Azərbaycan jurnalistləri dövlətin diqqət və qayğısını yüksək qiymətləndirirlər
26.07.2013 [09:20]
Mətbuat günündə evlə təmin olunan jurnalistlər onların mənzil şəraitini köklü surətdə dəyişdirən bu addımı sevinclə və minnətdarlıq hissi ilə qarşılayırlar
Bildiyimiz kimi, müstəqil Azərbaycanda milli mətbuatın inkişafına maddi və mənəvi yöndə dəstəyin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Jurnalist əməyini hər zaman yüksək qiymətləndirən Ulu öndər KİV üzərindəki senzuranı aradan qaldırıb, mətbuat orqanlarının maddi-texniki şəraitinin yaxşılaşdırılması istiqamətində əməli addımlar atıb.
KİV-in inkişafı yönündə Ulu öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlarla bu istiqamətdə təməli qoyulan işlər uğurla və ardıcıl şəkildə həyata keçirilir. Belə tədbirlərdən biri kimi Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli Sərəncamına uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, dünya təcrübəsində ilk dəfə olaraq jurnalistlər üçün təmənnasız olaraq yaşayış binası tikilib. 2013-cü il iyulun 22-də, Azərbaycan mətbuatının 138 yaşının qeyd olunduğu bir gündə Səbail rayonunun Bibiheybət qəsəbəsində tikilmiş 17 mərtəbəli, 156 mənzilli binanın açılışı olub. Məlumdur ki, bir çox jurnalistlər üçün belə yüksək səviyyədə, iki və üçotaqlı mənzilləri almaq maddi cəhətdən çətindir. Bu səbəbdən də, dövlət başçısının bu addımı media işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çox əlamətdar hadisədir. Mətbuat günündə evlə təmin olunan jurnalistlər onların mənzil şəraitini köklü surətdə dəyişdirən və xeyli yaxşılaşdıran bu addımı sevinclə və minnətdarlıq hissi ilə qarşılayırlar.
“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu media nümayəndələrinə verilən mənzilləri dövlət tərəfindən jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün həyata keçirilən böyük layihə kimi qiymətləndirdiyini deyib: “Hesab edirəm ki, dövlət sosial vəziyyəti ağır olan media nümayəndələrinin problemlərinin həll olunmasına dəstək vermiş oldu. Buna görə də, dövlət başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Mənzil alan jurnalistlər arasında mənim də adım var. Bu, çox gözəl təşəbbüs idi. İstərdim ki, gələcəkdə inşa olunacaq evlərdən kənarda qalan jurnalistlər də bəhrələnə bilsinlər. Ev bölgüsünə gəlincə, hər şey tam şəffaf şəkildə həyata keçirildi”.
“Səs” qəzetinin baş redaktorunun müavini Valeh Məhərrəmli bu qəzetdə 1991-ci ildən çalışdığını, bütövlükdə, 23 ildən artıqdır ki, mətbuatda olduğunu deyib: “Bildiyimiz kimi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələ bir neçə il əvvəl qaldırılmışdı, bu barədə Prezident İlham Əliyev 2010-cu ildə Sərəncam imzalamışdı. Lakin bu mənzillərin necə veriləcəyi ilə bağlı tam təsəvvürüm yox idi. Çox keçmədən aydın oldu ki, hər bir şey obyektiv şəkildə təşkil olundu, kimə hansı mənzilin verilməsi şəffaf formada, püşkatma ilə müəyyən edildi. Üstəlik, jurnalistlərin siyasi mövqeyi ilə bağlı heç bir ayrı-seçkilik olmadı, iqtidaryönlü, müxalifyönlü, yaxud müstəqil olmasına fərq qoyulmadan ən müxtəlif media orqanlarının jurnalistləri mənzillə təmin olundu, hər bir kəs dövlətin yaratdığı bu imkandan yararlana bildi”.
O qeyd edib ki, dünyada ilk dəfə olaraq jurnalistlərin evlə təmin olunması məhz Azərbaycanda baş verdi: “Bina çox yüksək səviyyədə tikilib, mənzillərdə çox gözəl şərait var. Mənim kimi mənzil alan bir çox həmkarlarım illərdir ki, normal şəraiti olmayan evlərdə, kirayə haqqı ödəməklə yaşayırdıq. Öz maaşımızla bizə verilən mənzillərlə müqayisə olunmayacaq dərəcədə kiçik, yaxud şəraiti yaxşı olmayan mənzil ala bilərdik”.
V.Məhərrəmli bildirib ki, bu addım biz jurnalistlərə çox böyük stimuldur. Jurnalistlərin üzərinə düşən vəzifə isə dövlət, xalq üçün vicdanla çalışmaqdır.
