/ / Bərdə rayonunda YAP-ın fəalları ilə növbəti görüşdə prezident seçkilərinə hazırlıqla bağlı geniş fikir mübadiləsi aparılıb
Bərdə rayonunda YAP-ın fəalları ilə növbəti görüşdə prezident seçkilərinə hazırlıqla bağlı geniş fikir mübadiləsi aparılıb
26.07.2013 [09:23]
Bərdə rayon mədəniyyət evində Yeni Azərbaycan Partiyasının yerli fəalları ilə görüş olub.
AzərTAc xəbər verir ki, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun və Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun iştirak etdikləri görüşdə ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərinə hazırlıqla bağlı geniş fikir mübadiləsi aparılıb, rayon təşkilatının və partiya fəallarının qarşısında duran vəzifələr müzakirə olunub.
Bərdə rayon təşkilatı YAP-n ən böyük yerli strukturlarından biridir və bu gün öz sıralarında 10 min 185 partiya üzvünü birləşdirir. Bu haqda danışan rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, partiya üzvlərinin 4007 nəfərini qadınlar, 2717 nəfərini isə gənclər təşkil edir.
Qarşıdakı prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə məlumat verən F.Şadlinskaya qeyd edib ki, rayonda seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər bir şərait yaradılmaqdadır. Rayon ərazisindəki 2 seçki dairəsində 104 seçki məntəqəsi fəaliyyət göstərir. Bunu nəzərə alan rayon təşkilatı imza vərəqələrinin toplanması üçün 20 nəfər, təbliğat-təşviqat kampaniyası üçün 74 nəfər ayırıb. Kampaniyaya cəlb olunanların əksəriyyəti rayonun tanınmış ziyalılarıdır. Artıq təşkilatın seçki qərargahı da yaradılıb və seçkilərin gedişini izləyəcək müşahidəçilər müəyyən edilib. Belə ki, hər məntəqə üzrə 5 nəfər olmaqla 520 müşahidəçi ayrılıb, habelə məntəqə seçki komissiyalarında məşvərətçi səs hüququna malik 104 partiya üzvü müəyyənləşib.
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə iqtisadiyyat, siyasət, mədəniyyət və idman sahəsində əldə olunan uğurları diqqətə çatdıran təşkilatın sədri bildirib ki, məhz bütün bunlara görə xalqımız ölkədə həyata keçirilən siyasi kursu dəstəkləyir və Yeni Azərbaycan Partiyasının liderini yenidən Prezident görmək istəyir.
YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov görüşdə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 ildə ölkəmizdə qazanılmış böyük uğurlardan, genişmiqyaslı inkişafdan danışıb. Vurğulanıb ki, bu illər ərzində Azərbaycanın iqtisadiyyatı 3 dəfə artıb, 1 milyon 200 min yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə enib, əhalinin yaşayış səviyyəsi xeyli yüksəlib. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında ən dinamik inkişaf edən ölkələrdən biridir. Respublikanın hər bir bölgəsində geniş tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir. Bu müddət ərzində bütün bölgələr kimi, Bərdə rayonu da gözəlləşib, müasirləşib.
Ə.Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin ötən 10 ildəki fəaliyyətini yüksək qiymətləndirən xalqımız ölkədəki inkişaf prosesinin, sabitlik və əmin-amanlığın davamlı olmasını istəyir. Mütləq əksəriyyət belə hesab edir ki, bu misilsiz inkişafın, bu sabitliyin qarantı Prezident İlham Əliyevdir. Xalqın Onu növbəti 5 ildə də dövlətimizin başçısı kimi görmək istəyi məhz bu inamdan qaynaqlanır.
Tədbirdə çıxış edən YAP rayon təşkilatının fəalları əvvəlki seçkilərdə olduğu kimi, qarşıdakı seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədini, Prezident İlham Əliyevi dəstəkləyəcəklərini bildirib və əmin ediblər ki, seçkilərin mütəşəkkil keçməsinə nail olmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.
Sonda YAP sıralarına yeni daxil olmuş gənclərin bir qrupuna partiya biletləri təqdim edilib.
Xəbər lenti
Hamısına baxElm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16

