Yeni Azərbaycan Partiyası xalqımızın ali mənafeyinin etibarlı müdafiəçisidir
09.11.2012 [02:04]
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə partiyanın Yasamal rayon ərazi ilk partiya təşkilatı tərəfindən tədbir keçirilib
Dünən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) Yeni Azərbaycan Partiyasının (YAP) 20-ci ildönümü münasibətilə partiyanın Yasamal rayon ərazi ilk partiya təşkilatı tərəfindən tədbir keçirilib. Öncə Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, daha sonra isə Ulu öndərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan DTXK sədri Qərib Məmmədov tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü münasibətilə təbrik edərək bildirib ki, ötən illər ərzində Yeni Azərbaycan Partiyası çöx mühüm nailiyyətlərə imza atıb: “Yarandığı vaxtdan YAP dövlətçilik mövqeyində dayanmış, geniş və çoxşaxəli islahatların həyata keçirilməsi ölkənin ictimai-siyasi həyatına həlledici təsir göstərmişdir. Yarandığı vaxtdan cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilmiş Yeni Azərbaycan Partiyası qısa zamanda ictimaiyyətin rəğbətini və inamını qazanmışdır”.
Komitə sədrinin sözlərinə görə, Yeni Azərbaycan Partiyası siyasi arenaya daxil olan zaman Azərbaycanın ağır və mürəkkəb zamanı idi. “Həmin vaxt ölkəyə rəhbərlik edən səriştəsiz qüvvələr nəinki qarşıda duran ümummilli vəzifələri həll etmədilər, hətta özlərinin səriştəsiz və xəyanətkar əməlləri ilə ölkənin vəziyyətini daha da ağırlaşdırdılar. Lakin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkəmizi düşdüyü ağır durumdan xilas edə bildi. Bu gün Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan tərəqqi yolunda sürətlə irəliləyir” - deyə, Q. Məmmədov vurğulayıb.
Yeni Azərbaycan Partiyasının söykəndiyi dəyərlər və ideoloji-siyasi prinsiplərin bəşəri xarakter daşıdığını və dövlətimizin gələcək inkişaf yollarını müəyyənləşdirdiyini deyən Q.Məmmədov əlavə edib ki, Yeni Azərbaycan Partiyası bu gün ölkəmiz və bölgəmizdə ən güclü siyasi təşkilatdır: “Yeni Azərbaycan Partiyasının əsas keyfiyyət göstəricilərindən biri partiyanın ölkəni irəliyə aparan, xalqa söykənən və xalqa xidmət edən siyasi təşkilat olmasıdır. Əminliklə demək olar ki, Heydər Əliyev yoluna sadiq olan Yeni Azərbaycan Partiyası dövlətçilik və Azərbaycanın maraqları naminə fəaliyyətini daha da gücləndirəcəkdir”.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Fikrət İsmayilov partiyanın keçdiyi şərəfli yoldan bəhs edib. Onun sözlərinə görə, yeni müstəqillik əldə etmiş Azərbaycanın qarşısında önəmli vəzifələr dursa da, 1991-1993-cü illər ərzində hakimiyyətdə olan səriştəsiz qüvvələrin yanlış siyasəti nəticəsində ölkədə xaos, hərc-mərclik yarandı, müstəqilliyimizin itirilməsi təhlükəsi meydana çıxdı: “Yalnız Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan sabit, inkişaf edən, beynəlxalq aləmdə tanınan ölkəyə çevrildi. Bu gün isə Ulu öndər Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, vətəndaşlar Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşiblər və partiyamız xalqın mənafeyinin ifadəçisi kimi tanınır”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə bildirib ki, Yeni Azərbaycan Partiyası olduqca mürəkkəb bir dönəm və şəraitdə yaradılıb: “Müstəqilliyin ilk iki ilində ölkəmizdə sosial, siyasi, iqtisadi, hüquqi və ideoloji sahələrdə xaos və deviasiyalarla müşayiət edilən dərin böhran baş verirdi. Eyni zamanda, hakimiyyətdə olan səriştəsiz qüvvələrin fəaliyyəti nəticəsində Azərbaycan müxtəlif xarici imperialist güclərin ideoloji mübarizə və siyasi qarşıdurma meydanına çevrilmişdi. O zaman xalqın ümummilli maraqlarını ifadə edə biləcək təsisatın - ümumxalq partiyasının yaranmasına ehtiyac var idi. Məhz Yeni Azərbaycan Partiyası belə bir zərurətdən yarandı və xalqımızın ali mənafeyinin ifadəçisinə çevrildi. Ulu öndər Heydər Əliyev zəngin dövlətçilik təcrübəsi və liderlik keyfiyyəti ilə Azərbaycanı dərin xaos və kəskin kataklizm meyillərindən xilas edərək yeni inkişaf yolunu açmış oldu”.
“Xalqımızın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi” - deyə, Hikmət Babaoğlu qeyd edib.
Yeni Azərbaycan Partiyasının yeni siyasi dəyərlər və siyasi əxlaq formalaşdırdığını deyən baş redaktor əlavə edib ki, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır.
Hikmət Babaoğlunun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin daxili və xarici siyasəti sayəsində Azərbaycan sabitlik adası kimi səciyyələndirilir, iqtisadi inkişaf sürətinə görə dünya miqyasında lider dövlətlərdən biri kimi çıxış edir və müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır.
Daha sonra çıxış edənlər Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətindən bəhs ediblər.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24

