Şəmkirdə 2 - İyul Azərbaycan Polisi Günü münasibəti ilə tədbir keçirildi
02.07.2025 [17:58]
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon Polis Şöbəsinin rəisi Nəvai Qasımov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Polis Şöbəsinin əməkdaşları və veteran polislər əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyub, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan polisinin yaranmasının 107 illiyi münasibətilə keçirilən tədbirdə RİH başçısı Rəşad Tağıyev Daxili İşlər Nazirliyinin rəhbərliyi başda olmaqla bütün polis əməkdaşlarını təbrik edib, çətin və məsuliyyətli xidmət yolunda onlara uğurlar arzulayıb.
Dövlətçiliyin əsas sütunlarından olan daxili işlər orqanlarının möhkəm nizam-intizama, yüksək peşəkarlığa malik qurum kimi formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan icra başçısı qeyd edib ki, Ümummilli liderin bu səhədə siyasətini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbacan polisi mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizə aparır, ictimai-siyasi, həmçinin kriminogen durum tam nəzarətə saxlanılır.
Rəşad Tağıyeb bildirib ki, Azərbaycan polisi Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəyinə ürəkdən inanırıq.
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda Azərbaycan polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.
Tədbirdə çıxış edənlər Azərbaycan Polisinin 107 illik fəaliyyəti barədə geniş məlumatlar verərək, ictimai asayişin, daxili təhlükəsizliyin, həmçinin vətəndaşların hüquq və azadlıqlarının qorunmasındakı əvəzsiz rolundan danışıblar.
Sonda 2025-ci ildə xidmətdə fərqlənən polis əməkdaşlarına icra başçısının Fəxri Fərmanları təqdim edilib.
Eyni zamanda bir sıra polis əməkdaşlarına növbəti rütbələri təqdim edilib, veteran polis əməkdaşlarına isə hədiyyələr verilib, xatirə fotosu çəkilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55

