YAP dünənin, bu günün, sabahın partiyasıdır
13.11.2012 [03:51]
YAP Yasamal rayon təşkilatı partiyanın yaranmasının 20 illiyi münasibətilə tədbir keçirib
Dünən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı partiyanın yaranmasının 20 illiyi münasibətilə geniş tədbir keçirib. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri qoyulub.
Tədbir 2 saylı Tibb Kollecində davam etdirilib. Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov tədbir iştirakçılarını partiyanın yaranmasının 20 illiyi və 12 Noyabr-Konstitusiya Günü münasibətilə təbrik edib. Ötən 20 il ərzində YAP-ın şərəfli yol keçdiyini deyən F.İsmayılov 90-cı illərin əvvəlində Azərbaycandakı siyasi vəziyyətdən danışıb.
Daha sonra geniş məruzə ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədr müavini, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov 1992-ci ildə YAP-ın yaranmasının tarixi zərurətdən irəli gəldiyini bildirib. T.Əhmədov qeyd edib ki, partiyanın yaranması həmin dövrdə Azərbaycandakı siyasi böhrandan çıxış yolu idi və sivil, demokratik dəyərləri özündə əks etdirən siyasi təşkilat olaraq YAP Azərbaycanın siyasi palitrasında yeni bir siyasi nümunənin yaranmasına səbəb oldu.
T.Əhmədov Ulu öndər Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində yalnız xalqına və dövlətinə xidmət etdiyini vurğulayıb. Natiq Ümummilli liderin 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçildiyi dövrdə Azərbaycanın əldə etdiyi inkişafdan danışıb. Bildirib ki, həmin dövrdə ittifaq çərçivəsində yalnız aqrar bir respublika kimi tanınan Azərbaycan, məhz Ulu öndərin xidmətləri sayəsində qısa müddətdə sənaye ölkəsinə çevrildi. Vurğulanıb ki, Ulu öndər Heydər Əliyev 1982-ci ildən sonrakı dövrdə-Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Büro üzvü və Nazirlər Sovetinin birinci müavini işləyən zaman ölkəsinin inkişafı üçün bütün gücünü səfərbər edib.
T.Əhmədov bildirib ki, YAP qurulmasından cəmisi bir neçə ay sonra iqtidar partiyasına çevrildi. 1993-cü ilin iyun ayında ölkədə yaranan vətəndaş qarşıdurmasının pik nöqtəyə çatdığını söyləyən T.Əhmədov deyib ki, xalqımız ölkəni düşdüyü bu dərin böhrandan yalnız Heydər Əliyevin xilas edəcəyini bilərək ayağa qalxdı və Ulu öndərin yenidən hakimiyyətə qayıtmasını tələb etdi: “Xalqımız bilirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı düşdüyü bu çətin vəziyyətdən çıxaracaq yeganə şəxsiyyətdir. Həmin dövrdə hakimiyyətdə olanlar da Heydər Əliyevin Bakıya gəlməsi üçün israr edirdilər. Məhz Ulu öndərimiz vətəndaş müharibəsinin qarşısını aldı. Sonrakı dövrdə Ulu öndər Heydər Əliyev ölkəmizdə siyasi sabitliyin bərqərar olmasına nail oldu. Milli Konstitusiyamızın qəbulu isə ölkədə hüquqi dövlət quruculuğu prosesinin daha da inkişaf etdirilməsinə zəmin yaratdı. İmzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının, qüdrətli gələcəyinin qarantına çevrildi. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın tarixində 10 il ərzində 50 ildən artıq bir dövrün işini gördü, dövlətimizi gücləndirdi, tanıtdı. Bu gün isə Ulu öndərimzin siyasətini uğurla davam və inkişaf etdirən, müasir dövlətçiliyimizin yeni mərhələsinin başlanğıcını qoymuş möhtərəm Prezidentimiz İlham Əliyev bu gün milli maraqlarımızın qorunması, ölkəmizin daha da güclənməsi üçün çalışır. Bütün Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti ölkəmizi daha böyük qələbələrə aparacaq, daha da firavan gələcəyə daşıyacaq”.
