YAP Ağstafa rayon təşkilatının Ərazi Partiya Təşkilatında tədbir keçirilib
18.09.2025 [13:27]
17 sentyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin akt zalında Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Ağstafa DAİM” və “Baytarlıq idarəsi” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə “20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü”nə, “20 sentyabr – Dövlət Suverenliyi Günü”nə və “19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı”na həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli qeyd edib ki, 2023-cü il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli Azərbaycan bayrağını ucaldaraq tarixi ədaləti bərpa etdi. Bu an xalqımızın yaddaşına qürur və fəxarət dolu bir səhifə kimi yazıldı. Prezident İlham Əliyevin 20 il əvvəl verdiyi vədlərin gerçəkləşməsi, Azərbaycanın milli maraqlarının və ərazi bütövlüyünün qorunması dövlət başçımızın sarsılmaz iradəsinin və xalqın birliyinin təntənəsi oldu. Azərbaycan xalqı üçün dövlət suverenliyi sadəcə hüquqi-siyasi anlayış deyil, əsrlər boyu davam edən milli azadlıq mübarizəsinin, qurbanların, fədakarlığın və qələbənin nəticəsidir. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi bu tarixi gerçəkliklərin təntənəsi, xalqımızın milli iradəsinin dövlətçilik rəmzinə çevrilməsidir. Ermənistan Ordusu məğlubiyyətə uğrasa da, separatçılar Qarabağda reallıqları qəbul etmək istəmirdi. 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu Qarabağda qalan separatçı qüvvələrə qarşı lokal antiterror tədbirlərinə başladı. Yalnız 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində separatçı qurum kapitulyasiya etdi və özünü buraxdığını elan etdi. Bununla da Azərbaycan bütün əraziləri üzərində tam suverenliyini bərpa etdi.
Tədbirdə çıxış edən digər natiqlər - partiya fəalları Raqif Qurbanov, Səbinə Pirquliyeva, Rəna Hacıyeva, Rauf Əliyev və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev bildiriblər ki, cəmi 23 saat 43 dəqiqə ərzində keçirilən əməliyyatın əsas məqsədi Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin zərərsizləşdirilməsi, onların hərbi obyektlərinin məhv edilməsi və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması idi. Əməliyyat zamanı Azərbaycan Ordusu müasir hərbi texnika və yüksək dəqiqlikli vasitələrdən istifadə edərək strateji mövqelərdə yerləşdirilmiş qanunsuz erməni silahlı qüvvələrini sıradan çıxardı. Beləliklə, Ağdərə, Xoçavənd, Xocalı və Xankəndidən separatçıların qovulması ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Bu gün Azərbaycan öz suverenliyini tam təmin etmiş, sərhədləri boyunca hakimiyyətini bərpa etmiş güclü bir dövlətdir. Dövlət Suverenliyi Günü xalqımızın qəhrəmanlıqla yazdığı tarixin, şəhidlərin canı, qazilərin sağlamlığı bahasına əldə edilən qələbələrin və dövlətimizin gələcək inkişaf yolunun simvoludur.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

