Xalqımız qürurla Dövlət Suverenliyi Gününü qeyd edir
17.09.2025 [14:59]
Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri
Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərkərdəlik və diplomatik məharəti, Silahlı Qüvvələrimizin qəhrəmanlığı, fədakarlığı sayəsində əzəli torpaqlarımız 30 illik işğaldan azad olundu. Milli dəyərlərinə hörmətlə yanaşan Azərbaycan xalqı öz tarixi müstəqilliyini, suverenliyini bərpa etdi. Tarixi 44 günlük haqq savaşında, 2023-cü il sentyabrın 19-20-də 23 saat 43 dəqiqəyə Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı, dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarına son qoyulması xalqımızın Vətənə olan sonsuz məhəbbətini, bir yumruq ətrafında birlik olduğunu nümayiş etdirdi. Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin tam təmin olunması proseslərinin başa çatdırılması üçün antiterror əməliyyatının aparılması qaçılmaz idi.
İşğalçı Ermənistanın təcavüzkar terrorçu qüvvələrinin növbəti hərbi təxribatının qarşısını layiqincə alınması, tarixi ədalətin öz yerini alması 2023-cü ilin antiterror əməliyyatı Azərbaycan və ümumilikdə Cənubi Qafqaz regionu üçün həm böyük siyasi, həm də tarixi əhəmiyyət kəsb edir. Azərbaycan dövlətinin Qarabağda apardığı 23 saatlıq antiterror əməliyyatı uğurlu nəticələri bir daha təsdiqlədi ki, Azərbaycan öz maraqlarını müdafiə edir, haqqa, ədalətə söykənən mövqeyini dəstəkləyir.
Müzəffər Baş Komandan, Prezident cənab İlham Əliyev 2024-cü il 19 sentyabr tarixində Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis olunması ilə bağlı sərəncam imzaladı. Bununla da 2023-cü ildə Qarabağda aparılmış qısamüddətli antiterror əməliyyatı nəticəsində əzəli yurdlarımızın erməni separatçılarından tam təmizlənməsi, Xankəndidə dövlət bayrağımızın ucaldılması, Azərbaycanın qəlbindəki illərin yarasının sağalması ilə yaddaşımıza yazılmış böyük bir günün əlamətdarlığı təqvimdə rəsmiləşdi.
"Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır". 2024-cü il 19 sentyabr tarixli sərəncamda qeyd edilən bu fikirlər Azərbaycanın ərazi bütövlüyünün tam bərpasının, suverenliyinin tam təmin edilməsinin xoş müjdəsini xalqımıza çatdırdı.
Qalib ölkəmizin Qalib Prezidenti cənab İlham Əliyev antiterror əməliyyatından sonra 15 oktyabr 2023-cü ildə Xankəndi, Xocalı, Əsgəran, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq əlamətdar Qələbəni rəsmi olaraq təsdiqlədi. 2023-cü ilin 8 noyabrında Xankəndi şəhərində Vətən müharibəsində əldə etdiyimiz Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi.
Hər zaman haqqın, ədalətin, sülhün tərəfində olan Azərbaycanın dövlət suverenliyini tam təmin etdi. İllərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinin hərbi-siyasi müstəvisi başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev rəşadətli ordumuzun gücü ilə 23 saat 43 dəqiqəyə Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı, dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarına son qoyuldu.
Artıq torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilib, regionda yeni reallıqlar – təhlükəsiz mühit formalaşıb. Erməni faşizminin canlı şahidi dağıdılmış şəhər və kəndlərimiz, bayrağımızı sancmağa bir dənə də olsun salamat tikilinin qalmadığı torpaqlarda indi genişmiqyaslı quruculuq işləri, dünyanı heyrətə salan layihələr reallaşdırılır. Qəddar işğala, ağlasığmaz dağıntılara və vəhşiliklərə məruz qalmış yurd yerləri insanların rahatlığı üçün ən gözəl görkəmdə müasir dünya təcrübəsindən faydalanaraq yenidən bərpa edilir.
Xalqımız bu gün qürurla Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 20 Sentyabr - Dövlət Suverenliyi Gününü qeyd edir və hər zaman da qeyd edəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

