Azərbaycanı parlaq gələcəyə aparan lider cənab İlham Əliyevdir
27.09.2013 [10:10]
Goranboy rayonunun Zeyvə, Şəfəq, Qaraçinar, Yenikənd və Aşağı Ağcakənd kəndlərində seçicilərlə görüşlər keçirilib
Dünən YAP Goranboy rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlərini rayonun Zeyvə, Şəfəq, Qaraçinar, Yenikənd və Aşağı Ağcakənd kəndlərində keçirib.
Öncə çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov Ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bunun nəticəsində bütün sahə və sektorların paralel inkişaf etdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb: “Prezident İlham Əliyev dövlət başçısı kimi üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirir. Dövlət başçısının rəhbərliyi altında ölkəmizin iqtisadi qüdrəti artıb, Azərbaycan beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevrilib. Eyni zamanda, Azərbaycan vətəndaşlarının hüquqları tam təmin olunub”.
E.İsmayılov bildirib ki, Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin ideyalarının daşıyıcısıdır. “Ölkə başçısı İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası cəmiyyətimizin ən avanqard və güclü siyasi təşkilatıdır. Aparılan rəy sorğularından da məlumdur ki, vətəndaşlarımızın böyük əksəriyyəti Prezident İlham Əliyevi alternativsiz lider kimi dəyərləndirir və hazırki inkişafın, sabitliyin davam etməsinə tərəfdardırlar”, - deyən YAP Goranboy rayon təşkilatının sədri bu seçkilərin də cənab İlham Əliyevin qələbəsi ilə nəticələnəcəyinə əminliyini ifadə edib.
Azərbaycan Respublikası Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev isə qeyd edib ki, Ulu öndər Heydər Əliyevin ardıcıl və düşünülmüş siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmiz gündən-günə inkişaf edir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına son müraciətini xatırladan akademik Telman Əliyev Prezident İlham Əliyevin qətiyyətlə apardığı daxili və xarici siyasət nəticəsində orada əksini tapmış bütün arzuların reallaşdığını bildirib, ölkəmizin beynəlxalq aləmdə öz sözü, nüfuzu ilə fərqləndiyini vurğulayıb.
Akademik əlavə edib ki, bu gün əldə edilən bütün uğurların əsasında Ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi durur: “Ona görə də mən seçiciləri bundan sonrakı dönəmdə də inkişafa, sabitliyə nail olmaq üçün cənab İlham Əliyevə səs verməyə çağırıram”.
Daha sonra çıxış edənlər - qərargah üzvləri Məzahir Zeynalov, Ziya Şükürov, Şahin Allahverdiyev, seçicilər - Nemət Abbasov, Firduz Həmidova, Talya İsmayılova, Şeyda Pənayeva, Yusif Hümbətov, Mehriban Nəsirova, Kamran Məmmədov, Telman Xanlarov, Sahil Kərimov və digərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər və Yeni Azərbaycan Partiyasının namizədinin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandıqlarını bildiriblər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24

