/ / Ağstafa seçiciləri sabitliyə, inkişafa, gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verəcəklər
Ağstafa seçiciləri sabitliyə, inkişafa, gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verəcəklər
20.09.2013 [10:40]
Rayonun Muğanlı və Xətai kəndlərində təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirilib
9 oktyabrda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağstafa rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Rayonun Muğanlı və Xətai kəndlərində keçirilən görüşlərdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov qarşıdan gələn prezident seçkiləri ilə bağlı məlumat verib. YAP rayon təşkilatının sədri bildirib ki, ölkə Prezidenti İlham Əliyevin apardığı dolğun və qətiyyətli siyasi kurs nəticəsində ölkəmiz regionun ən inkişaf etmiş ölkəsinə çevrilib. R.Tatarov qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı məsələsi hər zaman prioritet sayılıb. Prezident İlham Əliyev fermerlərin, sahibkarların işini asanlaşdırmaq üçün bir sıra subsidiyaların verilməsi, əkin işi ilə məşğul olan insanlara yardım edilməsi ilə bağlı göstərişlər verib: “Məhz bu tədbirlərin nəticəsidir ki, ölkəmiz ərzaq məhsulları ilə özünü təmin edir. Həm daxili, həm də xarici siyasətdə əldə olunan nailiyyətlər xalq tərəfindən bəyənilir və dəstəklənir. Cənab İlham Əliyevin gələcək üçün daha böyükmiqyaslı proqramları var. Bu proqramlar vətəndaşlarımızı xoş güzərana, sabit yaşama aparır. İnanıram ki, oktyabrın 9-da Ağstafa seçiciləri sabitliyə, inkişafa, gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verəcəklər. İLHAMLA İRƏLİ!”
Çıxış edən millət vəkili Nizami Cəfərov Ağstafa rayonunun hər bir kəndində prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat kampaniyası ilə əlaqədar bir bayram sevincinin yaşandığını deyib: “Xalqımızı inkişafa aparan Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 10 ildə əməlləri ilə hər dəqiqə, hər saat gördüyü işlərlə, verdiyi qərarlarla xalqın dəstəyini qazanıb. İnanıram ki, xalqımız, Ağstafa seçiciləri bu dəstəyi oktyabrın 9-da növbəti dəfə nümayiş etdirəcəklər”.
Çıxış edən Gəncə Dövlət Universitetinin professorları Mahal Qurbanov və Telman Quliyev son illər Azərbaycanda aparılan abadlıq işlərindən danışıblar. Bildirilib ki, Prezident İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçilərkən verdiyi vədlərin hamısını yerinə yetirib.
Çıxış edən kənd sakinləri də Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiklərini ifadə ediblər. Onlar bir daha əminliklə bəyan ediblər ki, xalqımızın dəstəyi ilə Prezident İlham Əliyev növbəti 5 ildə də ölkəmizin Prezidenti olacaq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43

