Regionda sülhün, inkişafın və əməkdaşlığın tərəfdarıyıq
05.05.2025 [18:36]
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Azərbaycanın bütün qonşu ölkələrlə səmimi qonşuluq münasibətlərində olmaq, eləcə də əməkdaşlıq platformalarını genişləndirmək niyyəti hər bir ölkəyə, xüsusən də region ölkələrinə məlumdur. Ölkəmiz regionda olan bütün ölkələrlə münasibətlərinin daha da yaxşılaşdırılmasına hər zaman həssas yanaşıb. Bu baxımdan, ölkəmizin yaxın qonşularından olan İran İslam Respublikası ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi və əməkdaşlığın getdikcə möhkəmləndirilməsi böyük əhəmiyyət kəsb edir. Prezidenti İlham Əliyev ölkəmizin hər zaman İran ilə münasibətlərə xüsusi önəm verdiyini, bu əlaqələrin regionun inkişafına və təhlükəsizliyinə xidmət etdiyini dəfələrlə bəyan etmişdir.
Cari ilin 28 aprel tarixində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ölkəmizə rəsmi səfər etmişdir. Bu səfər iki dost və qonşu ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşdirilməsi üçün yaxşı zəmin yaradır.
Səfər çərçivəsində Prezident İlham Əliyev ilə görüş keçirilib və hər iki lider mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında olduqca vacib məqamlara toxunub. Dövlətimizin başçısı bəyanatında İran Prezidentinin Azərbaycana ilk rəsmi səfərini yüksək qiymətləndirdi və bu səfərin iki ölkə arasında möhkəm təməllər üzərində qurulan münasibətlərin daha da dərinləşdirilməsinə xidmət edəcəyini vurğuladı. Azərbaycan və İran arasında uzunmüddətli qonşuluq əlaqələrinin, ortaq dini, mədəni və tarixi köklərin bu gün də əməkdaşlığa güclü əsas yaratdığı qeyd olundu.
Dövlət başçısı iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, xüsusilə energetika, nəqliyyat, kənd təsərrüfatı və sənaye sahələrində birgə layihələrin həyata keçirilməsinin gündəmdə olduğunu bildirdi. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması və Şimal-Cənub nəqliyyat dəhlizinin modernləşdirilməsi istiqamətində İranla əməkdaşlığın vacibliyini vurğuladı, bu layihələrin regionun inkişafı və ticarət dövriyyəsinin artımı baxımından mühüm rol oynayacağını bildirdi.
Prezident İlham Əliyev bəyanatında regionda sülhün və sabitliyin təmin edilməsinin bütün dövlətlərin maraqlarına uyğun olduğunu xüsusi qeyd etdi. Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünün bərpasının regional sabitliyə töhfə verdiyini və İranla bu istiqamətdə əməkdaşlığın vacibliyini vurğuladı. İran Prezidentinin də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi xüsusi minnətdarlıqla qeyd olundu.
Dövlət başçısı mədəni əlaqələrin, elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin də tərəflər arasında möhkəm dostluq bağlarını daha da gücləndirəcəyini qeyd etdi. Xalqlar arasında qarşılıqlı anlaşma və mədəni yaxınlıq əsasında humanitar layihələrin reallaşdırılması üçün yeni təşəbbüslərin hazırlanacağı bildirildi.
Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və İran arasında münasibətlər yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmır, bu münasibətlər dərin tarixi və mədəni bağlılıqlara, regional sabitliyə və qarşılıqlı etimada əsaslanır. Mətbuata verdiyi bəyanatda Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan regionda sülhün, inkişafın və əməkdaşlığın tərəfdarıdır.
Bu səfər və bəyanat Azərbaycan–İran əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu və hər iki ölkənin regional məsələlərdə daha fəal və koordinasiyalı fəaliyyət göstərəcəyini nümayiş etdirdi.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

