Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar
04.10.2024 [16:50]
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Cari ilin 30 sentyabr tarixi Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı, ölkə Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı və çıxışı ilə əlamətdar oldu.
Aşıq Ələsgər sənətinə hörmətin nəticəsi olaraq, hələ 3 il əvvəl onun adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev iki Sərəncam imzalamışdır. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi.İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu.Və bu gün şəhərimizin gözəl parklarından birində Aşıq Ələsgərin abidəsi ucaldıldı.
Bildiyimiz kimi böyük el sənətkarı Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Uşaqlıq və yeniyetməlik illərini Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdi. O, sənətin sirlərini kənd camaatının içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənmişdi. Prezident İlham Əliyevin bildirdiyi kimi görkəmli hətta şəxs də ermənilərin etnik təmizləməsinə məruz qalmışdır. 1918–1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. Onda şairin 97 yaşı var idi. İki ilə qədər Kəlbəcərdə qalmışdır. 1921-ci ildə o, Ağkilsəyə qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır.
Prezident İlham Əliyev görkəmli el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında çıxış etdi və bu çıxış müəyyən mesajlarla yadda qaldı. Belə ki, o şairə göstərilən diqqətdən bəhs etdi: “1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı miqyasında və bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar. Necə ki, indi biz hamımız bunu görürük. Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yeni deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi”. Beləliklə , ermənilərin bu vəhşiliyinə ölkəmizin Qarabağı azad etməsindən sonra erməni vandallarının tariximizə, mədəniyyətimizə, dəyərli irsimizə vurduğu zərbənin bir daha şahidləri olmuş olduq.
Ən əsas məqamlardan biri də Prezidentin Qərbi Azərbaycanla bağlı mesajları idi: “Qeyd etdiyim kimi, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır – 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar ”. Ölkə rəhbərinin haqlı olaraq əminliklə danışmağı, öz ata-baba yurdlarından məhrum olmuş Qərbi Azərbaycan camaatında böyük inam, sevinc yaratmış oldu. Bu bir daha bizim haqq yolunda olmağımızın bariz göstəricisi idi. Necə ki, dövlət başçısı hər zaman bir gün Qarabağa qayıdacağıq deyirdi və verdiyi sözü tutdu. Bu gün Qarabağda haqlı savaşımızdan sonra torpaqlarımız azad, ölkəmiz suverendir. Ən əsası odur ki, bu günlərdə artıq Qarabağa həyat, dirçəliş qayıdıb. Qarabağdan köçkün düşmüş insanlar öz yurdlarına geri qayıdırlar və bu proses mərhələli olaraq davam edir. Prezidentin mesajları əsasında deyə bilərik ki, tezliklə bunu Qərbi Azərbaycandan qovulmuş sakinlər də yaşayacaq, onlar da öz doğma yurdlarına geri qayıdacaq.
“Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması, – mən bunu bilirəm, – Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır. Hətta işğal dövründə, 10 il, bəlkə də ondan da qabaq mən bəzi çıxışlarımda Qərbi Azərbaycanla bağlı fikirlərimi səsləndirirdim. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir”. Qərbi Azərbaycana qayıdışla bağlı ölkə başçısının dedikləri təkcə daxili auditoriya üçün, Qərbi Azərbaycandan olan insanlar üçün deyildi, eyni zamanda, Ermənistana və beynəlxalq aləmə mesaj idi. Düşünürəm ki, Ermənistan və onun havadarları bu mesajı almış oldu. Bunun özü Qərbi Azərbaycanla bağlı beynəlxalq müstəvidə işlərin aparıldığının göstəricisidir.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

