Gəncliyin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
04.06.2025 [16:24]
04 iyun 2025-ci il tarixdə YAP Samux rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Gəncliyin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov giriş nitqi ilə çıxış edərək qeyd edib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 İyun böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür:“Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə gəlməsi xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olub”.
Gündüz Bayramovun sözlərinə görə, 1993-cü il iyunun 15-də Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən xilas edilib: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır”.
Tədbirdə, həmçinin Samux rayon İcra Hakimiyyəti Başçısının müavini- ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Samux rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev, Samux şəhər 5 saylı uşaq bağçasının müdiri Gülmira Nəbiyeva, YAP Samux rayon təşkilatının əməkdaşı Lalə Məmmədova və YAP fəalı Aytən Əliyeva çıxış edərək, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərin Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldığını,Ümummilli Liderin görmək istədiyi Azərbaycanın bu gün reallığa çevrildiyini, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini vurğulayıblar.
Tədbirin sonunda YAP Samux rayon təşkilatı tərəfindən təşkil olunan tədbirlərdə fəal iştirakına və rayonun ictimai-siyasi həyatında aktiv fəaliyyətlərinə görə bir qrup partiya fəalı YAP Samux rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif olunub.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

