Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələdə
27.08.2025 [17:15]
Azərbaycan və Türkmən xalqları əsrlər boyu ortaq tarixi köklərə, zəngin mədəniyyətə, oxşar adət-ənənələrə, dil və mənəvi dəyərlərə sahib olmuş xalqlardır. Azərbaycan və Türkmən xalqları arasındakı dərin tarixi bağlar təkcə dil və mədəni yaxınlıqla məhdudlaşmır, həm də qardaşlıq münasibətləri, qarşılıqlı hörmət və dostluq ənənələri ilə möhkəmlənir. Qədimdən Xəzər dənizinin iki sahilində yaşayan bu xalqlar eyni mədəni mühitin daşıyıcıları olmuşdur. Ortaq türk kimliyi həm milli yaddaşda, həm də gələcək hədəflərdə xüsusi yer tutur. Bu gün Azərbaycan–Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xalqlarımızın qardaşlıq bağlarının təbii nəticəsi, ortaq tariximizin yeni mərhələdə davamıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Avaza şəhərində səsləndirdiyi “Türkmənistan əmin əllərdədir” fikri isə sadəcə diplomatik kompliment deyil, ölkənin əldə etdiyi sosial-iqtisadi nailiyyətlərə verilən real və səmimi qiymətdir. Avaza şəhərinə ikinci dəfə səfər etdiyini söyləyən dövlətimizin başçısı bildirdi ki, burada gedən inkişaf, aparılan quruculuq işləri Türkmənistanın etibarlı əllərdə olduğunu aydın şəkildə göstərir. O, xüsusilə vurğuladı ki, Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi sayəsində təkcə Avaza deyil, bütün digər şəhər və kəndlər sürətlə inkişaf edir, abadlaşır, yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur layihələri gerçəkləşdirilir. Səfər çərçivəsində imzalanan mühüm sənədlər arasında Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması barədə razılaşma xüsusi rəmzi məna daşıyır. Bu sənəd iki xalqı birləşdirən qədim dostluğun və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir. Əsrlər boyu bir ailə kimi yaşayan Azərbaycan və Türkmənistan xalqları bu gün də müstəqil dövlətlər olaraq ortaq ənənələrə sadiqdir və yeni üfüqlərə doğru birlikdə addımlayır.
Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, iki ölkə arasındakı münasibətlər təkcə siyasi və iqtisadi tərəfdaşlıqla məhdudlaşmır. Bu, dostluq, gələcək əməkdaşlıq modelidir. Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri regionda qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinin daha bir parlaq nümunəsinə çevrildi. Prezidentin söylədiyi kimi, Azərbaycan və Türkmənistanın mövqeləri tam üst-üstə düşür, hər iki tərəf gələcək əməkdaşlığa hazırdır və regionun inkişafı üçün ortaq addımlar atmağa sadiqdir. Bu səfər həm iki ölkənin qarşılıqlı münasibətlərinə yeni nəfəs gətirdi, həm də çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirmək üçün zəruri mühit yaratdı.
Dövlətimizin başçısı qeyd etdi ki, onun dəvəti ilə Qurbanqulu Məlikquliyeviç iyul ayında Azərbaycanda səfərdə olub. Bu səfər zamanı tərəflər iki gün ərzində həm Bakıda, həm də Qarabağ bölgəsində bir sıra mühüm görüşlər keçiriblər. Həmin görüşlər zamanı iqtisadi, siyasi və mədəni sahələrdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə olunub. Prezidentin vurğuladığı əsas məqam odur ki, iki qardaş ölkə bundan sonra da çiyin-çiyinə irəliləyəcək, bütün məsələləri dostluq və qardaşlıq şəraitində həll edəcək. İkitərəfli əməkdaşlıq digər imkanları da genişləndirəcək. Azərbaycan Prezidentinin səfəri həm də region üçün mühüm mesaj daşıyır. Azərbaycan və Türkmənistan strateji tərəfdaş və qardaş ölkələr kimi, qarşılıqlı hörmət və etimad prinsipləri əsasında, bütün məsələləri sülh yolu ilə həll etməyə sadiqdir. Bu, regionda sabitliyin və inkişafın təmin olunması üçün vacib bir göstəricidir. Həmçinin bu səfər çoxtərəfli əməkdaşlıq formatlarının genişlənməsi üçün əhəmiyyətlidir. Azərbaycan və Türkmənistanın digər qonşu ölkələrlə ortaq layihələr həyata keçirməsi, enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın inkişafı gələcəkdə regionun strateji mövqeyini daha da gücləndirəcək.
Səfər çərçivəsində Türkmənistan, Azərbaycan və Özbəkistan liderlərinin iştirakı ilə üçtərəfli yüksək səviyyəli görüş keçirilmişdir. Prezident İlham Əliyev türk dünyasında mövcud mədəni və siyasi yaxınlığı xüsusi vurğulamış, görüşü “tarixi əməkdaşlığın yeni mərhələsi” kimi dəyərləndirmişdir. Üçtərəfli formatda əməkdaşlıq Mərkəzi Asiya üçün yeni səhifədir. Azərbaycan qazandığı böyük beynəlxalq nüfuz və regionda yaratdığı yeni reallıqlarla artıq Mərkəzi Asiya+Cənubi Qafqaz formatlarının vahid şəkildə təqdim olunması kimi xarakterizə olunur. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin səfəri Türkmənistanla əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olmaqla yanaşı, regionun inkişafında və xalqlar arasında dostluğun möhkəmlənməsində mühüm rol oynayır. Bu səfər, eyni zamanda, iki ölkə arasında ortaq maraqlar və ortaq layihələrin həyata keçirilməsinin göstəricisi kimi diqqətəlayiqdir. Azərbaycan və Türkmənistan bundan sonra da çiyin-çiyinə addımlayacaq, bütün məsələləri dostluq, qardaşlıq və strateji əməkdaşlıq prinsipləri əsasında həll edəcək.
Müşfiq Səfərov,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

