Daşkəsənlilərin seçimi cənab İlham Əliyevdir!
27.09.2013 [10:18]
Daşkəsəndə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində minlərlə rayon sakininin iştirak etdiyi möhtəşəm mitinq-konsert keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) 9 oktyabrda keçiriləcək prezident seçkilərində namizədi cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası Daşkəsəndə də uğurla davam edir. Kampaniya çərçivəsində dünən rayonda minlərlə rayon sakininin iştirak etdiyi möhtəşəm mitinq-konsert keçirilib. Azərbaycan Respublikasının üçrəngli bayraqları və partiyamızın bayraqları ilə bəzədilmiş meydanda seçicilər böyük coşğu və yüksək əhval-ruhiyyə ilə iştirak edirdilər.
Böyük qələbəliyin yaşandığı mitinqdə çıxış edən prezidentliyə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı partiyamızın namizədinin təbliğat-təşviqat kampaniyasına göstərdikləri böyük marağa görə daşkəsənlilərə təşəkkür edib. O, daha sonra Azərbaycanda həyata keçirilən dövlət siyasəti haqqında danışıb. Millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Dəfələrlə dövlətimizin başçısının çıxışlarında xüsusi vurğulanıb ki, Azərbaycanın ən inkişaf etmiş şəhəri ilə ən ucqar kəndi arasında fərq tamamilə aradan qalxmalıdır. Hər bir vətəndaşımız harada yaşamasından asılı olmayaraq, onun həyat şəraiti yüksək səviyyədə qurmalıdır. Eyni zamanda, bu gün Azərbaycanın hər bir regionu inkişaf edib. Paytaxtla rayonlar arasındakı fərqlər çox sürətlə aradan qalxır. Hər bir rayonda yeni infrastruktur layihələri reallaşdırılır, yollar çəkilir, parklar salınır, rayonlarda böyük potensial yaradılır, iş yerləri açılır, əhalinin güzəranı daha da yaxşılaşdırılır”.
“Biz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarını Azərbaycanın hər bir rayonunda açıq şəkildə müşahidə edirik. Daşkəsən rayonunda da son illərdə çox böyük quruculuq işləri həyata keçirilib. Eyni zamanda, bölgədə yeni iş yerlərinin açılması istiqamətində görülən işlər, insanların həyat səviyyəsinin yaxşılaşdırılması artıq vaxtilə bu rayondan köçən insanların geri qayıtmasını şərtləndirib”, - deyən YAP İcra katibinin müavini əlavə edib ki, bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələridir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini Azərbaycanı yüksək səviyyədə inkişaf etmiş ölkələr sırasına çatdırmaq təşkil edir. Və bu istiqamətdə hədəflər müəyyən edilib. Bu hədəfələrə çatmaq naminə isə hər birinizi cənab İlham Əliyevə səs verməyə çağırıram.
Daha sonra çıxış edən millət vəkili Rövşən Rzayev Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi inkişaf siyasətinin uğurlarından danışaraq vurğulayıb ki, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti Azərbaycana böyük uğurlar qazandırıb: “Biz həyatımızın bütün sahələrində - ailədə, bizi əhatə edən mühitdə, daha geniş mənada dövlətimizin, cəmiyyətimizin həyatında, Azərbaycanın beynəlxalq miqyasda güclənən mövqeyində bu uğurları açıq şəkildə müşahidə edirik. Bu gün Azərbaycanın hər bir regionu inkişaf edib. Paytaxtla rayonlar arasındakı fərqlər çox sürətlə aradan qalxır. Hər bir rayonda yeni infrastruktur layihələri reallaşdırılır, yollar çəkilir, parklar salınır, rayonlarda böyük potensial yaradılır, iş yerləri açılır, əhalinin güzəranı daha da yaxşılaşdırılır. Biz İlham Əliyevə səs verməklə xoş gələcəyimizə səs vermiş oluruq”.
Millət vəkili R.Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara da toxunaraq deyib ki, Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət kursu erməni yalanlarının ifşa olunması, Dağlıq Qarabağla bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını təmin edib. Bu siyasətin davam etməsi və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olunması üçün cənab İlham Əliyevi dəstəkləmək, bu seçkilərdə Ona səs vermək hər bir vətənpərvər azərbaycanlının borcudur.
