Azərbaycan dövləti hər zaman gənclərə diqqət və qayğı göstərir
30.01.2013 [01:46]
YAP Gənclər Birliyi 2 fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi 2 fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirib. Tədbirdə millət vəkilləri, YAP nümayəndələri, o cümlədən, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. S.Orucov dövlət gənclər siyasətinin həyata keçirilməsində YAP Gənclər Birliyinin gördüyü işlərdən də danışıb. Diqqətə çatdırılıb ki, YAP Gənclər Birliyi həyata keçirdiyi layihələrlə ölkəmizdə formalaşan sağlam və intellektual nəslin inkişafına öz töhfəsini verməyə çalışır və sabahımızı daha böyük inamla qurmaq üçün gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırır: “YAP gəncləri artıq öz fəaliyyətini yeni üslubda, yeni şəraitdə qurmağa başlayıblar. Qeyd etmək lazımdır ki, XXI əsr İKT dövrüdür və partiyamızın gəncləri də İKT-nin imkanlarından müsbət mənada istifadə edərək Azərbaycanda görülən işlərin tanıdılması, gənclərin biri-biri ilə əlaqələr qurması yönündə sosial şəbəkələrdə daha aktiv iştirak etməkdədirlər”.
Çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov YAP Gənclər Birliyinin üzvlərini, o cümlədən tədbirdə iştirak edən gəncləri qarşıdan gələn 2 fevral - Gənclər Günü münasibətilə təbrik edib. Ölkəmizdə çox ləyaqətli gəncliyin yetişdiyini bildirən YAP-ın İcra katibi bütövlükdə Azərbaycan gəncliyinin ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli yer tutduğunu bildirib. Millət vəkili vurğulayıb ki, Azərbaycan əhalisinin tərkibində gəncliyin xüsusi çəkisi kifayət qədər yüksəkdir və bununla yanaşı, gənclərimizə məxsus ictimai-siyasi fəallıq bugünkü gənc nəslin ölkəmizin həyatında əhəmiyyətli mövqeyini müəyyənləşdirir: “Bu mənada qeyd edə bilərəm ki, Azərbaycanın gələcəyi kifayət qədər parlaqdır. Azərbaycanın parlaq gələcəyinin təmin olunmasında bu gün haqqında çox müsbət fikirlərlə və notlarla danışdığımız gənclərin özünəməxsus yeri var. Gəncliyin üzərinə böyük missiya qoyulub. Bugünkü Azərbaycan gəncliyinin vəzifəsi ölkəmizdə müşahidə olunan müsbət, insanlarımızın rifahını yüksəldən, dövlətimizin qüdrətini gücləndirən, Prezidentimizin rəhbərliyi altında həyata keçirilən siyasətin bundan sonra da uğurlar qazanmasını təmin etməkdən ibarət olmalıdır. Bugünkü gəncliyin malik olduğu potensial, güc istər say etibarı ilə, istər digər parametrlərinə görə kifayət qədər ciddi əsaslar verir ki, onlar Azərbaycanın gələcək parlaq inkişafının təmin edilməsində əhəmiyətli dərəcədə həlledici rol oynasın. Ən qəti şəkildə əmin olduğumu bildirmək istəyirəm ki, bizim gənclərimizin vətənpərvərliyi, fəallığı, gücü və qüdrəti sayəsində Azərbaycanın inkişafının daha yüksək mərhələsi təmin olunacaq. Azərbaycan gəncliyi kifayət qədər təhsilli, bilikli, vətənpərvər oğlan və qızların birliyidir. Bugünkü gənclər 10-15 il öncə yaşayan insanlardan və artıq yaşının daha yüksək mərhələsində olan insanlardan sözün müsbət mənasında fərqlənirlər. Çünki daha yaxşı təhsil alırlar və daha yaxşı təhsil almaq imkanından yararlanırlar, daha böyük biliklərə yiyələniblər, daha zəngin dünyagörüşünə malikdirlər, daha sərbəst düşüncə sahibidirlər, hadisələri daha dəqiqliyi ilə və heç bir sıxıntı keçirmədən dəyərləndirmək imkanına malikdirlər. Digər müsbət keyfiyyətlər də var ki, bunlar bütövlükdə indiki Azərbaycan gəncliyinin fərqləndirici xüsusiyyətləridir. Bu keyfiyyətlərlə yanaşı, onlarda formalaşan mənəvi saflığın və vətənpərvərlik hisslərinin Azərbaycançılıq zəminində formalaşması bugünkü Azərbaycan gəncliyinin ölkəmizin gələcək inkişafına böyük töhfələr vermək missiyasını uğurla yerinə yetirəcəklərinə inamımızı daha da artırır. Həqiqətən, bu gün gəncliyin bu keyfiyyətlərə malik olmasında ölkəmizdə Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin əhəmiyyətli rolu olubdur”.