“8 Noyabr” Elektrik Stansiyası – Azərbaycanın enerji qüdrətinin yeni zirvəsi
01.07.2025 [18:15]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
Bu günlərdə Azərbaycanın energetika tarixində növbəti mühüm səhifə yazıldı. 2025-ci il iyunun 24-də Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirildi. Bu stansiya təkcə texnoloji yenilik və enerji istehsalı baxımından deyil, həm də iqtisadi, geosiyasi və ekoloji cəhətdən strateji əhəmiyyət daşıyan bir layihədir. Prezidentin çıxışında vurğulanan məqamlar həm enerji siyasətimizin uğurlarını əks etdirdi, həm də gələcək hədəflərimizə işıq saldı. Prezident İlham Əliyev çıxışında Mingəçevirin Azərbaycan üçün strateji əhəmiyyətindən bəhs etdi. Şəhərin energetika mərkəzi kimi rolu ötən əsrin 70-ci illərindən başlayır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildə burada ilk enerji blokları istismara verilmişdi. 1981-ci ildən etibarən isə bu sistem daha da genişləndirildi və Mingəçevir SSRİ miqyasında mühüm enerji mərkəzlərindən birinə çevrildi. Müstəqilliyimizin ilk illərində Mingəçevir Elektrik Stansiyası Azərbaycanı qaranlıqdan xilas edən əsas mənbələrdən biri idi. Prezident İlham Əliyev bu stansiyanın xalqın həyatında oynadığı rolu vurğulayaraq, onun yenidən qurulmasının vacibliyini illər öncədən gündəmə gətirmiş və 2018-ci ildən etibarən genişmiqyaslı yenidənqurma və modernizasiya işləri başlanmışdı. Yeni açılmış “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın energetika tarixində yeni mərhələnin başlanğıcıdır. Prezidentin qeyd etdiyi kimi, bu stansiya 1880 meqavatlıq generasiya gücünə malikdir və bu göstərici ilə ölkənin ən böyük elektrik stansiyası hesab olunur. Ən önəmlisi isə bu güc modern texnologiyalar vasitəsilə əldə olunub. Stansiyada istifadə edilən qaz-turbin kombinasiyası səmərəliliyi 56 faizədək artırır. Bu isə əvvəlki ənənəvi stansiyalara nisbətən əhəmiyyətli qaz qənaətinə gətirib çıxarır – ildə təxminən 1 milyard kubmetrdən çox. Digər tərəfdən, bu texnologiya təbii qazla yanaşı, 40 faizədək hidrogen qarışıq yanacaqla da işləyə bilir ki, bu da Azərbaycanın enerji sektorunun gələcəkdə "yaşıl enerji"yə keçidinə hazırlığının göstəricisidir. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, bu layihə Azərbaycanın təkcə daxili enerji tələbatını ödəməyə deyil, həm də enerji ixracını genişləndirməyə imkan verəcək. Artıq hazırda Azərbaycan təbii qazı 10 Avropa ölkəsinə ixrac edir və bu siyahının yaxın illərdə 12-yə çatdırılması planlaşdırılır. Eyni zamanda, elektrik enerjisinin ixracı üçün də yeni imkanlar açılır. Mingəçevirdə yerləşən bu stansiya Azərbaycanın Cənubi Qafqazda enerji liderliyini daha da möhkəmləndirir. Eyni zamanda, Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi imici daha da güclənir. Avropaya qaz ixracını artırmaqla yanaşı, Azərbaycan həm də yaşıl enerji potensialını – günəş və külək enerjisini – ixrac etməyə hazırlaşır. Prezidentin qeyd etdiyi kimi, 2030-cu ilə qədər 6 500 meqavat gücündə bərpa olunan enerji layihələrinin reallaşdırılması planlaşdırılır. Prezident İlham Əliyev çıxışında, həmçinin enerji təhlükəsizliyinin milli təhlükəsizlik kontekstində strateji əhəmiyyətini vurğuladı. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı düşmən Mingəçevir Su Elektrik Stansiyasına və enerji infrastrukturuna hücum cəhdləri etmişdi. Lakin o dövrdə sistem dayanıqlılığını qorudu və heç bir enerji itkisi baş vermədi. Bu gün isə “8 Noyabr” stansiyası kimi müasir obyektlər ölkənin enerji təhlükəsizliyini daha da gücləndirir. Azərbaycanın enerji infrastrukturu artıq təkcə iqtisadi resurs deyil, həm də geosiyasi faktor, diplomatik alət və müdafiə vasitəsidir. Bu baxımdan, hər bir enerji layihəsi eyni zamanda sabitlik, müstəqillik və inkişaf üçün təminat rolunu oynayır.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

