/ / Ölkəmiz təkcə qaz ixracatçısı deyil, həm də bərpa olunan enerji mənbələrindən istifadə edərək potensial enerji ixracatçısıdır
Ölkəmiz təkcə qaz ixracatçısı deyil, həm də bərpa olunan enerji mənbələrindən istifadə edərək potensial enerji ixracatçısıdır
30.06.2025 [13:16]
Prezident İlham Əliyev “8 Noyabr” Elektrik Stansiyasının ölkəmizdəki ən böyük elektrik stansiyası olduğunu vurğulayıb. 1880 meqavat gücündə bu stansiya ölkəmizin enerji potensialını təbii olaraq daha da gücləndirəcəyini, enerji sisteminin səmərəliliyini artıracağını bildirib. Ölkə başçısıəlavə edib ki, hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.
Prezident İlham Əliyev Mingəçevir şəhərinə səfəri çərçivəsində “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edərək “8 Noyabr” Elektrik Stansiyasının açılışının çox gözəl hadisə olduğunu bildirib.Ölkə rəhbəri qeyd edib ki, ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Dövlətimizin başçısı 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməlinin qoyulduğunu , 2020-ci il iyunun 25-də stansiyaya yeni həyat verildiyini vurğulayıb. Ölkə başçısı həmçinin diqqətə çatdırıb ki, hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Prezident Ilham Əliyev “8 Noyabr” Stansiyasının istismara verilməsinin bir çox məqsədləri təmin edəcəyini bildirib. Dövlət başçısı qeyd edib ki, enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik. Çıxışında ölkəmizin İtaliya və Çinlə olan münasibətlərinə toxunan prezident İlham Əliyev Azərbaycanın hər iki ölkəylə strateji tərəfdaş olduğunu bildirib. İtaliya Azərbaycanın birnömrəli ticarət tərəfdaşı,Çin də ölkəmizin ticarət tərəfdaşları arasında qabaqcıl yerlərdə olduğunu qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl, Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başladığını diqqətə çatdırıb. Ölkə başçısı çıxışında Azərbaycanın ətrafında demək olar ki, münaqişələrin səngimədiyini, əksinə, yeni münaqişə zonalarının açıldığını bildirib. “Biz də müharibə nədir, yaxşı bilirik”- deyən Prezident İlham Əliyev torpaqlarımızın uzun illər işğal altında olduğunu və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxladığını, hətta Mingəçevirə də öz raketlərini göndərməyi də unutmadığını bildirib. Azərbaycan–Avropa İttifaqı enerji əməkdaşlığı regionun sabitliyinə və davamlı inkişafına mühüm töhfə verir. Ölkəmiz təkcə qaz ixracatçısı deyil, həm də bərpa olunan enerji mənbələrindən istifadə edərək potensial enerji ixracatçısıdır. Eyni zamanda, iqtisadiyyatını şaxələndirməyə və gələcəyə sərmayə qoymağa yönəlmiş məsuliyyətli oyunçu kimi beynəlxalq arenada özünü təsdiq edib. Neft–qaz diplomatiyası tariximizdə parlaq izlər qoymuş, uzunmüddətli əməkdaşlığa hazır olmağı ilə seçilən Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində getdikcə daha önəmli rol oynayır. Beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınan ölkəmizin uğurlarının əsasını uzaqgörən daxili və xarici siyasət kursu təşkil edir. Azərbaycan öz müttəfiq və əməkdaşlarını — həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə — sərbəst seçərək, milli təhlükəsizliyini möhkəm təmin edir. Prezident İlham Əliyevin həyata keçirdiyi ədalətli və uzaqgörən siyasət sayəsində ölkəmizin milli təhlükəsizliyi bütün sahələrdə təmin edilmiş və gələcəkdə də möhkəmləndiriləcəkdir.
Arifə Abbasova,
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56