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə hər zaman gənclərin inkişafına, təhsilinə, mənəvi saflığının möhkəmlənməsinə böyük önəm verdiyini, bu istiqamətdə müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirdiyini bildirən millət vəkili Əli Əhmədov qeyd edib ki, bu gün də həmin siyasət davam etdirilməkdədir, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan gəncliyinə böyük diqqət və qayğı göstərilməkdədir. Ə.Əhmədov deyib ki, Azərbaycan gənclərinin mütləq əksəriyyəti Prezidentimizin, dövlətimizin gəncliyə qayğısını qiymətləndirir və bu qayğıdan faydalanırlar: “Gənclərimizin daha yaxşı təhsil alması, daha dərin biliklərə yiyələnməsi, müasir dünyanın tələblərinə cavab verən gənc insanlar, vətəndaşlar kimi formalaşması dövlətimiz, Prezidentimiz tərəfindən gənclərimizə göstərilən qayğının bilavasitə nəticəsidir. Hesab edirəm ki, bunun birbaşa təsiridir ki, Azərbaycan gəncliyinin çoxsaylı fəal üzvləri Yeni Azərbaycan Partiyasının sıralarında birləşiblər. Bu gün partiyamızın üzvlərinin sayı 600 minə yaxınlaşmaqdadır və hesab edirəm ki, bir neçə aydan sonra YAP özünün 600 minlik mərhələsinə çatdığını qeyd edəcək. Bu böyük ordunun əhəmiyyətli bir hissəsi gənclərdən ibarətdir. Mən gənclərimizin YAP tərkibində say etibarı ilə çoxluğunu və bu dinamikanın ildən ilə artmasını ölkəmizdə həyata keçirilən Ulu öndər Heydər Əliyev siyasətinə Azərbaycan gəncliyinin münasibətinin bariz ifadəsi kimi qiymət vermək istərdim. Bu münasibət olmasaydı, yəqin ki, YAP sıralarında bu qədər gənclər, tələbələr, gənc ali təhsilli insanlar birləşməzdilər. Onu da qeyd etmək istərdim ki, gənclərimiz YAP sıralarında say artırmaq funksiyasını yerinə yetirmirlər, daha əhəmiyyətli bir missiyanı öz üzərlərinə götürüblər. Bu da partiyamızın bütövlükdə ictimai-siyasi fəallığının yüksəlməsində, cəmiyyətdəki rolunun artmasında öz töhfələrini vermələrindən ibarətdir. Bu gün etiraf etmək lazımdır ki, YAP gəncləri ölkəmizin siyasi həyatında yüksək səviyyədə və lazım olan vəzifələri layiqincə və ləyaqətlə yerinə yetirirlər. Azərbaycan gəncliyinin qabaqcıl hissəsi olmaq adını doğrulda biliblər. Güman edirəm ki, bu məsuliyyətli işi YAP gəncləri dərk etməkdədirlər və bundan sonra da həmin şərəfli vəzifəni yerinə yetirəcəklər”.
“Qeyd etmək istəyirəm ki, gəncləri YAP sırasına gətirən çox əhəmiyyətli məqamdan biri də ondan ibarətdir ki, YAP bu partiyanın sıralarında birləşən gənclərə öz potensiallarından ictimai-siyasi həyatımızda özlərini ifadə etməsindən ötrü hər bir şəraiti yaradıb. Biz belə düşünürük ki, ölkəmizin, dövlətimizin gələcəyi gənclərlə bağlı olduğu kimi, YAP-ın da gələcəyi məhz partiyamızın sıralarında birləşmiş fəal, bacarıqlı, qabiliyyətli gənclərimizin partiyanın sıralarında olmasındadır. İldən-ilə gənclərimizin partiyanın sıralarında xüsusi çəkisinin artması ondan xəbər verir ki, YAP-ın da gələcəyi ölkəmizin gələcəyi kimi parlaq olmaq üçün bütün parametrlərə və imkanlara malikdir. Bu imkanların həyatımızda reallığa çevrilməsində gənclər əhəmiyyətli rol oynayır. YAP olaraq bugünkü gənclərimizlə fəxr edirik, qürur duyuruq. Siz özünüzlə qürur duymaq üçün kifayət qədər əsaslar veribsiz. Güman edirəm ki, biz bundan sonra da gənclərimizlə bir yerdə ölkəmizin qarşısında duran bütün vəzifələrin həll olunmasına öz töhfələrimizi verə biləcəyik”, - deyə bildirən YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov 2013-cü ildə Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyini vurğulayıb.