Daha sonra çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev də tədbir iştirakçılarını 12 Noyabr-Konstitusiya Günü və YAP-ın yaranmasının 20 illiyi münasibətilə təbrik edib. 1992-93-cü illərdə ölkədə baş verən siyasi proseslərdən danışan İcra Hakimiyyəti başçısı qeyd edib ki, YAP-ın yaranması tarixi zərurətdən irəli gəlib. Bildirilib ki, bu gün YAP nəinki bölgənin, böyük bir coğrafiyanın ən mütəşəkkil siyasi təşkilatı sayılır: “YAP Yasamal rayon təşkilatı da partiyanın ən fəal rayon təşkilatlarından biridir. Azərbaycanın bir sıra ziyalıları, elm adamları məhz YAP Yasamal rayon təşkilatının aparıcı üzvləridir. Bu isə rayon təşkilatına öz fəaliyyətini daha yüksək səviyyədə qurmağa imkan verir. İnanıram ki, gənc nəsil Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən, özündə milli maraqlarımızı ehtiva edən siyasi kursun ətrafında birmənalı şəkildə birləşək və dövlətimizin daha da inkişaf etməsi üçün var gücü ilə çalışacaq”.
Çıxış edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, sevindirici haldır ki, 20 illiyi qeyd olunan YAP-ın bu gün 600 minə yaxın üzvü var. Azərbaycan qadınlarının da partiya işində böyük sevgi və həvəslə fəaliyyət göstərdiyini qeyd edən N.Əliyeva vurğulayıb ki, YAP ümumxalq partiyasıdır.
Çıxış edən BDU-nun rektoru, millət vəkili, YAP İdarə Heyətinin üzvü Abel Məhərrəmov bildirib ki, YAP yarandığı illərdə ölkə dərin siyasi-iqtisadi böhran içində idi. Azərbaycanın bugünkü inkişafı ilə hər kəsi təəccübləndirdiyini söyləyən A.Məhərrəmov qeyd edib ki, bu nailiyyətlərə müharibə şəraitində olan bir dövlətin imza atması böyük uğurdur: “Bu gün müharibə şəraitində olan Azərbaycanın dövlət büdcəsi 20 mlrd. dollardan artıqdır. Amma Ermənistanın dövlət büdcəsi hələ də 2 mlrd. dollardır. Bu rəqəmlər Azərbaycanın nə qədər inkişaf etdiyini göstərir. Ölkə büdcəsindən hərbi xərclərimizə ayrılan vəsait belə Ermənistanın dövlət büdcəsindən çoxdur. Bu gün Azərbaycan dövləti bütün sahələrdə böyük nailiyyətlər qazanıb. Vaxtilə Azərbaycanın haqq səsinə Türkiyədən başqa heç bir dövlət səs vermirdisə, bu gün dünyanın hər bir dövləti bizimlə dostluq, əməkdaşlıq əlaqələri yaratmaq üçün can atır. Azərbaycan dünyanın ən böyük təşkilatının-BMT TŞ-nin üzvüdür. Möhtərəm Prezidentimizin səyi ilə nail olduğumuz bu uğurlar isə davam edəcək və bizlər də dayanmamalıyıq, ildən-ilə daha böyük uğurlar üçün çalışmalı, möhtərəm Prezidentimizin ətrafında sıx birləşməliyik. Müstəqil respublikamızda elmin inkişafı üçün böyük işlər görülür, dövlət proqramları imzalanır, tədbirlər həyata keçirilir, xarici ölkələrə ildə minlərlə tələbə göndərilir. Bu, olduqca mühüm bir addımdır. Bu gün partiyamızın 20 illiyi münasibətilə tədbir keçirən YAP Yasamal rayon təşkilatı da elmə yaxınlığı ilə seçilən rayon təşkilatlarımızdandır. Rayon təşkilatının üzvləri arasında onlarla elmlər doktoru, yüzlərlə ziyalımız var. YAP hər gün inkişaf edir. Ulu öndər Heydər Əliyevin də dediyi kimi, YAP dünənin, bu günün və sabahın partiyasıdır”.
Daha sonra partiyaya qəbul olunan yeni üzvlərə partiya vəsiqələri təqdim olunub. YAP Yasamal rayon təşkilatının fəaliyyətində seçilən “Azərsu” ASC, Bakı Metropoliteni, 2 saylı Tibb Kolleci və Neft-qaz Layihə Elmi-Tədqiqat İnstitutu Fəxri fərmanlarla təltif olunublar. Bundan başqa, YAP-ın yaranmasının 20 illiyi ilə bağlı tələbələr arasında keçirilən yazı müsabiqəsinin qaliblərinə diplomlar və mükafatlar təqdim edilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

