/ / Şəmkirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə tədbir keçirilib
Şəmkirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə tədbir keçirilib
10.05.2025 [19:15]
Şəmkirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə tədbir keçirildi.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, İcra Hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri əvvəlcə Ulu Öndərin rayon mərkəzində yerləşən abidəsini ziyarət etdi, önünə tər çiçəklər düzdülər.
Şəmkir Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sərgiyə baxış keçirildi.
Tədbirin rəsmi hissəsisində Dövlət Himnimiz səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışnda Ümummilli Liderin siyasi fəaliyyəti, Azərbaycan xalqına və dövlətçiliyinə olan tarixi xidmətləri barədə danışdı. Bildirdi ki, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqına həsr etmişdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
İcra başçısı qeyd etdi ki, Azərbaycanda intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Onun sayəsində Azərbaycan parçalanmaqdan, dövlət kimi yox olmaq təhlükəsindən xilas oldu. Güclü və qüdrətli Azərbaycanın gələcək nailiyyətləri məhz Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət bizi daha da qüdrətli və yenilməz, müstəqil, suveren bir dövlətə çevirdi.
Şəmkir rayon prokuroru Azər Hətəmov da çıxışında qeyd etdi ki, ömrünü dövlətimizin və xalqımızın xoşbəxt gələcəyinin qurulmasına həsr etmiş Ulu Öndər öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoyub. Müasir Azərbaycan tarixinin dövlətçilik salnaməsini qızıl hərflərlə yazan Heydər Əliyev hər bir azərbaycanlının qəlbində yaşayır və xalqımız var olduqca, hər zaman ürəklərdə əbədi yaşayacaq.
Şəmkir Rayon Məhkəməsinin sədri Zaur Allahyarov çıxış edərək bildirdi ki, müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir və Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri xalqımız tərəfindən heç vaxt unudulmayacaq.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev isə çıxışında Heydər Əliyevin Azərbaycanın müstəqilliyini təmin etmək və ölkəmizi tərəqqi yoluna çıxarmaq kimi ağır və məsuliyyətli işin öhdəsindən müdrik siyasəti ilə gəldiyini xüsusi vurğuladı.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olundu, yerli mədəniyyət işçiləri tərəfindən Ulu Öndərin sevdiyi musiqilər səsləndirildi.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

