ECO Zirvə görüşü: yeni əməkdaşlıq perspektivləri
08.07.2025 [17:29]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
İyulun 4-də Prezident İlham Əliyev Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə əhəmiyyətli bir çıxışla dünya ictimaiyyətinə mühüm mesajlar ünvanlayıb. Bu Zirvə görüşü həm iqtisadi əməkdaşlığın yeni mərhələsi, həm də Azərbaycanın tarixi ədaləti bərpa etməsi və regionda yeni reallıqlar yaratması kontekstində xüsusi önəm kəsb edir.
ECO Zirvə görüşünün məhz Qarabağın mərkəzində – işğaldan azad edilmiş və yenidən qurulan Xankəndidə keçirilməsi ölkəmizin ərazi bütövlüyünün bərpası və regional əməkdaşlıqda artan rolunun bir təzahürüdür. Bundan əvvəl də bir neçə beynəlxalq tədbirin azad olunmuş torpaqlarda – Şuşada, Laçında və Ağdamda keçirilməsi artıq yeni bir reallığın formalaşdığını göstərir.
Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunan hərbi-siyasi Qələbəni xatırladaraq vurğulayıb ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayıb. Ermənistanın və onun havadarlarının xəbərdarlıqlara məhəl qoymaması nəticə etibarilə onların özü üçün ağır nəticələr doğurub.
Azərbaycanın bu Zəfəri təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də regionda uzun illər davam edən ədalətsizliyin və hüquq pozuntularının aradan qaldırılmasıdır. Ermənistanın işğal dövründə törətdiyi vandalizm aktları – məscidlərin dağıdılması, qəbiristanlıqların talanması və mədəni irsin silinməsi beynəlxalq hüququn və humanitar prinsiplərin açıq şəkildə pozulması idi. Bu dağıntıların nəticəsi olaraq Azərbaycan təqribən 150 milyard ABŞ dolları məbləğində zərər gördüyünü hesablayıb.
Prezident İlham Əliyevin çıxışında mina probleminə də toxunub. Ermənistanın tərk etdiyi ərazilərdə bir milyondan çox mina basdırması nəticəsində yüzlərlə insan həlak olub və ya ağır xəsarət alıb. Bu, post-münaqişə dövrünün ən ciddi humanitar çağırışlarından biridir. Lakin Azərbaycan bununla da mübarizə apararaq “Böyük Qayıdış” proqramını həyata keçirir. Artıq azad edilmiş ərazilərdə 16 şəhər və kənd yenidən qurulub və 50 mindən çox insan öz doğma yurdlarına qayıdıb. Bu proqram həm maddi, həm də mənəvi dirçəlişin göstəricisidir.
Dövlətimizin başçısı Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunmasının vacibliyini də qeyd edib. İslam Əməkdaşlıq Təşkilatının, xüsusilə də “İstanbul Bəyannaməsi” daxil olmaqla qəbul etdiyi qətnamələr bu məsələnin beynəlxalq hüquqi və siyasi müstəviyə keçdiyini təsdiqləyir. Qərbi azərbaycanlıların sülh yolu ilə geri dönüş hüququnun tanınması ədalətin və insan hüquqlarının təntənəsidir.
Azərbaycanın ECO çərçivəsində fəaliyyəti həmişə fəal və təşəbbüskar olub. Bu Zirvə görüşü də təsdiqləyir ki, ölkəmiz təşkilat daxilində əsas aparıcı qüvvələrdən biridir. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, ölkə iqtisadiyyatına son 20 ildə 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub və bunun yarısı xarici sərmayədir.
Dövlətimiz hazırda 12 ölkəyə təbii qaz ixrac edir və enerji təhlükəsizliyi sahəsində vacib aktora çevrilib. Eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi ölkənin logistik mərkəz kimi strateji mövqeyini daha da gücləndirir.
Bu il ilk dəfə keçirilən ECO Həftəsi çərçivəsində Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu və Laçında Qadınlar Forumu təşkil olunub. Bu təşəbbüslər ölkəmizin regiondaxili əməkdaşlıq və inklüziv inkişaf naminə verdiyi töhfənin göstəricisidir.
Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı da Prezident İlham Əliyevin çıxışında qeyd olunub. 197 ölkə və 70 dövlət və hökumət başçısı iştirak etdiyi bu tədbir bir daha göstərir ki, dövlətimiz qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizədə fəal iştirak edir. Konfransın nəticəsində inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin artırılması və karbon bazarları ilə bağlı razılaşmalar əldə olunub. Həmçinin, ölkəmizdə ECO Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzinin yaradılması istiqamətində atılan addımlar gələcəyə yönəlmiş strateji baxışı əks etdirir.
Xankəndidə keçirilmiş ECO Zirvə görüşü Azərbaycanın təkcə regionda deyil, beynəlxalq platformalarda da artan nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin çıxışı ölkəmizin bərpa etdiyi tarixi ədaləti, inkişaf edən iqtisadiyyatı, beynəlxalq əməkdaşlığı və regional liderliyi nümayiş etdirir. Zirvə görüşü bir daha sübut edib ki, Azərbaycan həmin torpaqlarda yeni həyat, yeni ümid və yeni tərəfdaşlıq modeli qurur. ECO üzv ölkələri ilə birgə bu əməkdaşlıq modeli regional rifahın və sabitliyin möhkəm təməlini təşkil edir.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