Əli Əhmədov ölkəmizdə yüksək səviyyədə, demokratik dəyərlərə uyğun şəkildə, insanların siyasi iradəsini tam aydın şəkildə ifadə etməsi üçün prezident seçkilərinin keçirilməsində YAP-ın, partiyamızın gənc üzvlərinin yaxından iştirak edəcəklərinə əminliyini ifadə edib. Millət vəkili bildirib ki, ölkəmizin gənclərinin prezident seçkilərində fəallığının təmin edilməsinə YAP sıralarında birləşmiş gənclərimiz böyük töhfələr verəcəklər: “Çünki YAP gəncləri partiyamızın üzvü olmayan həmyaşıdları arasında təbliğat aparacaq, Azərbaycanın gələcəyi naminə, inkişafımızın bundan sonra da təmin olunması, yüksəlməsi naminə ölkəmizdə prezident seçkilərinin nə qədər yüksək əhəmiyyət kəsb etdiyini öz həmyaşıdlarına başa salacaqlar. Bütövlükdə mən hesab edirəm ki, bugünkü Azərbaycan gəncliyi xoşbəxt bir həyat yaşamaqdadır. Onlara yaxşı təhsil almaq üçün bütün imkan və şərait, o cümlədən, gəncliyə məxsus olan həyatı yaşamaq üçün lazım olan imkan yaradılıb. Eyni zamanda, bugünkü gənclik aydın şəkildə dərk edir ki, bundan sonra da insanlarımızın rifahının yüksəldilməsi, gənclərimizin təhsil alması, işləməsi, sərbəst yaşaması üçün hər bir şəraitin daha da yüksəldilməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi altında böyük proqram həyata keçirilir. Azərbaycan gəncliyinin bütün ehtiyaclarının ödənilməsi, arzularının həyata keçirilməsi üçün dövlətimiz lazım olan imkanlarından faydalanaraq bu işləri görməkdədir”.
Millət vəkili bildirib ki, bugünkü Azərbaycan gəncliyi Azərbaycan arzusunun reallaşması üçün hər cür əsasları olan ölkədə yaşamaqdadır: “Bu ölkə Azərbaycandır, YAP-ın ideologiyasına uyğun şəkildə yaşayan Azərbaycandır. Bu ölkə Prezident İlham Əliyevin rəhbərliyi altında idarə olunan Azərbaycandır. Bu ölkə gələcəyinə ümidlə, inamla baxan, bu gələcəyini qurmaq üçün hər bir iradəyə, əzmə, qüvvəyə və digər potensiala malik olan və ən əsası isə bu gələcəyi qiymətləndirməyə layiq gəncliyi olan bir ölkədir. Hesab edirəm ki, belə gəncliyi olan ölkənin gələcəyi parlaqdır, uğurludur. Mən gəncləri gələcəkdə bu işdə daha fəal olmağa və partiyamızın ictimai siyasi fəallığının bundan sonra da artmasında qüvvəsini əsirgəməməyə çağırıram, təhsildə, işlərdə uğurlar arzu edirəm”.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bugünkü Azərbaycan gəncləri ölkənin qüdrətlənməsində fəal iştirak edir, beynəxalq aləmdə ölkəmizi layiqincə təmsil edirlər. Nazir müavini deyib ki, hər istiqamətdə fəaliyyət göstərən Azərbaycan gəncləri öz dəst-xətti ilə seçilirlər. Nazir müavini bildirib ki, Azərbaycan gəncliyi yalnız müşahidəçi rolu ilə kifayətlənmir və ölkənin siyasi həyatında öz sözünü deyir. Ölkəmizdə gənclərlə bağlı müxtəlif layihələrin həyata keçirildiyini, bu istiqamətdə Dövlət Proqramının qəbul olunduğunu xatırladan İ.Babayev vurğulayıb ki, bu gənclik Azərbaycanın bugünkü inkişafına töhfə vermək üçün əlindən gələni əsirgəməyəcək.
Milli Məclisin deputatı Fuad Muradov bildirib ki, hazırda Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, dövlətçiliyin möhkəmlənməsində gənclərin üzərinə böyük iş düşür. Millət vəkili qeyd edib ki, bizim düşmənimiz çoxdur, çünki güclü inkişaf edən ölkələrin düşməni də çox olur. Azərbaycanın həll olunmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi var və ən əsası bu səbəbdən gənclərimiz ayıq olmalıdırlar.
Çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva qeyd ediblər ki, YAP nəinki Azərbaycanda, yerləşdiyimiz regionda da ən böyük partiyadır. Bildirilib ki, Azərbaycan gəncliyi beynəlxalq qurumlarda da xüsusi fəallığı ilə seçilir. Diqqətə çatdırılıb ki, Azərbaycanda gənclərlə bağlı layihələr həyata keçirilir, böyük beynəlxalq tədbirlər təşkil olunur. Xüsusi olaraq vurğulanıb ki, 1990-cı illərin əvvəlində gənclərin şəraiti lazimi səviyyədə deyildi, lakin bu gün gənclərimiz hər cür şəraitlə təmin olunublar. Bu da Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Tədbirin sonunda YAP-ın ictimai-siyasi həyatında aktiv rol oynadıqları üçün bir qrup fəal gənclər Fəxri fərmanlarla təltif olunublar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41

