COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik
04.06.2025 [20:13]
Bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır.” Bunu iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı deyib. Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri – Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransı öz 30 illik yubileyini qeyd edərək Bakı Ekspo Mərkəzində keçirildi. Hər il keçirilən “Caspian Oil and Gas” neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini bir araya gətirir.
Birinci sərgi 1994-cü ildə, elə həmin ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsinin əsas istiqamətlərini müəyyən edən və ölkəmizin neft tarixində yeni səhifə açan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. Azərbaycanda ilk ixtisaslaşdırılmış neft-qaz sərgisinin təşəbbüskarı, qlobal neft-qaz şirkətlərini Azərbaycan neft-qaz sənayesinin inkişafına cəlb etmək üçün bu sərgini yaxşı platforma hesab edən Ümummilli Lider Heydər Əliyevdir. O vaxtdan etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrildi. Sərgi və konfrans iştirakçıları arasında qlobal neft və energetika sektorunun aparıcı şirkətləri yer alır. Keçirildiyi illər ərzində sərgidə dünyanın 70-dən çox ölkəsini təmsil edən təxminən 7500 şirkət iştirak etmişdir. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. Həmçinin, “Caspian Oil & Gas” sərgisinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən də son dərəcə mühüm dəstək göstərilir.
COP29-un Azərbaycanda keçirilməsinin regional və qlobal təhlükəsizlik sistemi arxitekturasının formalaşdırılması, qarşılıqlı fayda verən əməkdaşlıq platformalarının reallaşdırılması aspektində ciddi stimulverirci hadisədir. Həmin özəlliyi cənab Prezident İlham Əliyev diplomatik məharətlə tədbirdəki nitqində ifadə etmişdir. Dövlət başçısı demişdir: “İndi isə mən enerji təhlükəsizliyinin digər seqmenti haqqında bir neçə söz söyləmək istərdim. Bu da neft və qazla bağlıdır. Anlayıram ki, bu mövzu iqlim dəyişmələrinə aid konfransda o qədər də populyar deyil. Lakin bunsuz mənim şərhlərim tam olmazdı”. Cənab Prezidentin bu fikri enerji təhlükəsizliyi məsələsinin milli təhlükəsizliklə sıx bağlılığını ifadə edir. Milli təhlükəsizlik özlüyündə geniş anlayışdır və XXI əsrdə ilk baxışdan bir-birindən uzaq olan iqlim dəyişikliyi ilə enerji təhlükəsizliyini də ehtiva etməsi günün reallığıdır. Çünki enerji hasilatı ekologiyaya təsir edir, bu isə iqlim dəyişikliyinə səbəb olur. Deməli, enerji strategiyası (istehsal+daşınma) birbaşa iqlimə, torpağa, suya, bütövlükdə, atmosferə ciddi təsir edən faktorlardandır. O halda lazımdır ki, bu sahədə fəal olan dövlətlər enerji istehsalı və daşınması ilə onun sərf edilməsi və nəticədə bu mərhələlərin atmosferə təsirini kompleks müəyyən edə bilsinlər. Həmin əsasda real proqnozlar verə bilmək şansı meydana gəlir. COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik.Onun “Bakı sıçrayışı” adlandırılması bir çox hədəflərə nail olmağımızla bağlıdır. Onların hər birini sadalamaq istəmirəm. Ancaq burada mühüm nailiyyət kimi, İtki və Zərər Fondunu və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasını qeyd etmək istəyirəm. Bununla yanaşı, 10 il davam edən müzakirələrdən sonra karbon bazarı da işlək vəziyyətə gətirildi.Bundan əlavə onuda qeyd etməliyəm ki, COP 29 konfransı Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərərək beynəlxalq konfransın keçirilməsi turizm sektorunu canlandırıb, yerli müəssisələrə və xidmət sektoruna əlavə gəlirlərin gəlməsinə müsbət təsir etdi həmçinin, bu tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradıb və yaşıl iqtisadiyyatın inkişafına güclü təkan vermiş oldu.Bununla yanaşı COP29 işğaldan azad edilən ərazilərdəki ekoloji problemlər üçün də vacibdir.İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri həyata keçirilir və bu işlər həm də COP29 Azərbaycanın öhdəliklərinə uyğun şəkildə aparılmışdır.
COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığını və bu sahədəki öhdəliklərini nümayiş etdirmək üçün bir fürsət olmuşdur. Enerji bazarında məsuliyyətli faktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın mirası məhz bundan ibarətdir.
COP29-la bağlı daha bir hədəfimiz Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idi və biz buna nail ola bildik. Hədəf ətraf mühiti ən çox çirkləndirən ölkələr, – inkişaf etmiş ölkələr, – və bundan əziyyət çəkən, hətta bəzilərinin mövcudluğuna təhlükə olan inkişafda olan ölkələr arasında etimadın artırılması idi.
COP 29 tədbiri Azərbaycan cəmiyyətində iqlim dəyişikliyi və ekoloji problemlər haqqında maarifləndirmə səviyyəsini artırmış oldu.Bu, vətəndaşların ekoloji problemlərə qarşı daha məsuliyyətli davranış sərgiləməsinə və ekoloji layihələrdə aktiv iştirak etməsinə səbəb olmuşdurş.Həmçinin, yerli icmaların və qeyri-hökumət təşkilatlarının iştirakı təşviq edildi. Bu faydalar Azərbaycanın həm ekoloji dayanıqlığını artırıb,həm də iqtisadi inkişafına və beynəlxalq mövqeyinə əhəmiyyətli töhfələr verdi.
Müşfiq Səfərov
YAP Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46

