Azərbaycan xalqı qarşısında heç kim dura bilməz
18.09.2025 [23:12]
Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir.
2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərə qayıdıb yaşayan, orada bərpa quruculuq işlərində çalışan vətəndaşlarımızın və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və ölkəmizin konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini tam olaraq bərpa edib.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Xocavənd və Xocalı şəhərlərində, Xocalının Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində və Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir. Dövlətimizin başçısı və Mehriban xanım Əliyeva mütamadi olaraq azad edilmiş ərazilərə səfər edir, səfər çərçivəsində orada görülən işlərilə şəxsən tanış olur, tapşırıq və tövsiyyələrini verir, mühüm obyektlərin təməl qoyma mərasimlərində , açılışlarında iştirak edir, sakinlərlə görüşürlər. Bütün bunlar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə nə qədər dəyər verdiklərini, diqqət göstərdiklərinin bariz nümunəsidir.
Prezident İlham Əliyevin Füzuli, Xocalı, Xocəvənd, Xankəndi şəhərlərinə son səfəri də mühüm məqamlarla, əhəmiyyətli açılışlarla yadda qaldı.
Səfər zamanı Dövlətimizin başçısı Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub. Qeyd olunub ki, kəndə Ermənistanın işğalı zamanı dağıdılmış Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləri yerləşdiriləcək. 2026- cı ildə yekunlaşdırılması nəzərdə tutulan birinci mərhələdə 404 ailənin, ümumilikdə 1861 nəfərin , 2027–2030-cu illəri əhatə edəcək ikinci mərhələ isə 1075 ailənin, ümumilikdə 4093 nəfərin köçürülməsi nəzərdə tutulduğu bildirilib.
Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə gedərək, orada inşa olunmuş məscidin açılışında iştirak edib, sonra rayonunun Sos kəndində, Qırmızı Bazar qəsəbəsində olub. Səfər çərçivəsində Xocalı rayonunun Şuşakənd və Seyidbəyli, Daşbulaq, Badara kəndlərində olan Dövlətimizin başçısı burada sakinlərlə görüşüb.
Prezident İlham Əliyev görüş zamanı bundan sonra həyatınızda ancaq sevincli günlərin olacağını, əzab-əziyyətin, ədalətsizliyin, haqsızlığın arxada qaldığını bildirib. Azərbaycan dövlətinin sakinlər üçün bütün şəraiti yaratdığını, onların Qarabağ diyarında artıq əbədi yaşayacaqlarını söyləyib. Bütün bunların, ədalətin təntənəsi olduğunu qeyd edib.
“Öz doğma torpağı uğrunda Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən, şəhid verən və qalib gələn ikinci ölkə yoxdur”- deyən dövlətimizin başçısı Qələbəmizi xalqımızın iradəsi , xalqımızın öz doğma torpağına olan bağlılığı , bizim müştərək iradəmizin , döyüşkən xasiyyətimizin olması təmin etdiyini vurğulayıb.
Ölkə rəhbəri 19-20 sentyabr antiterror əməliyyatının düşmənə və hamıya dərs olduğunu qeyd edib. Prezident İlham Əliyev əlavə edib ki, cəmi bir neçə saat davam edən hərbi əməliyyat separatçıların kökünü kəsdi və onların ümid bağladıqları yerlər də səssiz qaldı. Çünki Azərbaycan Ordusu qarşısında heç kim dura bilməzdi, Azərbaycan xalqı qarşısında heç kim dura bilməzdi, ona görə ki, biz haqlıyıq.
Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançası olduğunu bildirən dövlətimizin başçısı qısa müddət ərzində bu gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması Azərbaycanın gücünü, niyyətini göstərdiyini bildirib. Və xüsusi olaraq qeyd edib ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Sahib Şükürov,
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

