/ / Prezident İlham Əliyevin siyasətinin xalqımız tərəfindən dəstəklənməsi gələcək qələbələrimizi şərtləndirir
Prezident İlham Əliyevin siyasətinin xalqımız tərəfindən dəstəklənməsi gələcək qələbələrimizi şərtləndirir
12.04.2013 [00:56]
Əli Əhmədov: Prezident İlham Əliyevin növbəti beş ildə Azərbaycana rəhbərlik etməsi inkişaf, tərəqqi və yüksəliş prosesinin qarşıdakı illərdə də davam etməsinə zəmanət verir
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov YAP Sabunçu rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirib. Əli Əhmədov bu görüşün oktyabr ayında ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıqla əlaqədar olduğunu bildirib. Onun sözlərinə görə, cənab İlham Əliyevin prezident seçkilərində namizədliyinin irəli sürülməsi yalnız YAP-ın deyil, Azərbaycan xalqının mütləq əksəriyyətinin təşəbbüsü və istəyidir.
“Ölkə vətəndaşları Prezident İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyir. Düşünürəm ki, belə bir dəstək 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuq, inkişaf siyasəti ilə əlaqədardır. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı xeyli yüksəlib, böyük bir inkişaf mərhələsi keçib. Azərbaycan tanınmaz dərəcədə dəyişib. Dünya tarixində çox az rast gəlinən nümunələrdən biridir ki, qısa müddət ərzində bir ölkənin iqtisadiyyatını üç dəfə yüksəltmək mümkün olsun. Azərbaycanın dövlət büdcəsi 10 il ərzində 20 dəfədən çox artıb. İndi dövlət büdcəsi 20 milyard manatdan çoxdur. Bu, təkcə statistika deyil, Azərbaycan iqtisadiyyatının qüdrətli bir iqtisadiyyata çevrilməsidir, iqtisadi inkişafın çox böyük dinamika ilə irəliləməsidir. Eyni zamanda, Azərbaycan dövlətinin gücünün və qüdrətinin artmasının ifadəsidir. Bununla yanaşı, insanların rifahının yaxşılaşmasının göstəricisidir. İqtisadiyyatımız üç dəfə artmasaydı, dövlət büdcəsi bu dərəcədə inkişaf etməsəydi, insanların rifahının yaxşılaşdırılması üçün hökumətin apardığı bu siyasəti reallaşdırmaq mümkün olmazdı. Beləliklə, iqtisadiyyatın güclənməsi bir tərəfdən dövlət olaraq qüdrətimizi artırırsa, digər tərəfdən insanların rifahı yaxşılaşıb” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, hər bir insan bu inkişafı öz həyatında hiss edir və yüksək qiymətləndirir. Onun fikrincə, insanlar öz rifahlarının yüksəlməsini Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bilavasitə əlaqələndirirlər. “Prezidentimizin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə müasirləşir, yeniləşir və inkişaf edir, Bakı şəhəri ilə yanaşı digər bölgələrimiz də tamamilə simasını dəyişir, insanların yaşaması üçün daha layiqli şərait yaradılır. Digər amil isə sabitlik, dinclik, əmin-amanlıqdır. Əgər bu amillər olmasaydı, insanın rifahının yüksəlməsi sahəsində atılan addımlar və nəticələr böyük dəyər kəsb etməzdi. Əgər ailə rahat yaşaya bilmirsə, insanların təhlükəsizliyi təmin olunmursa, sabitlik və əmin-amanlıq yoxdursa dünyanın ayrı-ayrı ölkələrindəki nümunələr aydın şəkildə göstərir ki, rifah heç bir əhəmiyyət kəsb etmir. Azərbaycanda insanın həyatının keyfiyyətinin vacib bir göstəricisi ondan ibarətdir ki, hər bir vətəndaş, ailə dinclik, əmin-amanlıq, rahatlıq şəraitində yaşayır, insanların təhlükəsizliyi təmin olunur” - deyən Əli Əhmədov əlavə edib ki, bütün bunların fonunda hər bir Azərbaycan vətəndaşı aydın şəkildə dərk edir ki, bu yüksək nemətlərin bundan sonra da davam etməsi Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.
Əli Əhmədov deyib ki, Prezident İlham Əliyevin növbəti beş ildə Azərbaycana rəhbərlik etməsi inkişaf, tərəqqi və yüksəliş prosesinin qarşıdakı illərdə də davam etməsinə zəmanət verir. Onun sözlərinə görə, rasional düşünən hər bir insan ən yaxşı variantı seçməyə meyilli olur, Azərbaycanın nümunəsində isə ən yaxşı variant Prezident İlham Əliyevin növbəti dəfə namizədliyinin irəli sürülməsi, Onun seçkilər zamanı birmənalı şəkildə dəstəklənməsi və qarşıdakı beş il ərzində Azərbaycanın inkişafına, tərəqqisinə və hər bir ailənin həyatının daha da yaxşılaşmasına töhfə verməkdən ibarətdir. “Rasional düşünən insanın seçimi belə ola bilər. Təbii ki, insanlarımızın əksəriyyəti də rasional düşündüklərinə görə, belə bir seçim ediblər və Prezident İlham Əliyevin namizədliyi birmənalı şəkildə dəstəklənir. Ölkə Prezidentinin növbəti dəfə namizədliyinin irəli sürülməsi Azərbaycan vətəndaşlarının bu gün və gələcəklə bağlı olan istək və arzuları ilə üst-üstə düşür” - deyən, Əli Əhmədov qeyd edib ki, YAP olaraq bu reallıq bizi sevindirir, çünki partiyamızın Sədrinin həyata keçirdiyi siyasət əhali tərəfindən yüksək qiymətləndirilir, həm daxili, həm də xarici siyasətin uğurları dəstəklənir. Onun fikrincə, belə bir rəyin formalaşması, bu günə qədər həyata keçirilən siyasətin insanları qane etməsi gələcək qələbələrimizi şərtləndirir.
“Bununla belə, YAP olaraq üzərimizə şərəfli və məsuliyyəti vəzifə düşür. Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin növbəti dəfə namizədliyinin irəli sürülməsini seçicilərimizin mütləq əksəriyyəti dəstəkləyir. Bu, o deməkdir ki, seçkilərdə Azərbaycan seçicilərinin mütləq əksəriyyəti cənab İlham Əliyevə səs verəcək. Əlbəttə ki, Prezident İlham Əliyevin növbəti qələbəsinə heç kimin şübhəsi yoxdur. Təkcə YAP üzvlərinin deyil, bütövlükdə cəmiyyətimizdəki ab-hava bundan ibarətdir ki, qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyev inamlı qələbə qazanacaq. Bununla belə, hesab edirəm ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın üzvləri kimi bizim üzərimizə çox şərəfli vəzifə düşür. Bu da seçki kampaniyasının yüksək fəallıq şəraitində keçirilməsi üçün partiya üzvləri kimi üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməkdən ibarətdir” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov deyib ki, seçki ilə əlaqədar partiyanın yerli strukturları səfərbər olunmalı və ilk partiya təşkilatlarının qeydiyyatında olan üzvlərin fəallığı daha da artırılmalıdır. YAP Sədrinin müavini qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı Sabunçu rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrlərinə müvafiq tövsiyələr verib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41