Daha sonra çıxış edən güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilmiş Firdovsi Umudov deyib ki, Azərbaycanda idman sahəsində qazanılan uğurların hamısı məhz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olub: “Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdmançılarımızın uğurlarına bizlərdən daha çox möhtərəm Prezidentimiz sevinir. Mən sizləri cənab İlham Əliyevə səs verməyə çağırıram”.
F.Umudovun sözlərinə görə, bu gün Azərbaycanın hər regionunda olimpiya idman mərkəzləri gənclərin istifadəsinə verilib. Bu gənclərimizin pis vərdişlərdən uzaqlaşıb, idmanı, sağlam həyat tərzini seçməsinə xidmət edir.
Firdovsi Umudov daha sonra cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələrindən də bəhs edərək deyib ki, bu gün Azərbaycanda sağlam, əqidəli, dövlətimizi sevən gənclər ordusu yetişir. Əlbəttə ki, bu güclü potensial gələcəkdə Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə xidmət edəcək. Bu potensialı isə İlham Əliyevin həyata keçirdiyi siyasət yaradıb.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə öz çıxışına prezident seçkilərinin ölkələrin tarixindəki əhəmiyyətini qeyd edərək başlayıb. Baş redaktor prezident seçkilərdə müxtəlif təmayüllü partiyaların namizədlərinin iştirak etdiyini xatırladaraq vurğulayıb ki, buna baxmayaraq, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin alternativi yoxdur. Dövlətimizin başçısı ötən 10 ildə gördüyü işlərlə təsdiqləyib ki, Azərbaycanın gələcək illərdəki inkişafı üçün də yeganə namizəd məhz İlham Əliyevdir.
Hikmət Babaoğlu xatırladıb ki, Prezident İlham Əliyev 2003-cü ildə bu vəzifəyə seçiləndə bəyan etmişdi ki, O, hər bir azərbaycanlının Prezidenti olacaq: “Dövlətimizin başçısının ötən 10 ildə fəaliyyəti Onun hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. “Milli şura” paytaxt Bakı şəhərində keçirdiyi mitinqdə, bu gün ucqar dağ rayonu olan Daşkəsəndə kütləvi mitinqə çıxanların beşdə biri qədər tərəfdar toplaya bilməmişdi. Əlbəttə ki, bunlar bir daha Azərbaycan cəmiyyətinin siyasi proseslərə münasibətinin, cənab İlham Əliyevə sevgisinin təzahürüdür”.
Daşkəsən rayon ağsaqqalları adından Frunze Rüstəmov, rayon qadınları adından Mehriban Rüstəmova çıxış edərək cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə və Daşkəsən rayonunda görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıblar.
Sonra YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev çıxış edərək deyib ki, 10 il ərzində Azərbaycan əsrlərə bərabər inkişaf yolu keçmişdir. Bu gün ölkəmizdə inkişafın Azərbaycan modeli yaranmış, yüksək və dinamik sosial-iqtisadi sıçrayışa nail olunmuşdur. Bu isə, öz növbəsində, ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasına gətirib çıxarmışdır. İlham Əliyev tərəfindən irəli sürülən layihələr-enerji layihələri, iqtisadi-sosial layihələr, siyasi təşəbbüslər ölkəmizin uğurlu inkişafına yönəldilmişdir: “Bu gün İlham Əliyevin hər bir daşkəsənlinin ürəyində əzəmətli heykəli ucalıbdır. Biz İlham Əliyevə səs verməklə Şərqə günəş kimi doğan, xoş gələcəyi olan qüdrəli və zəngin Azərbaycana, ərazi bötüvlüyümüzə, iqtisadi tərəqqiyə və müasirləşməyə, demokratik və sürətli inkişafa, hər bir vətəndaşın sosial qayğısının yaxşılaşdırılmasına, on namizədin ən layiqlisinə, ən yaxşısına, güclü siyasi liderə, ədalətli cəmiyyətə, gözəl gələcəyə, problemsiz həyata, Azərbaycanın yeni uğurlarına səs vermiş oluruq”.
Sonra tədbir tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı ilə davam edib.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

