Kəlbəcərdə yeni dövrün başlanğıcı
26.08.2025 [15:26]
Torpaqlarımızın işğaldan azad edildikləri tarixləri, həmçinin soydaşlarımızın doğma yurd-yuvalarına qayıdış günlərini qeyd edərkən şanlı Zəfərimizə gedən yoldan, 44 gündə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə göstərdiyi qəhrəmanlıqlardan bəhs etməmək mümkünsüzdür. Bu günlərdə cənab İlham Əliyev Kəlbəcər şəhərinə qayıdan sakinlərlə görüşündə bir daha həmin dövrün reallıqlarına diqqəti yönəltdi.
44 günlük İkinci Qarabağ müharibəsinin qəhrəmanları olan şəhidlərimiz qanları, canları ilə tarix yazdılar. 44 gündə 30 ilin işğalına son qoyulması Azərbaycanın gücünün, qüdrətinin, rəşadətli Ordumuzun döyüş ruhunun, xalqımızın birliyinin təqdimatı oldu. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlət başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində bütün torpaqlarımızın işğaldan azad ediləcəyini bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli Bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd azad edildi. Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri Üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdi. 44 günlük Vətən müharibəsi xalqımızın Liderinə güvəninin təqdimatı kimi də tarixə yazıldı.
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarıldı. Bu tarixi günləri qeyd edərkən Ordumuzun döyüş ruhunun, Qələbə əzminin nə qədər böyük olduğunu görürük. Azərbaycanın torpaqlarını azad etməyə hazırlıq işlərinin tərkib hissələrindən biri məhz gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, torpaq, Vətən sevgisinin aşılanması idi. Azərbaycan gəncliyi göstərdikləri qəhrəmanlıqları ilə Vətənə, torpağa bağlılıqlarını nümayiş etdirdilər. Dövlət başçısı İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşündə bildirdi ki, Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Biz Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Biz hər gün irəli gedirdik. Bir dənə də olsun döyüş meydanını tərk edən olmamışdır. Bir dənə də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək keyfiyyətlərini göstərir. Bütün xalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazır idi. Ermənistan ordusunda isə 12 min fərari olmuşdur. Vətən müharibəsi başa çatanda Kəlbəcər, Laçın, Ağdamın böyük hissəsi hələ işğal altında idi. Ancaq kapitulyasiya aktı nəticəsində Ermənistanı məcbur etdik ki, bu bölgələri qaytarsın və bunu etməyə məcbur olmuşdur.
Beş ildir işğaldan azad edilən digər torpaqlarımız kimi, Kəlbəcər rayonu da həyatının yeni dövrünü yaşayır. Kəlbəcərlilərin doğma yurd-yuvalarına qayıdışını tarixi gün kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev “Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı” fikirlərinin davamı olaraq onu da qeyd etdi ki, siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq.
Qısa təhlil Böyük Qayıdış Proqramının uğurlu icrasının təsdiqidir. Son beş ildə soydaşlarımızın qayıdış ünvanlarının say tərkibinə diqqət yetirmək kifayətdir. Əsas hədəf Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkünü doğma yurd-yuvasına qaytarmaqdır.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

