Gədəbəy sakinlərinin seçimi Prezident İlham Əliyevdir
20.09.2013 [10:39]
YAP Gədəbəy rayon təşkilatı seçicilərlə növbəti görüşlər keçirib
9 oktyabr - prezident seçkiləri öncəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən kütləvi tədbirlər davam edir. Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Prezident İlham Əliyevin təbliğatına həsr olunmuş növbəti tədbirlər Gədəbəy rayonunun Arıqıran, Alnabat, Daryurd, Miskinli, Çaldaş, Çalburun, Səbətkeçməz, Plankənd, Qalakənd, Əlinağılar və Arısu kəndlərində keçirilib.
İlk olaraq qarşıdan gələn prezident seçkilərinin olduqca əlamətdar bir hadisə olduğunu qeyd edən YAP Gədəbəy rayon təşkilatı aparatının rəhbəri Namiq Rüstəmov Prezident İlham Əliyevin bu seçkilərdə alternativsiz lider olduğunu dilə gətirib. Son illər Gədəbəy rayonunda aparılan yenidənqurma işlərindən bəhs edən N.Rüstəmov Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasətin nəticəsi olaraq, rayonda bir sıra sənaye müəssisələrinin, o cümlədən, məktəblərin istifadəyə verildiyini xatırladıb. N.Rüstəmov Gədəbəy rayonu sakinlərinin daima dövlətçiliyə və millətə sədaqətli olduğunu önə çəkib. O, məhz bu əsasdan çıxış edərək Gədəbəy ictimaiyyətinin Ümummilli liderimiz, müstəqil Azərbaycanın memarı Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyevə səs verəcəyinə inandığını deyib.
Daha sonra çıxış edən Avrasya Universitetinin rektoru Nazim Hüseynli, Texniki Universitetin Kimya kafedrasının müdiri Mahmud Rüstəmov bildiriblər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi kurs Azərbaycanın inkişafının yeni mərhələsidir. Qeyd olunub ki, İlham Əliyevin son 10 ildə, Prezident olduğu dövrdə gördüyü işlər bunu deməyə əsas verir.
Çıxış edən Milli Məclisin üzvü Sevinc Hüseynova bildirib ki, yeni iş yerlərinin açılması, ölkənin valyuta ehtiyatlarının artırılması, səhiyyəyə, təhsilə, mədəniyyətə və digər sahələrə paralel qayğının göstərilməsi və diqqətin artırılması hamının gözünün önündə baş verib. Fəaliyyətinin hər anında milli mənafenin qorunması uğrunda mübarizə aparan cənab İlham Əliyev yalnız millətinin və dövlətinin rifahı uğrunda çalışır.
Bakı Dövlət Universitetinin Sosiologiya Kafedrasının müdiri, fəlsəfə elmləri doktoru İzzət Rüstəmov vətəndaşların seçkidə fəal iştirakının ölkəmizin sabahı naminə vacib olduğunu önə çəkib: “Mən inanıram ki, xalqımız 2003-cü ildə, 2008-ci ildə olduğu kimi müstəqilliyin, əbədiliyin sarsılmazlığına, inkişafa, yüksəlişə-İlham Əliyevə səs verəcək. Məhz İlham Əliyev Azərbaycanı işıqlı, inamlı sabaha aparır!”
Çıxış edən kənd sakinləri Eldar Abdalov, Ələddin Musayev, Məhəmməd Əkbərov, Fərhad Bağırov, Səməd Nağıyev və digərləri bildiriblər ki, hər bir Gədəbəy seçicisi bu gün ölkə Prezidentinin apardığı siyasi kursu dəstəkləyir. Onlar əminliklərini ifadə ediblər ki, rayon sakinləri ölkəmizdəki siyasi-iqtisadi sabitliyi dəstəkləyir və bu dəstəyi oktyabrın 9-da YAP-ın namizədi cənab İlham Əliyevə səs verməklə növbəti dəfə nümayiş etdirəcəklər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43

