Üçtərəfli əməkdaşlığın perspektivləri: sülh, təhlükəsizlik və sabit inkişaf
04.06.2025 [14:35]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Mayın 28-də – Müstəqillik Günündə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilmiş üçtərəfli Zirvə görüşü və ardınca təşkil olunmuş möhtəşəm konsert proqramı regionun yeni dövrə qədəm qoyduğunu göstərən güclü bir siyasi və mənəvi mesaj oldu.
Bu mühüm görüşün Laçında keçirilməsi simvolik bir addım idi. İşğaldan azad olunmuş, yenidən qurulan bir şəhərin mərkəzində üç qardaş ölkənin liderləri həmrəyliyini nümayiş etdirdilər. Bu, regional və beynəlxalq müstəvidə dostluq, qarşılıqlı dəstək və ortaq gələcək yolunda atılan möhkəm bir addım kimi həm rəmzi, həm də strateji məna daşıyırdı.
Prezident İlham Əliyev çıxışında səfərin və görüşün əhəmiyyətinə geniş toxunub. Azərbaycan uzun illər beynəlxalq hüququn pozulduğu, ədalətsizlik və ikili standartlarla qarşılaşdığı bir şəraitdə ərazi bütövlüyü uğrunda təkbaşına mübarizə aparıb. Lakin bu müddət ərzində dövlət özünə olan inamı qoruyub, iqtisadi və hərbi gücünü artırıb, vətənpərvər ruhda gənc nəslin yetişdirilməsinə xüsusi önəm verib.
Bu sistemli siyasətin nəticəsi olaraq Azərbaycan torpaqlarını işğaldan azad etməyə nail olub. İndi isə ölkə Böyük Qayıdış prosesini yaşayır – bu, təkcə insanların doğma yurdlarına qayıdışı deyil, həm də dövlətin tarixə və gələcəyə baxışının bariz göstəricisidir.
Prezident İlham Əliyev çıxışında həm də işğal və postmüharibə dövrlərində dost ölkələrin – Türkiyənin və Pakistanın göstərdiyi mənəvi və siyasi dəstəyi xüsusi vurğulayıb. Bu dövlətlər təkcə Azərbaycanın haqq işini müdafiə etməklə kifayətlənmədilər, həm də azad olunmuş ərazilərin bərpası və inkişafı prosesində yaxından iştirak etməyə hazır olduqlarını nümayiş etdiriblər.
Laçında keçirilən üçtərəfli Zirvə görüşü də məhz bu mənəvi bağlılığın və ortaq məqsədlərin təntənəsi idi. Bu görüş qardaşlıq, qarşılıqlı etimad və ortaq məsuliyyət prinsipləri üzərində qurulan münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirdi.
Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan üçtərəfli əməkdaşlıq formatı həm də gələcəyə hesablanmış strateji vizyonun tərkib hissəsidir. Laçında nümayiş etdirilən həmrəylik göstərir ki, bu dövlətlər ortaq dəyərlər, birgə maraqlar və parlaq gələcək üçün birləşən güclü tərəfdaşlardır.
Bu əməkdaşlıq modeli regionda sabitliyin və sülhün möhkəmləndirilməsinə xidmət edir. Dövlət başçılarının nümayiş etdirdiyi siyasi iradə və qarşılıqlı etimad Azərbaycan, Türkiyə və Pakistan xalqları üçün etibarlı gələcək qurmaq əzminin ifadəsidir. Artıq bu əməkdaşlıq formatı özünü təsdiqləyib və yeni mərhələyə qədəm qoyub.
Laçın Zirvə görüşü həm də regional həmrəyliyin, azadlığa və müstəqilliyə olan inamın, dostluğun və bərpa olunmuş torpaqlarda dirçələn həyatın simvolu idi. Burada səslənən fikirlər, verilən mesajlar və nümayiş etdirilən birlik həm Azərbaycan, həm də Türkiyə və Pakistan üçün güc mənbəyinə çevrilməkdədir.
Bu birliyin möhkəmlənməsi isə təkcə bu üç ölkəyə deyil, bütün regiona sabitlik, əməkdaşlıq və dayanıqlı rifah vəd edir. Laçın səmasında yanan bayraqlar, səslənən dostluq çağırışları və gələcəyə uzanan əllər yeni mərhələnin rəmzi kimi tarixdə qalacaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

