Azərbaycan Cənub və Şimal arasında əməkdaşlığa töhfəsini əsirgəmir
28.10.2024 [15:21]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Rusiyanın Kazan şəhərində keçirilən, BMT-nin baş katibi və 24 ölkənin liderinin iştirak etdiyi BRICS-in XVI sammitində Qalib ölkəmizin Qalib Lideri dünyaya səslənərək ölkəmizin beynəlxalq müstəvidə qlobal təhlükəsizliyə, hüququn aliliyinə, dövlətlərin bir-birilərinin daxili işlərinə qarışmamaq prinsipinə və məsələlərin qarşılıqlı anlaşma şəraitində həll olunmasına töhfə verəcəyini bildirdi.
Azərbaycan müstəqil bir dövlət olaraq beynəlxalq hüququn qayda və prinsiplərinə hər zaman sadiq olub. Eyni zamanda, Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi dünya, region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir. Ölkəmiz beynəlxalq təşkilatlarda, möhtəbər tədbirlərdə təkcə üzləşdiyimiz problemlərin yox, həm də qlobalmiqyaslı məsələlərin həllinə böyük töhfələr verir. 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Azərbaycan qısa müddət ərzində bu təşkilatın nüfuz və gücünü beynəlxalq hadisələrə təsir etmək səviyyəsinə qaldırmışdır.
Bu da ölkəmizin beynəlxalq müstəvidə qazandığı diplomatik uğurun artmasına şərait yaradıb. Azərbaycanın dünya ölkələri ilə uğurlu əməkdaşlıqları qlobal beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi üçün hərtərəfli zəmin hazırlayıb. Bunun bariz nümunəsidir ki, noyabr ayında Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirildiyi məkanı olacaq. Prezident cənab İlham Əliyevin BRICS-in XVI sammitində qeyd etdiyi kimi: Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.
Ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurların əsasında Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik daxili və xarici siyasət kursu dayanır. Böyük uğur və uzaqgörənliklə həyata keçirilən siyasi kurs ölkəmizin inkişafını təmin edir, dünyada nüfuzunu daim artırır. Qazanılan uğurların nəticəsidir ki, bu gün Azərbaycan təkcə regionda deyil, bütün dünyada ən etibarlı tərəfdaş kimi tanınır və qəbul olunur.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası və ölkələrarası tədbirlərdən biri olan, dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformaya - COP29-a 2024-cü ildə evsahibliyi etməsi isə ölkəmizin, Prezident İlham Əliyevin növbəti qətiyyətli və təntənəli qələbəsidir. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə öz töhfəsini verir. Bu mühüm tədbirdə Azərbaycanın aktual ekoloji problemləri həll etmək və davamlı həll yolları tapmağa dair digər ölkələrlə işləmək üçün geniş imkanları var. Azərbaycan mühüm qlobal konfransa evsahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində fəal və nüfuzlu tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də BRICS-in XVI sammitində çıxışında demişdir: "Logistika dəhlizlərinin inkişafında Azərbyacanın rolu çox vacibdir. Onun Rusiya və digər BRICS ölkələri ilə artan ticarət dövriyyəsinin həcmi də böyük əhəmiyyət kəsb edir".
Bəli, göründüyü kimi,Azərbaycanın xarici siyasətinin məqsədi də, məramı da aydındır. Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilən Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin uğurlu fəaliyyəti ilə Cənub və Şimal arasında əməkdaşlığa töhfəsini əsirgəmir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

