Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yevlaxlılar davamlı, sağlam və işıqlı gələcəyə səs verəcəklər

Yevlaxlılar davamlı, sağlam və işıqlı gələcəyə səs verəcəklər

24.09.2013 [10:39]

Rayonun Qaramanlı, Hacımahmudlu, Nəmərli və Dəlləklər kəndlərində seçicilərlə növbəti görüşlər keçirilib
Məlum olduğu kimi, oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək və artıq bir həftədən çoxdur ki, namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. Beləliklə, YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin Yevlax rayonu üzrə seçki qərargahının üzvləri kampaniya çərçivəsində dünən rayonun Qaramanlı və ətraf kəndlərində - Hacımahmudlu, Nəmərli, Dəlləklər kəndlərində seçicilərlə növbəti görüşlərini keçiriblər.
Çıxış edən YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə gördüyü işlərdən danışıb. Millət vəkili vurğulayıb ki, cənab İlham Əliyev ötən 10 ildə Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevirib. Regionların sosial iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində Azərbaycanın hər bir rayonu, hətta kəndləri belə, inkişaf etdirilib. Bu gün rayonlarla Bakı şəhəri arasındakı fərq aradan götürülüb. Onların yolları, küçələri, tikililəri Bakı şəhərindəkindən geridə qalmır: “Təbii ki, bu inkişafdan Yevlağa da pay düşüb. Məhz dövlət başçısının diqqət və qayğısı sayəsində Yevlax rayonu son illərdə çox sürətli inkişaf edib. Burada böyük quruculuq işləri aparılıb. Hazırda hər birimiz böyük fəxr hiss ilə deyirik ki, Yevlax müasir şəhərə çevrilib. Ötən illər ərzində burada böyük infrastruktur obyektləri, abadlıq işləri, parklar, xiyabanlar, bulvar tikilib”.
Seçicilər qarşısında çıxış edən YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev ölkəmizdə gedən sürətli inkişaf, həmçinin, Prezident İlham Əliyevin daima xalqımıza göstərdiyi yüksək diqqət və qayğı barədə danışıb. O, vurgulayıb ki, bu gün hər bir yevlaxlı gündən-günə gözəlləşən, abadlaşan öz doğma şəhəri ilə fəxr edir: “Qürurla demək istəyirəm ki, ümumiyyətlə şəhərimiz son 10 il ərzində tamamilə dəyişib, müasir, gözəl bir şəhərə çevrilib. Mən inanmıram ki, dünyanın hansısa ölkəsində 10 il ərzində bu qədər yeniliyə, tərəqqiyə nail olunsun. Bu uğur yalnız Azərbaycana və yalnız cənab İlham Əliyevə məxsusdur. Butun bunlara görə, hər bir yevlaxlı seçici bir daha öz minnətdarlığını və məhəbbətini Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə bildirmək üçün 9 oktyabrda böyük fəallıqla seçki məntəqələrinə gələrək, davamlı, sağlam və işıqlı gələcəyə səs verəcəklər”.
Çıxış edən kənd sakinləri deyiblər ki, son 10 ildə ölkəmiz böyük nailiyyətlər əldə edib: “Artıq indi bizim güclü dövlətimiz var. Biz öz güclü dövlətimizlə fəxr edirik! Hər bir azərbaycanlı fəxr edir ki, o, güclü Azərbaycan dövlətinin vətəndaşıdır. Bu güclü dövləti bizə məhz cənab İlham Əliyev bəxş edib. Ona görə də, oktyabrın 9-da biz yevlaxlılar cənab İlham Əliyevə səs verəcəyik”.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1052 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30