Şanlı Zəfərimizin növbəti təntənəsi
24.09.2024 [17:08]
200 illik münaqişəyə, 30 illik müharibəyə son qoyan Müzəffər Ali Baş Komandan, ölkə Prezidentimiz İlham Əliyevin sentyabrın 20-də, məhz Dövlət Suverenliyi Günündə Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak etməsi, bu təhsil ocağının müəllim və tələbə heyəti ilə görüşü hər bir azərbaycanlıya qürur hissi yaşatdı.
Şanlı Zəfərimizin növbəti təntənəsində, Qarabağ Universitetinin ilk müəllim, tələbə heyəti qarşısında Prezident cənab İlham Əliyevin çıxışı zamanı bir daha əzəli-əbədi torpaqlarımızın tarixinə nəzər salaraq, bildirib ki, Xankəndi şəhəri qədim Azərbaycanın yaşayış yeri olubdur, onun adı onu göstərir - Xanın kəndi. Sadəcə olaraq, yenə də Azərbaycana, xalqımıza qarşı düşmənçilik siyasəti nəticəsində uzun illər ərzində bizim nəzarətimiz burada ya zəif idi, ya da ümumiyyətlə, yox idi. Çünki XIX əsrin əvvəlində bağlanmış üç müqavilə - “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri faktiki olaraq sonrakı işğalı da şərtləndirdi. Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülmüşdür və bu, həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmuşdur.
Azərbaycan xalqı öz tarixi müstəqilliyini, suverenliyini bərpa etmək üçün uzun illər ərzində çox çətinliklərə sinə gərmiş, son dərəcə ağır faciələrlə üz-üzə qalmış, lakin bütün bunlara baxmayaraq, milli dəyərlərini qorumaqla qüdrətini bir daha sübuta yetirdi, ərazi bütövlüyünü tam təmin etdi. Tarixi 44 günlük haqq savaşı xalqımızın Vətənə olan sonsuz məhəbbətini, bir yumruq ətrafında birlik olduğunu nümayiş etdirdi.
Ərazi bütövlüyümüzün, dünya azərbaycanlılarının mənəvi, mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu olan müqəddəs bayrağımız bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmiş yurdumuzun hər qarışında, eyni zamanda düşmən əsarətindən azad edilən torpaqlarda- Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə... əzəmətlə yüksəklərə ucalır.
"Bu gün Qarabağda, azad Qarabağda olmaq, sizi görmək, yataqxanada, o balkonda tələbələrin gülər üzlərini görmək, doğrudan da, böyük xoşbəxtlikdir. Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz". Qarabağ Universitetinin tələbə və müəllim heyəti ilə görüşündə Prezident İlham Əliyev fəxarətlə dilə gətirdiyi bu fikirlər deməyə əsas verir ki, Xankəndidə çox qısa zamanda yeni dövrün çağırışlarına uyğun, məhz müasir Azərbaycan gəncinin arzu və istəklərinə uyğun qurulan Qarabağ Universiteti ölkəmizin elm və təhsil ocaqlarlından birinə çevriləcək. Qarabağ Universitetində təhsil alan Ulu Öndərimizin ideyalarına sadiq, vətənpərvər ruhlu, müasir dünyagörüşlü, milli-mənəvi dəyərlərimizə sadiq gənclər gələcəkdə Azərbaycanımızın inkişafına layiqli töhfələrini verəcəklər.
Qürurlu haldır ki, Qarabağ və Şərqi Zəngəzurda, azad edilmiş torpaqlarda hazırda misli görünməyən quruculuq işləri görülür, 20 Sentyabr Dövlət Suverenliyi Günü suverenliyimizi şərəfləndirən tarix kimi xalqımız tərəfindən qeyd edilir.
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

