III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
22.07.2025 [22:54]
2025-ci ilin iyulunda tarixi Şuşa şəhərində keçirilən "III Qlobal Media Forumu" informasiya cəbhəsində qlobal mübarizənin intensivləşdiyi, süni intellektin və rəqəmsallaşmanın media sferasını sürətlə dəyişdirdiyi bir dövrdə baş tutdu. "Yeni media dövrü: İnsanlıq, dəyərlər, dövlətlər üçün çağırışlar" şüarı ilə təşkil olunan forum, sadəcə jurnalistlərin toplaşdığı bir tədbir deyil, həm də müasir dünyanın geosiyasi, texnoloji və ideoloji dilemmlarının müzakirə olunduğu qlobal platformaya çevrildi. Cənab Prezident İlham Əliyevin Forumda iştirakı və jurnalistlərin suallarını birbaşa cavablandırması, tədbiri diplomatik və analitik baxımdan daha da əhəmiyyətli etdi. Forumun əsas məqsədi və mahiyyəti məqsədi informasiya təhlükəsizliyi, qlobal media çağırışları, yeni nəsil texnologiyaların mediaya təsiri, söz və məlumat azadlığı kimi mövzular ətrafında beynəlxalq fikir mübadiləsi aparmaq və Azərbaycanın bu sahədə təşəbbüskar mövqeyini dünyaya nümayiş etdirmək idi. Şuşada bu cür mötəbər beynəlxalq tədbirin keçirilməsi, Azərbaycanın həm də mədəni və informasiya diplomatiyasında aktiv oyunçuya çevrildiyini göstərdi. İştirakçıların coğrafiyası və tədbirin beynəlxalq çəkisi isə xüsusi ilə diqqəti çəkdi. Beləki Forumda 50-dən çox ölkədən 150-dən artıq media nümayəndəsi iştirak etdi. Dünyanın müxtəlif regionlarını əhatə edən iştirakçılar arasında beynəlxalq xəbər agentliklərinin rəhbərləri, tanınmış media ekspertləri, jurnalist təşkilatları və rəqəmsal platformaların təmsilçiləri yer aldı. Bu, tədbirin qlobal informasiya gündəminin formalaşmasında nə qədər nüfuzlu mövqe tutduğunun sübutudur. Cənab Prezident İlham Əliyevin iştirakının mahiyyəti isə olduqca böyük idi. Qəsası, Forumun ən mühüm və diqqət çəkən hissəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin moderatorluq etdiyi sessiya oldu. O, jurnalistlərin ən aktual, bəzən isə həssas və mürəkkəb suallarını səmimiyyətlə, analitik əsaslandırma ilə cavablandıraraq, Azərbaycanın daxili və xarici siyasətinə dair mühüm mesajlar verdi. Cənab Prezidentin nitqi sadəcə cavablar silsiləsi deyil, həm də strateji və geosiyasi təhlil idi. Forum çərçivəsində COP29-un Bakıda keçirilməsinə dair suallar və bu istiqamətdə aparılan siyasətə dair cavablar xüsusi əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyev Azərbaycanın enerji keçidi siyasətini əsaslandıraraq qeyd etdi ki, ölkə artıq neft dövrünün çərçivəsindən çıxaraq "yaşıl enerji" dövrünə qədəm qoyur: "COP29-un Bakıda keçirilməsi Azərbaycanın dünya ictimaiyyəti tərəfindən ekoloji məsuliyyətli tərəfdaş kimi qəbul olunmasının göstəricisidir." Bu çıxışla Azərbaycan bir daha sübut etdi ki, təkcə enerji istehsalçısı kimi deyil, həm də qlobal ekoloji çağırışlara cavab verən məsuliyyətli dövlət kimi çıxış edir. Zəngəzur dəhlizi və onun geosiyasi əhəmiyyəti barədə deyilənlər də son drəcə önəmli idi. Forumda ən çox diqqət çəkən suallardan biri Zəngəzur dəhlizi ilə bağlı idi. Cənab Prezident bu suala cavabında dəhlizin açılmasının təkcə region üçün deyil, Avrasiya məkanında ticarət və nəqliyyat axınlarının diversifikasiyası baxımından əhəmiyyətli olduğunu vurğuladı: "Zəngəzur dəhlizi regional sabitlik və əməkdaşlıq üçün unikal imkan yaradır. Əgər Ermənistan bu şansı dəyərləndirməsə, alternativlərimiz var." Bu bəyanat Ermənistanın prosesə destruktiv yanaşmasına diplomatik mesaj idi və Azərbaycanın geosiyasi mövqeyini daha da möhkəmləndirdi. Rəqəmsallaşma və süni intellektin media mühitinə təsirinə gəlincə deməliyəm ki, Forumda müzakirə olunan əsas mövzulardan biri də süni intellektin və rəqəmsal texnologiyaların media sahəsinə təsiri idi. Cənab Prezident bu məsələ ilə bağlı qeyd etdi: "Süni intellekt informasiya istehsalında sürət və dəqiqlik gətirsə də, onun etik sərhədləri və manipulyasiya potensialı da müzakirə olunmalıdır." Bu fikirlə həm texnoloji irəliləyişin dəyərləndirilməsi, həm də informasiya təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyi ön plana çəkildi. Cənab Prezidentə ünvanlanan suallardan biri də Rusiya ilə münasibətlərə dair idi. İlham Əliyev cavabında qeyd etdi ki: "Azərbaycan Rusiya ilə qarşılıqlı hörmət və tərəfdaşlıq əsasında münasibətlərini qurur. Bizim siyasətimiz birmənalıdır: müstəqil, praqmatik və milli maraqlara əsaslanan siyasət." Bu cavab, Qərb-Rusiya qarşıdurmasının fonunda Azərbaycanın balanslaşdırılmış diplomatiyasının ifadəsi idi. Cənab Prezidentin vurğuladığı sətiraltı mesaj ondan ibarət idi ki, Bakı heç bir geosiyasi düşərgənin peyki deyil və informasiya müstəvisində neytral və obyektiv mövqeyini qorumaqda qərarlıdır. III Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan təkcə Cənubi Qafqazın deyil, həm də Avrasiya informasiya məkanının mərkəzində dayanan təşəbbüskar dövlətdir. Forum həm də postmünaqişə dövründə Azərbaycanın yaratdığı yeni reallıqların, inteqrasiya layihələrinin və qlobal çağırışlara verdiyi cavabların təqdimatı oldu. Şuşa artıq təkcə mədəniyyət deyil, həm də informasiya diplomatiyasının, qlobal medianın, analitik düşüncənin və strateji baxışların görüş yeridir. Azərbaycan sözlə, süni intellektlə və strateji mesajla beynəlxalq münasibətlərin gündəmini formalaşdırır. III Qlobal Media Forumu isə bu prosesin canlı sübutudur.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

