Bakı Enerji Həftəsinin nüfuzu getdikcə artır
04.06.2025 [19:43]
Cari ilin iyunun 2-də ölkəmizin paytaxtında start götürmüş Bakı Enerji Həftəsi bu gün artıq təkcə regionda deyil, eləcə də bütün dünyada enerji sahəsində ən önəmli qlobal beynəlxalq platformalardan biri hesab olunur. Tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev bir daha diqqətə çatdırıb ki, ölkəmizdə ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir. Həmin sərgidən dərhal sonra isə Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Əlbəttə ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində mümkün oldu.
Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Ölkədə genişmiqyaslı islahatlar həyata keçirir, iqtisadiyyatımız özünü təmin edir. Bu gün Azərbaycan dövləti insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırır. Savadlılıq səviyyəsi 100 faizə bərabər olan Azərbaycan regionda yeni mühit formalaşdırdı. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərləri inşa edilib. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə olduğuna baxmayaraq, Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilib. Çünki Azərbaycan dövləti infrastruktur layihələrinə çox böyük sərmayə yatırır. Bununla yanaşı, ölkəmizin enerji layihələri sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Bu gün Azərbaycan qazını alan ölkələrin sayı 12-yə çatıbdır və bu, hələ də son deyil. İxrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar aparılır və sərmayə qoyuluşu həyata keçirilir. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir.
Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, Azərbaycan 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. Bu da ölkənin ümumi enerji istehsalının 35 faizdən çoxunu təşkil edəcək. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması Azərbaycan dövlətinin məsuliyyətini nümayiş etdirir.
Bütün bu yaşıl enerji potensialı sayəsində Azərbaycanın elektrik enerjisinə artan tələbatı əsasən bərpaolunan enerji hesabına təmin ediləcək. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm yanacağa tələbat olan ölkələrə ixrac oluna biləcək.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

