Nərimanov rayonunda “28 May Müstəqillik Günü” münasibətilə tədbir keçirilib
27.05.2025 [18:40]
YAP Nərimanov rayon təşkilatı və Odlar Yurdu Universitetinin birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “28 May Müstəqillik Günü” münasibətilə tədbir keçirilib.
Tədbirdən öncə Odlar Yurdu Universitetinin foyesində dahi şəxsiyyət Heydər Əliyevin büstü önünə tər-gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev açaraq zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu qeyd edib. 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə endirilən üçrəngli bayrağının növbəti dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında qaldırıldığını xatırladıb. Mövcud tarixi şəraitdə Cümhuriyyətin qurulması, yaradılan demokratik təsisatlar, Azərbaycan dilinin dövlət dili elan edilməsi, Milli Ordunun təşkil olunması, qadınlara seçki hüququnun verilməsi və s. istiqamətdə görülən işlər barədə məlumat verən təşkilat sədri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin respublikamızda dövlət səviyyəsində qeyd edildiyini vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatları, YAP İdarə heyətinin üzvləri Azər Badamov, Hikmət Babaoğlu, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun atası - Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov çıxış edərək, milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa vaxt ərzində həyata keçirdiyi islahatlar, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlar, dövlətçiliyimizin möhkəmləndirilməsi, müstəqil ölkəmizin ən böyük uğurlarından olduğunu qeyd ediblər. Natiqlər bildiriblər ki, bu gün Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq müstəqilliyimizin bu gün də qorunub saxlanılması, Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirilməsi Azərbaycanın dövlətçilik ənənələrinin indi də yaşadığının göstəricisidir.
Tədbirdə Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fəallığı ilə seçilən gənclərə sertifikatlar və partiyanın sırasına yeni qoşulan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirin bədii hissəsində Odlar Yurdu Universitetinin tələbələrinin təqdimatında şer və mahnılar səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50

