Azərbaycan Konstitusiyasının 30 illiyinə və Tarixi Zəfərimizin 5-ci ildönümünə xüsusi töhfə
07.01.2025 [12:27]
Zamir HÜSEYNOV,
YAP Göygöl rayon təşkilatının sədr müavini
Məlum olduğu kimi, dövlət başçımız cənab İlham Əliyevin ötən ilin 28 dekabrında imzaladığı Sərəncama əsasən, 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Prezidentin ilk günlərini yaşadığımız 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilməsi yönündə atdığı bu addım 30-cu ilini qeyd edəcəyimiz Əsas Qanunumuza və dövlətimizin suverenliyinə verilən dəyərin təcəssümüdür. Müasir Azərbaycan tarixində mühüm hadisə hesab edilən bu addım 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevin xatirəsinə və milli dövlətçiliyimizin möhkəm təməl üzərində qurulmasına dərin ehtiramın ifadəsidir, desək yanılmarıq.
1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycan Respublikasına yeni dövrün tələblərinə cavab verən və hərtərəfli hüquqi çərçivənin yaradılmasını təmin edən Əsas Qanun lazım idi. Xalqın çağırışı ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin dövlət başçısı seçildikdən sonra dövlətin qanunvericilik bazasının möhkəmləndirilməsini prioritet məsələlərdən biri kimi qarşıya qoyması, yeni konstitusiya layihəsinin hazırlanması üçün xüsusi komissiya yaradılmasına nail olması və şəxsən bu prosesə rəhbərlik etməsi Onun müstəqil Azərbaycan dövlətinin gələcəyinə göstərdiyi diqqətin və məsuliyyətin təzahürü idi.
Beləliklə, müharibə vəziyyətində olan, müvəqqəti atəşkəs rejimi dövrünü yaşayan və müstəqillik yolunda kövrək addımlarını atan Azərbaycan Respublikasının dövlətçiliyinin möhkəmləndirilməsi qayğısına qalan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə mürəkkəb və çətin dövrdə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi, siyasi və iqtisadi sisteminin formalaşmasında əvəzedilməz rol oynamaqla yanaşı, ölkəmizdəki sabitliyin qarantı oldu. Həmçinin 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğunun əsasını təşkil etdi.
1995-ci ildə xalqımızın yekdilliklə qəbul etdiyi Azərbaycan Respublikasının Konstitusiyası, eyni zamanda hüquq sisteminin təməl prinsiplərini, həm də milli suverenliyin, insan hüquq və azadlıqlarının qorunmasını təmin edən bəyannamədir. Məhz bu hüquqi baza üzərində Azərbaycan qısa müddət ərzində güclü dövlətə, regional liderə çevrildi. Azərbaycan Respublikasının Konstitusiyasına 2002, 2009 və 2016-cı illərdə edilən dəyişikliklər Azərbaycan xalqının müdrik qərarları və güclü dəstəyi ilə reallaşdı. Əsas Qanuna edilən dəyişikliklər yeni reallıqlara uyğunlaşdırılaraq, müasir cəmiyyətimizin inkişafı üçün daha dayanıqlı hüquqi çərçivə yaratdı. Xalqımızın bu dəyişikliklərə müsbət yanaşması dövlət siyasətinə yüksək inam və etimadın bariz nümunəsiydi.
Qeyd edilənlərə əsaslanaraq, demək olar ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilməsi təşəbbüsü xüsusi önəm kəsb edir. Ümid edirik ki, sözügedən Sərəncama əsasən, bu il ərzində keçirilməsi planlaşdırılan tədbirlər həm milli hüquq düşüncəsinin inkişafını, həm də gənc nəsillərdə müstəqillik ruhunun daha da güclənməsini təmin edəcək. Belə ki, 2025-ci ildə Azərbaycan Konstitusiyasının qəbulundan 30 il, Vətən müharibəsində qazanılmış tarixi zəfərdən isə 5 il ötür. Məhz 5 il öncə xalqımızın ən böyük arzularından biri – torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün tam təmin edilməsi reallığa çevrildi. Bu Tarixi Zəfər təkcə döyüş meydanında deyil, həm də Konstitusiyamızın 11-ci maddəsində yer alan “Azərbaycanın ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” prinsipinin tam həyata keçirilməsində mühüm rol oynadı. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Tarixi Qələbə, eləcə də 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün əraziləri üzərində suverenliyimiz tam bərqərar oldu. Bu tarixi hadisələr Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq kimi ali məqsədini Konstitusiyanın hüquqi çərçivəsində reallaşdırdı.
Bu gün qürurla qeyd edə bilərik ki, Konstitusiyamızda təsbit olunmuş prinsiplər tam şəkildə gerçəkləşmiş, Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycanın dövlətçilik tarixi yeni mərhələyə qədəm qoymuşdur. Əldə edilmiş Zəfər və onun hüquqi əsaslarının təmin edilməsi dövlətimizin möhkəm təməllər üzərində qurulduğunu bir daha nümayiş etdirmişdir. Konstitusiyanın mükəmməl quruluşu sayəsində bu gün işğaldan azad edilmiş torpaqlarımızda dövlət idarəetməsi və hüquq qaydaları tam bərpa olunmaqdadır.
Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30-cu illiyində 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi həm hüquqi dövlət anlayışının dərinləşdirilməsi, həm də Vətən müharibəsində və sonrakı illərdə əldə edilmiş uğurların davamlı olmasını təmin etmək üçün tarixi təşəbbüsdür. Bu səbəbdən də 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunmasını Azərbaycan Konstitusiyasının 30 illiyinə və Tarixi Zəfərinin 5-ci ildönümünə xüsusi töhfə hesab etmək olar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05

