Ölkəmizdən dünyaya mesajlar
21.07.2025 [16:26]
Məlum olduğu kimi, III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşün bu il ilk dəfə Xankəndi şəhərində keçirilməsi həm siyasi, həm mənəvi, həm də strateji baxımdan tarixi əhəmiyyət daşıyır. Qeyd edək ki, 52 ölkədən 140-a yaxın qonağın iştirak etdiyi bu beynəlxalq tədbir Azərbaycanın informasiya diplomatiyasındakı uğurlarının, söz və media azadlığına verdiyi önəmin növbəti göstəricisidir.
Yeri gəlmişkən, qeyd edək ki, ölkəmiz artıq öz haqlı mövqeyini yalnız beynəlxalq təşkilatlarda deyil, elə tarixi torpaqlarımızda, azad edilmiş şəhər və kəndlərimizdə dünya ictimaiyyətinə çatdırır. Prezident İlham Əliyevin Forumda səsləndirdiyi hər fikir, verdiyi hər cavab təkcə diplomatik ritorika deyildi, xalqın iradəsi, dövlətin hüquqi mövqeyi və ədalətin səsi idi. Azərbaycan lideri öz çıxışında beynəlxalq media nümayəndələrinə açıq və şəffaf mesajlar verdi, regionda sülhün və əməkdaşlığın real ünvanının məhz Azərbaycan olduğunu vurğuladı. Prezidentin vurğuladığı əsas məsələlərdən biri də informasiya təhlükəsizliyi və qərəzli media kampaniyalarına qarşı mübarizə idi. Azərbaycanın beynəlxalq informasiya məkanında getdikcə daha fəal rol oynaması bu baxımdan strateji əhəmiyyət daşıyır.
Xüsusilə qeyd etmək lazımdır ki, beynəlxalq jurnalistlərin Xankəndidə, daha öncə isə Şuşada keçirilən tədbirlərdə iştirakı, azad edilmiş ərazilərdə görülən bərpa və yenidənqurma işlərini yerində izləməsi, Azərbaycanın şəffaf siyasət yürütdüyünün bariz göstəricisidir. Ölkəmizdə media üçün açıq mühitin yaradılması, xarici jurnalistlərin işğaldan azad edilən torpaqlara səfərlərinin təşkili Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. III Şuşa Qlobal Media Forumu eyni zamanda, Ermənistanın illər boyunca dünya ictimaiyyətinə təqdim etdiyi təhrif olunmuş informasiyalara qarşı effektiv informasiya platforması rolunu oynadı. Qonaqların gördüyü reallıq – dağıntılarla yanaşı, sürətli yenidənqurma və həyatın geri dönüşü Azərbaycanın sülhə və inkişafa yönəlmiş siyasətini əyani şəkildə nümayiş etdirdi.
Milli Mətbuatın 150 illiyi ərəfəsində baş tutan Forumda Prezident İlham Əliyev Azərbaycan mediasının inkişafına və bu sahədə qazanılan uğurlara xüsusi diqqət yetirdi. Dövlətimizin başçısı çıxışında Azərbaycan mediasının bu gün gəlib çatdığı inkişaf mərhələsinə toxundu və bildirdi ki, bu gün Azərbaycan mediası həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Bu fikirlər göstərir ki, Azərbaycan jurnalistləri və media qurumları artıq beynəlxalq informasiya məkanında fəal iştirak edirlər. Onlar ölkəmiz haqqında həqiqətləri yaymaqla yanaşı, Azərbaycan əleyhinə aparılan qərəzli kampaniyalara da faktlarla, əsaslı mövqelərlə cavab verirlər. Bu da müasir dövrün informasiya savaşında çox vacib məqamdır. Bu həm ölkəmizdə söz və ifadə azadlığına yaradılan şəraitin, həm də media təmsilçilərinin peşəkarlığının göstəricisidir.
