/ / Biz Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında inamlı sabaha, işıqlı gələcəyə doğru addımlayırıq
Biz Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında inamlı sabaha, işıqlı gələcəyə doğru addımlayırıq
25.09.2013 [10:06]
Bu fikirlər Siyəzən rayonunun Tağay, Yenikənd kəndləri və Gilgilçay qəsəbəsində keçirilən görüşlərdə bir daha bəyan edilib
9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Siyəzən rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş sentyabrın 24-də rayonun Tağay, Yenikənd kəndləri və Gilgilçay qəsəbəsində keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirib ki, bu gün biz xalqımızın Ümummilli lideri Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında inamlı sabaha, işıqlı gələcəyə doğru addımlayırıq: “Biz gözəl dərk edirik ki, bu gün Ulu öndər Heydər Əliyev siyasəti uğurla davam edir. Möhtərəm Prezidentimiz İlham Əliyev bunu Öz əməli fəaliyyəti ilə də sübut edir. Son 10 il Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafla, ölkəmizin regionda və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Biz inanırıq ki, növbəti dəfə cənab İlham Əliyev prezident seçiləcək və ölkəmiz durmadan inkişaf edəcək”.
Daha sonra çıxış edən millət vəkili Tahir Süleymanov qeyd edib ki, cənab İlham Əliyev Azərbaycanın gələcəyinin qarantıdır: “İlham Əliyev xalqımıza və dövlətimizə ləyaqətlə xidmət etməyi qarşısına məqsəd qoyan və bu missiyanı ləyaqətlə həyata keçirən bir siyasətçidir. O, yeniliyi sevir və müdafiə edir, gəncliyə arxalanır. O, həmişə gəncliyimizə şəxsi nümunə göstərir və onları ardınca aparmağı bacarır. Bu gün bütün Azərbaycan xalqı Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə inanır və Onun ardınca gedir”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev tədbirdə çıxış edərək bildirib ki, dövlət başçısının Azərbaycanın gələcəyi üçün bir sıra önəmli addımlar atdığı, ölkəmizi dünya arenasında layiqincə təmsil etdiyi hər kəsə məlumdur: “Cənab İlham Əliyev xalq tərəfindən dəstəklənən liderdir. İnanıram ki, 2013-cü ilin prezident seçkilərində cənab Prezidentimiz qalib gələcək. Biz yalnız qarşıdakı 5 ildə deyil, ümumiyyətlə ölkənin gələcəyində cənab Prezidenti lider kimi görmək istəyirik. Çünki güclü lider güclü dövlət deməkdir. Yəni Azərbaycanın qüdrəti, qazandığı uğurlar birbaşa cənab Prezidentin yeritdiyi siyasətlə bağlıdır. Hesab edirəm ki, Azərbaycan xalqının gələcəyini düşünənlərin İlham Əliyevdən başqa seçimi və arzusu ola bilməz”.
Daha sonra tədbirdə iştirak edən kənd ağsaqqalı Oruc Ağayev, müəllimlərdən Şahin Səfərov, Gülnarə Bədəlova, təqaüdçü Dilbar Aslanov çıxış edərək bildiriblər ki, 9 oktyabrda Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər”.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

