/ / Qusarda "Azərbaycançılıq ideologiyası multikultural və mənəvi dəyərlər sistemində"mövzusunda konfrans keçirilib
Qusarda "Azərbaycançılıq ideologiyası multikultural və mənəvi dəyərlər sistemində"mövzusunda konfrans keçirilib
06.11.2024 [17:41]
Qusar rayon Heydər Əliyev Mərkəzində Qusar rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası(YAP) Qusar rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr Zəfər gününə həsr olunmuş konfrans keçirilib.
Konfransın işində Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov,Milli Məclisin deputatı Azər Badamov,YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov,Vətən müharibəsi qaziləri,ictimaiyyət nümayəndələri,partiya fəalları iştirak ediblər.Tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb.Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. YAP rayon təşkilatının sədri D.İbramxəlilov giriş nitqi ilə çıxış edərək qeyd edib ki,Azərbaycançılıq ideologiyasının təməlində milli-mənəvi dəyərlər,adət-ənənələr,Vətən sevgisi,dövlətə sədaqət,birgəyaşayış və mədəni müxtəliflik dayanır.Bu ideologiya vətəndaş kimliyinin möhkəmlənməsində,dünya azərbaycanlılarının birlik və bərabərliyinin qorunmasında vacib amillərdəndir.Konfransda çıxış edən İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov milli-mənəvi dəyərlərin sağlam gəncliyin inkişafındakı vacib əhəmiyyətindən danışaraq Prezident,Ali Baş Komandan İlham Əliyevin Dəmir yumruğunda sıx birləşən hər bir vətəndaş üçün azərbaycançılıq ideologiyasının milliyyətindən, etnik mənsubiyyətindən, dinindən, irqindən asılı olmayaraq baza mənbəyi olduğunu söyləyib.Rayon rəhbəri vurğulaylb ki, Azərbaycanın beynəlxalq siyasi dialoqların, sivilizasiyalararası mədəniyyətlərin, dinlərin, BMT-nin platformasının geniş müzakirəsinin, dünya və Avropa idman oyunlarının hər il keçirildiyi möhtəşəm ölkəyə çevrilməsi hər kəsin iştirakı və gözü qarşısında baş verir.O,ölkəmizdə bir neçə gündən sonra keçiriləcək COP 29 kimi beynəlxalq tədbirə ev sahibliyi etməsini humanist ideyaların təntənəsi olduğunu vurğulayıb.
Milli məclisin deputatı Azər Badamov milli-mənəvi dəyərlərin dövlət müstəvisində qorunması və inkişafından danışaraq qeyd edib ki,Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Müasir müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını da azərbaycançılıq ideologiyası təşkil edir.Daha sonra çıxış edən YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova,fəal gənclərdən Lamiyə Abdullayeva,Nurvin Rəhimov bildiriblər ki, Ümummilli Liderin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib
Konfransın işində 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş "Zəfər yolu"filmi və sərgi nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20