Prezident İlham Əliyev Forumdakı çıxışında Ermənistanla sülh prosesinə dair mövqeyini də bir daha diqqətə çatdırdı. Dövlətimizin başçısı növbəti dəfə açıq şəkilfə bəyan etdi ki, sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməli və Azərbaycana qarşı ərazi iddialarına son verilməlidir. Eyni zamanda, artıq funksiyasını itirmiş ATƏT-in Minsk qrupunun da ləğvi zəruridir. Bunlar gələcəkdə iki ölkə arasında etimad mühitinin yaranması üçün mühüm addımdır. Dövlətimizin başçısı bildirib ki, sülh sazişinin əsas mətni artıq razılaşdırılıb və bu sənədin paraflanma mərhələsi də Azərbaycan tərəfindən təklif olunub. Bu isə onu göstərir ki, Azərbaycan tərəfi regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın bərqərar olması üçün səmimi şəkildə sülhə çalışır. Ermənistan da əgər doğrudan da sülh istəyirsə, bunu yalnız bəyanatlarda deyil, əməli addımlarda göstərməlidir.
Qeyd edək ki, dövlət başçısı Zəngəzur dəhlizi ilə bağlı proseslərin ləngiməsi və Ermənistan tərəfindən bu istiqamətdə heç bir addım atılmaması ilə bağlı narahatlığını da ifadə edib. Zəngəzur dəhlizi Cənubi Qafqazda regional sabitliyin, qarşılıqlı inteqrasiyanın və nəqliyyat təhlükəsizliyinin açar elementlərindən biridir. Əgər bu layihə həyata keçərsə, region üçün həm iqtisadi, həm siyasi baxımdan dönüş nöqtəsi ola bilər. Lakin Ermənistanın bu prosesi davamlı şəkildə ləngitməsi onun üçün ciddi nəticələrə gətirib çıxara bilər. Təəssüflər olsun ki, Ermənistan tərəfi son beş ildə Zəngəzur dəhlizi ilə bağlı heç bir praktiki addım atmayıb. Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, belə olan halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Yəni, regional ticarət yollarından, yük daşımalarından, enerji və nəqliyyat şəbəkələrindən kənarda qalacaq. Azərbaycan öz ərazisindən keçən hissədə bütün əsas infrastruktur işlərini yüksək sürətlə həyata keçirib. Dəhlizin Azərbaycan hissəsinin tikintisi faktiki olaraq yekunlaşmaq üzrədir. Bu, ölkəmizin zəmanətli strateji iradəsinin və planlı inkişaf modelinin göstəricisidir. Eyni zamanda, Azərbaycan tərəfi Zəngəzur dəhlizini yalnız iqtisadi layihə kimi deyil, bölgədə sabitliyin və qarşılıqlı etimadın təməli kimi görür. Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri bu baxımdan təkcə xəbərdarlıq deyil, həm də sülhə, əməkdaşlığa və sağlam gələcəyə açıq dəvətdir.
Yeri gəlmişkən, Cənab Prezident çıxışında təəssüflə qeyd etdi ki, artıq bu hadisədən yeddi ay keçməsinə baxmayaraq, Rusiya rəsmilərindən heç bir cavab alınmayıb. Halbuki baş verənlərə dair bütün faktlar və sübutlar mövcuddur və bu məlumatlar Azərbaycan tərəfinə aydındır. Hadisənin səbəbləri, nəticələri və məsul şəxslərlə bağlı ciddi suallar qalır. Hesab edirəm ki, bu məsələ ilə bağlı Azərbaycanın tələbləri tamamilə məntiqlidir və beynəlxalq hüquq normalarına əsaslanır. Qəzaya görə məsuliyyətin qəbul edilməsi, hadisəyə səbəb olan şəxslərin cəzalandırılması, eləcə də zərərçəkənlərə və aviaşirkətə dəymiş ziyanın qarşılanması kimi tələblər ədalətin bərpası baxımından zəruridir. Dövlətimizin başçısı qeyd edib ki, artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, bu məsələ ilə bağlı beynəlxalq məhkəmə instansiyalarına təqdim etmək üçün dosye hazırlayırıq. Bu, ölkəmizin hüququn aliliyinə və ədalətin təmininə verdiyi önəmin bariz nümunəsidir. Bu hadisə nə unudulacaq, nə də görməzliyə vurulacaq. Əksinə, məsələ ilə bağlı bütün hüquqi imkanlardan istifadə ediləcək və beynəlxalq müstəvidə haqqın, ədalətin bərpası üçün zəruri addımlar atılacaq. Çünki Azərbaycanın mövqeyi ədalətli, tələbləri isə haqlıdır.
Anar Süleymanov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