“Palitra” qəzetinin Siyasət şöbəsinin müdiri İlkin Ağayev uzun illərdir mətbuat sahəsində çalışır: “2003-cü ildən mətbuatda müxtəlif qəzetlərdə işləmişəm. 2004-cü ildən isə “Palitra” qəzetində çalışmağa başlamışam. Hazırda qəzetin Siyasət şöbəsinin müdiriyəm. Eyni zamanda, bir sıra media orqanlarında və saytlarda da mütəmadi olaraq məqalələrim çıxır. İndiyə qədər “Kubinka”da kirayədə yaşayırdım, ailəliyəm, iki övladım var. Bu gün belə bir nailiyyətə çatdığıma görə digər jurnalist həmkarlarım kimi çox sevinirəm. Bu, mənə və ailəmə edilən böyük hədiyyədir. Çünki Prezident və dövlət bizi evlə təmin etməsəydi, çətin ki ömrümüz boyu belə bir evə öz maaşımızla sahib ola bilərdik. Bu baxımdan bir daha cənab Prezidentə özümün, ailəmin və yaxınlarımın adından təşəkkürümü bildirirəm”.
“525-ci qəzet”in əməkdaşı Aydın Bağırov isə deyib ki, bu il qeyd edilən Milli Mətbuat Günü Azərbaycan jurnalistləri üçün ikiqat bayram oldu: “Azərbaycan dövlətinin 156 jurnalistin mənzillə təmin olunması qərarı dünya təcrübəsində ilk belə hadisə idi. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iyulun 22-də jurnalistlər üçün daha bir binanın təməlqoyma mərasimi də keçirildi. Bu isə o deməkdir ki, yaxın 2-3 ildə ölkəmizdə bir nəfər də olsun evsiz jurnalist qalmayacaq. Fürsətdən istifadə edib Azərbaycan jurnalistlərinə göstərdiyi bu diqqətə və qayğıya görə Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Ev almış bütün həmkarlarımı da təbrik edirəm. Evi olmayanlara da “qismət olsun” deyirəm”.
Aydın Bağırov, həmçinin, “Bu dəfə mənzil alan elə insanlar olub ki, 20 il, bəlkə də bundan daha artıq ev almaq arzusunda idilər. Bu da dövlətimizin mətbuata diqqəti sayəsində baş tutdu. Mən digər həmkarlarımı bir az səbirli olmağa çağırıram. İnşallah, əminəm ki, növbəti binada onların hamısı mənzillə təmin olunacaqlar” sözlərini də əlavə edib.
Publika.Az saytının redaktoru Cəmaləddin Quliyev deyib ki, Azərbaycan mətbuatında 1994-cü ilin sonlarından çalışır: “Gənclik”, “Meridian”, “Ekspress”, “Naxçıvan” qəzetlərində müxbir, “Dövran” qəzetində baş redaktorun birinci müavini, “Gələcək” və “Paritet” qəzetlərində baş redaktor olmuşam, hazırda Publika.Az saytının redaktoruyam. 2005-ci ildə “Tərəqqi” medalı ilə təltif edilmişəm. Amma əlavə gəlir yeri olmayan digər həmkarlarım kimi mənim də mənzilsizlik problemim var idi”.
Cəmaləddin Quliyev onu da bildirib ki, bu ilin əvvəllərində Prezident İlham Əliyevə mənzil şəraiti ilə bağlı müraciət edib: “Müraciətimin nəzərə alınması, 156 həmkarımla birgə məni də çox sevindirir. Özüm və ailəm adımdan cənab Prezidentə bu misilsiz sosial aksiyaya görə sonsuz minnətdarlığımı bildirirəm. Eyni zamanda, bu prosesin əvvəldən sona kimi şəffaf və ədalətli aparılmasına bilavasitə nəzarət etmiş hər bir şəxsə, xüsusən, Prezident Administrasiyasının rəhbərliyinə və Prezident Administrasiyası İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov cənablarına minnətdarlığımı ifadə edirəm. Bu, həqiqətən də, nə Azərbaycanın media tarixində, nə də dünyanın hər hansı bir ölkəsində misli olmayan bir aksiyadır. Bizim üçün edilmiş hədiyyənin bir sevindirici cəhəti də odur ki, cənab Prezident jurnalistlər üçün nəzərdə tutulmuş binanın açılış mərasimində çıxışında bildirdi ki, bu binada mənzillə təmin olunmayan, amma buna layiq olan jurnalistlərin mənzillə təmin olunması üçün əlavə tədbirlər görüləcək. Elə həmin gün də növbəti binanın təməlqoyma mərasimi keçirildi və lazımi vəsaitin ayrılması üçün Sərəncam verildi. Bu, o deməkdir, biz sadəcə yeni binanın deyil, həm də cənab Prezidentin də qeyd etdiyi kimi “jurnalistlər şəhərciyi”nin sakinləri olacağıq. Bu, qeyd etdiyim kimi, orta sinfin intellektual kəsimi olan medianın cəmiyyətdəki ictimai nüfuzunun artırılmasına yönəlmiş bir addımdır. Odur ki, bütün həmkarlarımı sadəcə sosial vəziyyətlərinin yaxşılaşması münasibətilə deyil, həm də cəmiyyətdə layiq olduqları sosial statusu-məhz cənab Prezidentin dəstəyilə qazanmaları münasibətilə təbrik edir, onlara yeni uğurlar arzulayıram. Var olsun, Azərbaycan dövləti!”
Hülya
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

