Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyasının təməlində inkişaf və tərəqqi dayanır

Yeni Azərbaycan Partiyasının təməlində inkişaf və tərəqqi dayanır

28.05.2013 [12:25]

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının IX konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının IX konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər.
Konfransda 135 nəfər nümayəndə iştirak edib. Konfransda YAP Abşeron rayon təşkilatının VIII konfransından hazırkı dövrə qədərki fəaliyyətinə dair YAP-ın rayon təşkilatının sədri Bilman Vəliyevin hesabatı dinlənilib. B.Vəliyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyası olmaqla yanaşı, həm də qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən uğurla gəlib: “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu YAP bu gün xalqın partiyası olaraq, Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin ətrafında təməlli olaraq xalq-dövlət vəhdətini yaradıb”.
B.Vəliyev qarşıdan gələn prezident seçkilərində abşeronluların Prezident İlham Əliyevə səs verəcəyini, bununla da Azərbaycanın gələcək inkişafında dəstək vermiş olacaqlarını bildirib: “Bu gün hər bir Azərbaycan vətəndaşı ölkəsinin daha uğurlu gələcəyi naminə cənab İlham Əliyevə səs verərək, başlanan inkişafın davam etdirilməsinə dəstək olacaqlar”.
Təşkilat sədri onu da bildirib ki, hazırda Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının əhatə etdiyi 120 ilk ərazi təşkilatda 6500 nəfər partiya üzvü var. Onların 3500 nəfərini qadınlar, 3000 nəfərini 18-35 yaşlı gənclər təşkil edir.
Konfransın işində YAP Abşeron rayon təşkilatının qadınlar şurasının sədri Teybə Hüseynova çıxış edərək YAP-ın yaranma tarixinə və ötən 21 ildə partiyanın əldə etdiyi böyük nailiyyətlərə toxunaraq cəmiyyətdə qadınların rolundan danışıb. Bildirib ki, partiyanın yaranması, həqiqətən də, çətin və ağır dövrlərə təsadüf edirdi. Məhz həmin illərdə Ulu öndər Heydər Əliyev Azərbaycanı və xalqımızı çətin problemlərdən xilas edib. Bütün bu uğurların təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək bildirib ki, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın sıralarında yüz minlərlə insan birləşib və onların hər biri gələcəyə böyük inamla irəliləyirlər: “Bu gün partiyanın 600 min üzvünün hər biri qurultayda iştirak etməyə layiqdir. Amma qurultayların özünəməxsus xüsusiyyətləri var. Bu seçki ilə əlaqədar keçirilən qurultaydır. Qurultay nümayəndələrinin say tərkibindən asılı olmayaraq, reallıq budur ki, YAP-ın sıralarında birləşən hər kəs Ulu öndər Heydər Əliyev siyasətini təbliğ edən insanlardır”.
Qarşıda çox ciddi vəzifələrin dayandığını deyən Hikmət Babaoğlu bildirib ki, əsas vəzifə ondan ibarətdir ki, cənab İlham Əliyevin qələbəsini təmin etmək üçün hər bir yeni azərbaycançı öz gücünü səfərbər etməlidir: “Ona görə də Yeni Azərbaycan Partiyası xüsusilə təbliğat-təşviqat kampaniyası dövründə fəallıq nümayiş etdirməli, dövlətimizin uğurlu siyasəti, cənab Prezident İlham Əliyevin gördüyü işlər, əldə olunan uğurlar əsaslı şəkildə təbliğ olunmalıdır”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə öz çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyası 21 ildə böyük inkişaf yolu keçməklə sıralarını daim genişləndirib. Abşeron rayon təşkilatı da digər təşkilatlarda olduğu kimi, partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirib: “Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olunmasında siyasi nizamlama rolunu öhdəsinə götürüb. YAP Ulu öndər Heydər Əliyev şəxsiyyətinin qüdrəti və rəhbərliyi altında ölkədə sabitliyin yaranması, demokratik dəyərlərə üstünlük verilməsi prosesini nizamlayan real siyasi qüvvə kimi özünü təsdiq edə bilib”.
Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin, xalqımızın qarşısındakı xidmətlərindən ətraflı bəhs edən Bəhruz Quliyev vurğulayıb ki, şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası tarixin onun üzərinə qoyduğu missiyanın yerinə yetirilməsi istiqamətində ləyaqətlə fəaliyyət göstərir: “Tarixi zərurətdən yaranan YAP Ulu öndər Heydər Əliyev siyasətinə uyğun olaraq dövlətə-xalqa xeyirli və gərəkli fəaliyyət yolu tutub. Bu yol dönməz və davamlıdır. Bu yolu müəyyənləşdirən və əsasını qoyan Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın inkişafını, xalqın daha rahat və firavan yaşamasını təmin edib. Bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev həyatımızın bütün sahələrində inkişafa, tərəqqiyə nail olub. Təbii ki, xalqımız bu tərəqqinin, bu inkişafın dönməzliyinin davam etdirilməsi üçün yenidən Yeni Azərbaycan Partiyasının vahid namizədi, Ümummilli liderimiz Heydər Əliyevin siyasi varisi İlham Əliyev cənablarına səs verəcək. İlham Əliyevə səs verməklə biz müstəqilliyə, dövlətçiliyə, demokratiyaya, sürətli iqtisadiyyata, çevik və uğurla həyata keçirilən daxili və xarici siyasətə səs vermiş oluruq”.
Sonra YAP-ın V qurultayında iştirak etmək üçün nümayəndələr seçilib. Eyni zamanda, konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul olunub.
YAP sıralarına qəbul edilən gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Paylaş:
Baxılıb: 1257 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30