Böyük sülhə aparan "Böyük qayıdış"
27.08.2025 [17:40]
Dövlətimizin milli maraqlarının, xalqımızın təhlükəsizliyinin, bölgədə yeni geosiyasi reallıqların təmin olunması baxımından mühüm strateji əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşündə bu məqamı xüsusi olaraq vurğuladı və bildirdi ki, əgər həmin vaxt müharibə dayandırılmasaydı, gələcəkdə ölkəmiz üçün daha mürəkkəb situasiya yarana bilərdi. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində şanlı zəfərlə nəticələndi, torpaqlarımız işğaldan azad olundu, xalqımız illərin həsrətinə son qoydu. Lakin hərbi əməliyyatların davam etdirilməsi həm canlı itkilərin artmasına, həm də bölgədə daha geniş miqyaslı geosiyasi qarşıdurmalara səbəb ola bilərdi. Bu baxımdan Prezidentin uzaqgörən qərarı həm Azərbaycanın milli gücünün nümayişi, həm də xalqımızın gələcəyini düşünən strateji liderlik nümunəsi oldu. Cənab Prezidentin Kəlbəcərdə çıxışı sadəcə bir xatırlatma deyil, həm də xalqımıza ünvanlanmış mühüm mesaj idi. 10 noyabr bəyanatı ilə bölgədə yeni bir dövrün əsası qoyuldu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, dövlət sərhədləri üzərində real nəzarət təmin olundu, işğal dövründə dağıdılmış şəhərlərimizin, kəndlərimizin azad olunması tarixi ədalətin bərpası idi. Bununla yanaşı, müharibənin dayandırılması və siyasi razılaşmanın əldə olunması beynəlxalq aləmdə Azərbaycanın mövqeyini gücləndirdi, ölkəmizin regionda əsas söz sahibinə çevrildiyini təsdiqlədi. Hərbi qələbənin ardınca diplomatik uğurun da təmin edilməsi Azərbaycanın müstəqil siyasətinin ən bariz göstəricisi oldu. Prezidentin Kəlbəcər sakinləri qarşısında vurğuladığı bu məqam həm də onu sübut edir ki, dövlətimizin başçısı hər zaman xalqımızın təhlükəsizliyini, gələcək inkişafını və dövlətçiliyimizin möhkəmlənməsini prioritet hesab edir. Müharibədən sonrakı dövrün hadisələri də göstərdi ki, 10 noyabr bəyanatı Azərbaycanın xeyrinə işləyən sənəddir. Ermənistanın kapitulyasiyası rəsmi şəkildə təsdiqləndi, işğalçı qüvvələr qısa müddətdə torpaqlarımızdan çıxarıldı, məcburi köçkünlər üçün doğma yurdlarına qayıdışın yolu açıldı. Bu sənəd həm də regionda yeni əməkdaşlıq platformalarının yaranmasına təkan verdi. Azərbaycan regionun inkişafının, inteqrasiyasının və sülhün təmin olunmasının aparıcı qüvvəsinə çevrildi. Cənab Prezidentin də dediyi kimi, bu gün Qarabağda və Şərqi Zəngəzurda sürətli bərpa və quruculuq prosesi gedir, yeni yollar, hava limanları, məktəblər, xəstəxanalar tikilir. Bu reallıqlar Azərbaycan dövlətinin gücünü və xalqımızın iradəsini əks etdirir.
Kəlbəcər sakinləri ilə görüş zamanı Prezident İlham Əliyevin söylədiyi fikirlər həm də həmin bölgənin tarixi, strateji əhəmiyyəti və işğaldan azad olunmasının çətinlikləri ilə bağlı idi. Kəlbəcərin işğaldan azad olunması döyüş meydanında əldə edilmiş uğurların nəticəsi kimi mümkün oldu və bu gün həmin torpaqda dövlətimizin bayrağının dalğalanması Azərbaycan Ordusunun qəhrəmanlığının simvoludur. Prezidentin Kəlbəcərdəki çıxışı göstərdi ki, müharibənin dayandırılması qərarı həm də bu və digər bölgələrimizin dağıntılardan qorunmasına, gələcək inkişaf perspektivlərinin təmin olunmasına yönəlib. Əgər döyüşlər daha uzun davam etsəydi, təbiət gözəli olan Kəlbəcər daha böyük dağıntılara məruz qala bilərdi. Ümumilikdə, 10 noyabr bəyanatının tarixi əhəmiyyətini bir daha xatırladan dövlət başçısının çıxışı göstərdi ki, Azərbaycan bu gün güclü dövlət kimi müharibəni təkcə döyüş meydanında deyil, həm də siyasi müstəvidə qələbə ilə başa vurub. Xalqımız öz tarixi ədalətini bərpa edib və artıq qarşıda dayanan əsas hədəf işğaldan azad olunmuş torpaqların yenidən dirçəldilməsi, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı və bölgədə dayanıqlı sülhün təmin olunmasıdır. Prezidentin Kəlbəcər səfəri həm də bu ideyanın təsdiqi, dövlətin xalqla birliyinin nümayişi idi. Azərbaycanın gücü bundan sonra da bölgədə sabitliyi təmin edəcək və gələcək nəsillər üçün möhkəm təməl yaradacaq.
Şəbnəm Uğurlu,
YAP Laçın rayon təşkilatı 54 saylı ƏPT sədri
Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi
Laçın şəhər 2 nömrəli tam orta məktəbin direktor müavini
Xəbər lenti
Hamısına baxMüsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35

