YAP Qubadlı rayon təşkilatının fəalları ilə görüş keçirilib
25.07.2013 [10:03]
Siyavuş Novruzov: Möhtərəm Prezidentimizin qarşıdan gələn prezident seçkilərində namizədliyinin irəli sürülməsi YAP-ın 600 min üzvünün və cəmiyyətin böyük hissəsinin arzusu və tələbi idi
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun YAP Qubadlı rayon təşkilatının fəalları ilə görüşü keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və Milli Məclisin deputatı İmamverdi İsmayılov da iştirak edib.
Tədbiri giriş sözü ilə açan YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev rayon partiya təşkilatının gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, YAP rayon təşkilatı fəaliyyəti dövründə xeyli işlər görüb, ötən dövrlərdə keçirilmiş seçkilərdə yüksək fəallıq nümayış etdirib, partiyanın Mərkəzi Aparatının qarşıya qoyduğu tapşırıqların öhdəsindən gəlməyə çalışıb: “Hazırda YAP rayon təşkilatında 3166 nəfər üzv var. 85 ərazi ilk təşkilatında birləşən partiya üzvlərindən 1570-i kişi, 1596-ı qadındır. Gənclərin sayı 1318 nəfərdir”.
A.Haqverdiyev onu da vurğulayıb ki, Qubadlı rayonunun sakinləri hər zaman Ulu öndər Heydər Əliyev siyasətini dəstəkləyir: “Yeni Azərbaycan Partiyasının 7 iyun 2013-cü il tarixli V Qurultayında partiyanın Sədri cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi respublikanın bütün sakinləri kimi rayonumuzun sakinləri tərəfindən də dərin razılıq hissi ilə qarşılanıb. Rayonun ictimaiyyəti 10 il ölkəyə bacarıqla rəhbərlik edən Prezident İlham Əliyevin yenidən həmin vəzifəyə namizədliyinə alternativ görmür”.
Daha sonra çıxış edən YAP Qubadlı rayon təşkilatının Gənclər Birliyinin sədri Aqil Quliyev, Çaytumas kənd tam orta məktəb ilk partiya təşkilatının sədri Malik Atakişiyev, YAP Qubadlı rayon təşkilatı Qadınlar Şurasının sədri Badam Hüseynova rayon təşkilatının fəaliyyəti ilə bağlı məlumat veriblər. Bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili-xarici siyasət kursu birmənalı şəkildə ölkəmizin günü-gündən daha yüksək inkişaf səviyyəsinə çatmasında mühüm rol oynayır.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı İmamverdi İsmayılov bildirib ki, Azərbaycan dövləti bu gün beynəlxalq aləmdə yüksək imicə malikdir. Ölkəmizdə aparılan yüksək səviyyəli abadlıq-quruculuq işlərinə diqqət çəkən millət vəkili ölkə başçısının qaçqın və məcburi köçkünlərin sosial təminatının yüksəldilməsi, rifah halının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlərə hər zaman diqqət və qayğı ilə yanaşdığını söyləyib.
Görüşdə çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, dövlətimiz qaçqın və məcburi köçkünlərə diqqət və qayğı göstərir. Ümumiyyətlə, Azərbaycanda görülən işlərin göz önündə olduğunu söyləyən millət vəkili vurğulayıb ki, məhz bu işlərin nəticəsi olaraq YAP öz qurultayında qərar qəbul etdi ki, Ulu öndər Heydər Əliyev siyasi kursu davam etməlidir, davamlı olmalıdır və Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevin namizədliyi yenidən irəli sürüldü: “Möhtərəm Prezidentimizin qarşıdan gələn prezident seçkilərində namizədliyinin irəli sürülməsi YAP-ın 600 min üzvünün və cəmiyyətin böyük hissəsinin arzusu və tələbi idi. Cəmiyyətimiz bu inkişafın, sabitliyin davamlılığını istəyir. İnsanlar görür ki, ötən 21 ildə Azərbaycan dövləti böyük inkişaf yolu keçib. Müstəqilliyin ilk illərindəki çətin günlər hər kəsin yaddaşındadır. Biz o çətinliyi birgə yaşamışıq. Artıq Azərbaycan böyük inkişaf yolu əldə edib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, 1992-93-cü illərdə sosial həyatımızla yanaşı, siyasi kataklizmlər Azərbaycanı uçuruma aparırdı. Məhz 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ulu öndərimiz Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi”.
