Gənclər cəmiyyətin avanqard qüvvəsinə çevrilib
31.01.2025 [16:58]
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənclərlə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Lakin ənənələr, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafına hər bir insan öz töhfəsini verməlidir.
Gənclərin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında birmənalı olaraq dövlət gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin təməli isə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər Heydər Əliyev böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Ümummilli Liderin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli- mənəvi dəyərlər əsasında mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olmuşdur. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir.
Heydər Əliyev həmişə gənclərə böyük ümidlər bəsləyir və Ümummilli Lider qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndər sağlam gəncliyin, mütərəqqi bir nəslin yetişməsinə xidmət etmişdir. Dahi Lider gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edərək onların imkan və bacarıqlarını yüksək dəyərləndirmişdir.
1996-cı il fevralın 2-də Azərbaycan Respublikası Gənclərinin Birinci Forumunun keçirilməsi, bundan bir il sonra Azərbaycan Gənclər Günü elan edilməsi, 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi Ulu Öndərin gənc nəslə yüksək diqqət və qayğısının bariz nümunəsidir. 2002-ci ildə qəbul olunan “Gənclər siyasəti haqqında” Qanun gənclərlə bağlı daha bir mühüm sənəd idi. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi, onların sağlamlığının qorunması, həmçinin gənc ailələrə və gənclər təşkilatlarına dövlət qayğısının artırılmasında bu Qanun mühüm əhəmiyyət kəsb etmişdir.
Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasəti yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Dövlət başçısının böyük müvəffəqiyyətlə həyata keçirdiyi gənclər siyasəti sözügedən nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə nəticələnməkdə, daha böyük uğurların əldə olunmasına rəvac verməkdədir.
Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyir. Gənclik böyük güc, böyük arzular ümidlər və sağlam düşüncə deməkdir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Hər bir gənc dövlətin diqqət və qayğısını yüksək qiymətləndirir, onlar üçün yaradılan fürsət və imkanların dəyərini bilir, Vətən və cəmiyyət üçün faydalı olmağa çalışır.
Xəbər lenti
Hamısına baxDünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59

