/ / Cənab Prezident İlham Əliyev bu müsahibə ilə bir daha öz gücünü və qətiyyətini bütün dünyaya göstərdi!
Cənab Prezident İlham Əliyev bu müsahibə ilə bir daha öz gücünü və qətiyyətini bütün dünyaya göstərdi!
13.02.2025 [17:28]
Elşən Əzizov,
YAP Saatlı rayon təşkilatının sədri
Yanvarın 20-də Davos Forumunda iştirak edən cənab Prezident İlham Əliyev Çin Xalq Respublikasının CGTN (China Global Television Network) telekanalına müsahibə verib və bu müsahibə fevralın 11-də bu televiziya kanalında yayımlanıb. Qeyd edilməlidir ki, dövlət başçısı cənab İlham Əliyevin ənənəvi keçirilən Davos İqtisadi Forumunun iclaslarında iştirakı, eyni zamanda, çıxışı, verdiyi müsahibələr, qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlər Azərbaycan həqiqətlərinin, qlobal məsələlərin həllində tutduğumuz mövqeyin təbliğində əhəmiyyətli rol oynayır. İstər görüşlər, istərsə də müsahibə Azərbaycanın nüfuzunun, Prezident İlham Əliyevə yüksək etimadın göstəricisidir. Ölkəmizin hər bir məsələdə mövqeyinə verilən önəm diqqətdən kənarda qalmır. Təbii ki, bu, Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olmasından, inkişaf modelinin nümunəviliyindən, münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına göstərdiyi diqqətdən irəli gəlir. Müsahibədə qeyd edilib ki, ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası olub. Azərbaycan bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirib. 30 il ərzində bu, xalqımızın milli ideyası olub və qarşıya qoyulan hədəflərə çatmaq, ədaləti bərpa etmək üçün bütün səylər səfərbər edilib. Təəssüf ki, işğal illərində beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar bu işlərdə bizə yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı.
Azərbaycan isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dahi sərkərdəliyi ilə ədaləti özümüz bərpa etdik. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.Ötən ilin noyabr ayında ölkəmiz təxminən 200 ölkəni bir araya gətirən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edib. Belə bir mötəbər iqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın bundan əvvəl BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdiyini xatırladan dövlətimizin başçısı bildirib: “Bu onu göstərir ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir. Ona görə də biz belə qlobal, beynəlxalq bir tədbirə ev sahibliyi edə bilərik. Qlobal çağırışları həll etmək və yaranan imkanları araşdırmaq məqsədi güdən bu mötəbər toplantıda yeni texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyinin sürətləndirilməsi fonunda sosial və iqtisadi dayanıqlığın gücləndirilməsi kimi məsələlər müzakirə edilib. Cənab Prezident bu çıxışı ilə dünyaya yeni mesajlar vermişdir. Bu mesajlar ilk növbədə Azərbaycanın milli maraqlarının qorunması və Azərbaycana mane olan qüvvələrin öz əməllərindən əl çəkməsidir. Ölkəmizin rəhbəri dəfələrlə bildirib ki, bizim heç bir ölkənin torpaqlarında gözümüz yoxdur. Biz sağlam qonşuluq münasibətləri zəminində yaşamaq, işləmək, fəaliyyət göstərmək əzmindəyik. Bu istiqamətdə də öz işlərimizi həyata keçiririk. Bu televiziya müsahibəsində də ölkəmizin rəhbəri dünyada baş verən hadisələrə öz obyektiv münasibətini ortaya qoydu. Əlbəttə ki, bu mövqe dünyada sülhün, əmin-amanlığın təmin olunması, münaqişələrin aradan qaldırılması, insanlığa, beynəlxalq normalara hörmət edilməsidir.
Verilən müsahibə və səsləndirilən fikirlər bilavasitə Azərbaycan xalqının mövqeyidir. Bir suveren dövlət kimi biz öz hüquqlarımızı qorumalı və hüquqlarımıza qarşı çıxan hər kəsə qarşı amansız mövqedə olmalıyıq. Çünki Azərbaycan 30 il öz hüquqlarından məhrum olmuş bir milyon xalqın Vətənidir. İnsanlarımızın öz hüquqlarını qoruması, onların haqqıdır. Ölkə Prezidenti də bu mövqedən çıxış edir. Cənab Prezident İlham Əliyev fəaliyyət göstərdiyi bütün illərdə dünya ölkələri ilə əməkdaşlıq qurur, sülhün, əmin-amanlığın, demokratiyanın genişləndirilməsinə böyük dəstək verir və bu yolda səylərini əsirgəmir. Azərbaycan cəmiyyətində sabitliyin, birliyin olması, öz maraqlarımızın müdafiə edilməsi, əlbəttə ki, fəaliyyətlərimizin əsasıdır.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

