Azərbaycan gəncləri ölkəmizin qüdrətlənməsinə sanballı töhfələr verirlər
31.01.2025 [16:57]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan gəncləri hər zaman cəmiyyətin ən dinamik zümrəsi olaraq ölkədə baş verən bütün proseslərin mərkəzində dayanıb, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak ediblər.
Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılıb.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldub, ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi bacarıblar. Müstəqil Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edib, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşıb.
Xüsusi ilə vurğulamaq yerinə düşər ki, uğurlu siyasət, gənclərə göstərilən inam və etimad 2020-ci il İkinci Qarabağ savaşında özünü bir daha doğrultdu. 44 günlük müharibədə Zəfərimizi daha əzəmətli edən isə milli dövlətçiliyə sədaqətli, Prezidentinə güvənli vətənpərvər gənclər nəslinin yetişdirilməsi oldu. Vətən müharibəsinin qalib sərkərdəsi Prezident İlham Əliyevin “Dəmir yumruq” əməliyyatında yüksək vətənpərvərlik ruhunda yetişən gənclərimizin birliyinin bir daha şahidi olduq. Azərbaycan gəncləri 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün çəkən Vətən müharibəsindən Zəfərlə çıxaraq, Prezident cənab İlham Əliyevin etimadını layiqincə doğrultdular. Müdrik qərarları ilə xalqımızın ümid yerinə, uğur simvoluna, qurucu liderinə çevrilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il martın 20-də qalibiyyət zirvəmiz Şuşadan – Cıdır düzündən xalqa müraciəti zamanı qürurla bəyan etdiyi kimi, Vətən müharibəsində qazandığımız şanlı Qələbədə gənc nəslin misilsiz rolu oldu.
Fərəhli haldır ki, ölkədə gedən bütün islahatların mərkəzində gənclər dayanır. Onlar dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkədə uğurlu islahatların həyata keçirilməsində, dövlət qarşısında duran vacib problemlərin həllində öz sanballı töhfələri ilə fəallıq göstərirlər.
Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə hər bir sahədə böyük fəallıq göstərən gənclərimiz Prezident İlham Əliyevin ətrafında sıx birləşib, xoşbəxt gələcəklərinin təminatını Yeni Azərbaycan Partiyasında görürlər. Bu gün gənclərin seçiminin Yeni Azərbaycan Partiyası olmasının arxasında dövlətçiliyə bağlılıq, milli mənafenin qorunması kimi müqəddəs amallar dayanır. Çox sevindirici haldır ki, partiya sıralarına axın edən gənclərimiz həm özlərinin ictimai fəaliyyətləri üçün çox geniş meydan əldə edir, həm də Azərbaycan cəmiyyətinin inkişafına töhfələrini vermək imkanı qazanırlar.
“Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”, – deyən Azərbaycan Prezidenti İlham Əliyev hər zaman gənclərə etimad göstərib, onların ən böyük himayəçisi və dəstəkçisi olub. Məhz bunun üçün müzəffər, qalib xalqın gəncləri daha işıqlı sabaha doğru inamla addımlayırlar. Azərbaycan gəncləri öz bayramlarını qalib ölkənin vətəndaşları kimi qürurla qeyd edirlər.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident cənab İlham Əliyevin yeni mərhələyə qaldırdığı dövlət gənclər siyasəti respublikamızda yetişməkdə olan vətənpərvər gənclərin güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu gün qürurla Azərbaycan gəncləri əlamətdar bayramlarını qeyd edirlər. Ölkəmizin qüdrətlənməsi, çiçəklənməsi yolunda dövlətçilik ənənələrini daim uca tutan gənclərimiz yorulmadan qürurla addımlayırlar.
Xəbər lenti
Hamısına baxDünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36

