/ / "Azərbaycan Silahlı Qüvvələri süverenliyimizin və ərazi bütövlüyümüzün əsas qarantı kimi” mövzusunda tədbir keçirilib
"Azərbaycan Silahlı Qüvvələri süverenliyimizin və ərazi bütövlüyümüzün əsas qarantı kimi” mövzusunda tədbir keçirilib
24.06.2025 [18:10]
2025-ci il iyunun 24-də Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik İli çərçivəsində "Azərbaycan Silahlı Qüvvələri süverenliyimizin və ərazi bütövlüyümüzün əsas qarantı kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun direktoru Roman Nağıyev, YAP Qaradağ rayon təşkilatının və zavodun işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun direktoru Roman Nağıyev tədbirin Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan olunması və 26 İyun-Silahlı Qüvvələr Günü ilə əlaqədar təşkil olunduğunu və bu gün ümummilliu lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun və Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu rəhbərliyi altında bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də mühüm nailiyyətlər əldə olunduğunu, bunun nəticəsində 44 Günlük İkinci Qarabağ Vətən Müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini, suverenliyimizin və ərazi bütövlüyümüzün tam təmin olunduğunu bildirib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev mövzu ilə əlaqədar çıxış edərək bildirib ki,bu gün regionda güclü orduya, sabit və dayanıqlı iqtisadi inkişaf tempinə malik olan Azərbaycan regionda real gücə və söz sahibinə çevrilib. Rayon təşkilatının sədri tədbir iştirakçılarını qarşıdan gələn 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibəti ilə təbrik edərək bildirdi ki, suverenliyin tam bərpası, ölkəmizin ərazi bütövlüyünün və konstitusiya quruluşunun tam təmin olunması, bu gün Konstitusiyanın real həyatda tam tətbiqi və təsdiqi başda Ali Baş Komandan İlham Əliyev olmaqla Müzəffər Azərbaycan Ordusunun 44 Günlük İkinci Qarabağ Müharibəsində göstərdiyi rəşadət və cəsurluğu sayəsində mümkün olub. 2023-cü ilin sentyabrında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla reallaşdırılan antiterror əməliyyatından sonra Azərbaycan öz ərazi bütövlüyünü və Konstitusiya quruluşunu tam bərpa edib. YAP rayon təşkilatının sədri ordumuzun keçdiyi yola nəzər salaraq 1993-cü ildən bəri ordu quruculuğu sahəsində aparılan islahatlar, dövlətimizin uğurlu daxili və xarici siyasəti və regionda baş verən son hadisələr barədə müqayisəli təhlil aparmaqla, bu sahədə aparılan düzgün siyasətin mahiyyətini toplantı iştirakçılarına çatdırıb.
Tədbirdə digər çıxış edənlər: YAP ərazi təşkilatı sədrinin müavini Ceyhun Zərbəliyev, YAP fəalı, şöbə müdiri Qabil Allahyarov, Vətən müharibəsi iştirakçısı, mühəndis Emil Babayev və başqaları bildiriblər ki, bu gün Azərbaycan xalqı Milli Ordumuzla fəxr edir, ordu dövlətin və xalqın iradəsini əks etdirərək torpaqlarımızı etibarlı şəkildə qoruyur.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi çərçivəsində keçirilən bu cür tədbirlər isə xalqımızın özünəgüvənlik hisslərini artırır və ölkəmizin hüquqi, demokratik dövlət quruculuğu yolunda daha mühüm naliyyələr əldə etməsinə, dövlətçiliyimizin möhkəmlənməsinə imkan yaradır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56