Dövlətçiliyin birinci əsas şərtinin ictimai-siyasi sabitlik olduğunu bildirən YAP İcra katibinin müavini qeyd edib ki, əgər hər hansı bir ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada iqtisadi inkişafdan, sosial problemlərin həllindən, abadlıqdan-quruculuqdan danışmaq olmaz: “İctimai sabitliyi olmayan ölkələrin vəziyyəti göz önündədir. Hətta bizdən də artıq təbii sərvətlərə malik ölkələr var ki, düzgün qurulmayan siyasətin nəticəsində həmin təbii sərvətlər xalqın lehinə deyil, əleyhinə işləyir, ayrı-ayrı dövlətlər tərəfindən mənimsənir”.
Azərbaycanın keçdiyi inkişaf yolundan da danışan S.Novruzov bildirib ki, bu gün ölkəmiz Cənubi Qafqazın ən aparıcı, lider dövlətidir: “Bu gün Azərbaycan BMT-nin TŞ-nin qeyri-daimi üzvüdür, Azərbaycan öz peyki olan az-az dövlətlərdəndir. Dünyanın ən aparıcı tədbirləri Azərbaycanda keçirilir. Həmin tədbirlərin iştirakçıları Azərbaycanın potensialını, ölkəmizdəki ictimai-siyasi sabitliyi, təşkilatçılıq bacarığını yüksək səviyyədə qiymətləndirirlər. Azərbaycan “Eurovision-2012” musiqi yarışmasına ev sahibliyi etməklə dünyada özünün mədəniyyətini, inkişafını təbliğ etdi, gələn qonaqlar gənc bir ölkədəki inkişafa heyran qaldılar”.
2013-cü ilin seçki ili olduğunu vurğulayan millət vəkili bu baxımdan fəaliyyətin daha da aktivləşdirilməsinin zəruri olduğunu deyib. YAP İcra katibinin müavini bildirib ki, bu gün ayrı-ayrı qüvvələrdən maliyyə dəstəyi alan şəxslər ortaya çıxıb: “Vaxtilə vətənə xəyanət etmiş, vətəni satmış insanlar bu gün ortaya çıxıb. Azərbaycanın ən ağrılı, ən çətin vəziyyətlərində Moskvada oturan, öz işi ilə məşğul olan, erməni ziyalıları ortaya düşəndə Azərbaycan haqqında bir məqalə ilə də olsa Azərbaycanı müdafiə etməyən həmin adamlar bu gün Azərbaycan xalqının taleyindən, inkişafımızdan, demokratiyadan danışır. Hansı ki, 20 Yanvar hadisələri zamanı Ulu öndərimiz onu gözləyən təhlükələrə baxmayaraq bu faciəni bütün dünyaya çatdırdı, amma adını ziyalı qoymuş həmin şəxslər həmin vaxt ermənilərlə restoranlarda sağlıq deyib, yeyib-içirdi. Bu gün Azərbaycan öz yolundan daşı-kəsəyi təmizləyib. 10 il ərzində büdcəmiz 23 dəfə artıb. Gəlirlərimiz 23 dəfə artıb. Yeni iş yerləri açılıb, abadlıq-quruculuq işləri aparılıb. Hətta təbii fəlakətdən əziyyət çəkən vətəndaşlarımıza yeni evlər tikilir”.
S.Novruzov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyaya nümunə olaraq jurnalistləri evlə təmin edib: “Təbii ki, bunu gözü götürməyən ermənipərəst qüvvələr var. Həmin qüvvələrin burda olan nümayəndələri var ki, bilavasitə onların maliyyə dəstəyi, tapşırığı və göstərişi ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edir. Bunlar heç nə edə bilməzlər. Onların hamısı bir yerdə YAP-ın bir rayon təşkilatının üçdə biri qədər deyillər. Hətta mən bunu say baxımından deyirəm, keyfiyyət baxımından demirəm, çünki orada keyfiyyət yoxdur. Cəmiyyət onları dəstəkləmir. Xalqın içinə çıxmağa üzləri yoxdur. Bir neçə gənci öyrədib küçələrə salmaqla guya dövlətimizin imicinə ləkə vurmağa çalışırlar. Bu gün hər bir vətəndaş qanun qarşısında eynidir və Azərbaycanda qanunun aliliyi təmin olunub. Bu baxımdan onların yalanları xalq tərəfindən qəbul olunmur”.
Daha sonra Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Prezident İlham Əliyev tərəfindən ölkəmizdə görülən işlərdən, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yüksəldilməsi yönündə görülən tədbirlərdən danışıb.
Tədbirin sonunda isə millət vəkili Siyavuş Novruzov YAP Qubadlı rayon təşkilatının sıralarına daxil olmuş yeni üzvlərə üzvlük vəsiqələri təqdim edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52

