Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır
22.09.2025 [15:39]
Sentyabrın 20-də Azərbaycan və Ruanda prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlətimizin başçısı cənab İlham Əliyev çıxışında bildirib: “Bu səfər ikitərəfli münasibətlərə əlavə təkan verəcək. Biz əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə etdik, tərəfdaşlığımızı dərinləşdirmək və genişləndirmək istiqamətində birgə iradəmizi ifadə etdik. Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dost ölkələrdir. Biz beynəlxalq təsisatlarda birgə iştirak edir, hər zaman bir-birimizi dəstəkləyirik. Qoşulmama Hərəkatında sədrliyimiz dövründə Ruandanın göstərdiyi dəstək yüksək qiymətləndirilir. Ruanda həmrəyliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərimizin əksəriyyətini dəstəkləyib və onlara qoşulub. BMT çərçivəsində də fəal əməkdaşlıq edir, qarşılıqlı dəstəyi daim artırırıq.”
Prezident İlham Əliyev son illərdə əlaqələrin daha nəticəyönümlü olduğunu vurğulayıb. Azərbaycandan Ruandaya müxtəlif nümayəndə heyətlərinin səfərləri həyata keçirilib. Ötən il Heydər Əliyev Fondunun nümayəndə heyəti Ruandada olub və Fondun vitse-prezidenti Leyla Əliyevanın səfəri yüksək dəyərləndirilib. Dövlətimizin başçısı qeyd edib ki, Ruandanın genişmiqyaslı inkişafı, dövlətçiliyə və müstəqilliyə bağlılığı böyük təəssürat yaradıb. Heydər Əliyev Fondunun Ruandada təhsil proqramlarını dəstəkləməsi xüsusi əhəmiyyət kəsb edir və bu istiqamət ikitərəfli münasibətlərdə prioritet olmalıdır.
Hazırda Azərbaycanda Ruandadan yalnız bir tələbənin təhsil aldığını bildirən Prezident, tələbə mübadiləsinin genişləndirilməsinin vacibliyini qeyd edib. Bu, Azərbaycanın dövlət təqaüdü çərçivəsində mümkün ola bilər.
Əlavə olaraq, Ruandada “ASAN xidmət” modelinə əsaslanan dövlət xidmətləri mərkəzinin yaradılması imkanları müzakirə olunub. Azərbaycan bu istiqamətdə texniki və maliyyə dəstəyi göstərməyə hazır olduğunu bəyan edib.
Enerji, mədən sənayesi, biznes və investisiya sahələrində əməkdaşlıq imkanları da diqqət mərkəzində olub. Azərbaycan tərəfi Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğunu vurğulayıb. Dövlət başçısı bildirib: “Bizim siyasi münasibətlərimiz ən yüksək səviyyədədir. Qarşımızda duran əsas vəzifə bu müsbət təcrübəni iqtisadi, ticari və digər sahələrdə də inkişaf etdirməkdir.”
Azərbaycan Respublikası ilə Ruanda Respublikası arasında diplomatik münasibətlər 28 may 2004-cü ildə yaradılıb. Əlaqələr əsasən BMT, Qoşulmama Hərəkatı və İƏT çərçivəsində inkişaf etdirilir. Ruanda Azərbaycanın QH-yə sədrliyinin uzadılmasına, eləcə də ölkəmizin irəli sürdüyü təşəbbüslərə, xüsusilə COVID-19 ilə bağlı fəaliyyətinə dəstək göstərib.
Bu gün ölkələrimiz arasında əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsi və əlaqələrin daha da gücləndirilməsi qarşılıqlı maraq doğurur.
Şamo Qasımov,
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

