadın olubsa, hazırda bu rəqəm 13 min 223 səviyəsindədir. Qadınların əsasən ziyalılardan ibarət olduğunu deyən N.Muxtarovanın sözlərinə görə, onlar gənc nəslin təlim-tərbiyəsinə böyük önəm verirlər. Ona görə də, bu istiqamətdə fəal iş aparılır. Digər tərəfdən, Qadınlar Şurası iş planında nəzərdə tutulan tədbirləri həyata keçirirlər.
Gənclər Birliyi fəal təbliğat işi aparır
YAP Səbail rayon təşkilatının sədr müavini, təşkilatın Gənclər Birliyinin sədr müavini Mehman İsmayılov isə bildirir ki, gənclərlə hərtərəfli iş aparılır. Onun sözlərinə görə, hazırda rayon təşkilatında gənclərin sayı 15 min 876 nəfərdir. Ənənəvi tədbirləri həmişə reallaşdırdıqlarını deyən M.İsmayılov bundan əlavə, gənclərlə mütəmadi olaraq təmas qurduqlarını qeyd edir. “Təkcə YAP üzvü olan gənclərlə deyil bitərəflərlə də fəal təmasda olmağa çalışırıq. Onlara müxtəlif layihələr çərçivəsində dövlətin və partiyamızın siyasətinin uğurlarını təbliğ edirik. Bu da həmin gənclərdə düzgün təsəvvürlərin formalaşmasında vacib rol oynayır. Eyni zamanda, gənclərin partiyamıza maraq və meyillərinin öyrənilməsi üzrə sorğular keçiririk”, - deyə Gənclər Birliyinin sədr müavini bildirir. M.İsmayılov həmçinin qeyd edib ki, bu çərçivədə yaradılan “Siyasi maarifçilik” İctimai Birliyi də müxtəlif istiqamətlər üzrə gənclərin maarifləndirilməsi işi ilə məşğul olur. Onların sırasına narkomaniyaya qarşı mübarizə, sosial şəbəkələrdə Azərbaycanın uğurlarının təbliğ olunması, Qarabağ həqiqətlərinin təbliği və s. məsələlər daxildir. Bu məqsədlə də broşürlər, bukletlər də nəşr edilərək gənclər arasında paylanılır.
Qeyd edək ki, YAP Səbail rayon təşkilatının yeni qərargahı maddi-texniki cəhətdən yüksək səviyyədə təmin olunub. Bu da təşkilatın aparatının daha da məhsuldar işləməsinə stimul verən əsas amillərdən biridir.
www.yap.org.az
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

