Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Binəqədi gəncləri inkişafa və stabilliyə səs verəcəklər

Binəqədi gəncləri inkişafa və stabilliyə səs verəcəklər

28.09.2013 [11:00]

YAP Binəqədi rayon təşkilatında “Bu günüm və sabahım” mövzusunda tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatında 9 oktyabr prezident seçkilərində rayon ərazisində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib. “Bu günüm və sabahım” mövzusunda keçirilən görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Qüdsi Bayramov ölkədə aparılan gənclər siyasətindən danışıb və bu siyasətin uğurla davam etdiyini bildirib. Çıxışında Binəqədi rayonunda gənclərin inkişafı üçün ən müxtəlif imkanların yaradıldığını deyən Q.Bayramov rayon ərazisində 72943 gəncin yaşadığını qeyd edib.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının fəalı Jalə Tofiqqızı “bugünkü gənclik 90-cı illərin gəncliyi deyil. Bu gün gənclər daha çevik, daha praqmatikdirlər”, deyib. Çıxışında Prezident İlham Əliyev tərəfindən uğurla aparılan gənclər siyasəti barədə də danışan natiq gəncləri 9 oktyabrda YAP-ın namizədinə səs verməyə çağırıb.
Çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov da ölkədə həyata keçirilən gənclər siyasətindən danışıb və Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bu sahədə böyük dirçəlişin baş verdiyini qeyd edib. O bildirib ki, son 10 ildə Azərbaycanda gənclər siyasəti dövrün, zamanın tələbinə uyğun icra olunur. S.Orucov çıxışının sonunda hər kəsi seçkidə iştiraka və aparılan düzgün siyasətə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov son 10 ildə əldə edilmiş uğurlardan danışıb. O, bildirib ki, gənclər artıq öz seçimlərini edib və bu seçimi seçki günü ifadə edəcəklər.
Millət vəkili Fuad Muradov keçmişə qısa ekskurs edərək 90-cı illərin əvvəllərində xalqımızın tarixi seçim etməsindən və Ümummilli lider Heydər Əliyevin Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etməsindən danışıb. Millət vəkili deyib ki, bu gün Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin bəhrəsini hər bir gənc görür. Sonda o, 9 oktyabrda gəncləri inkişafa və stabilliyə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən millət vəkili Rafael Cəbrayılov bildirib ki, vətənpərvər gəncliyin varlığı Azərbaycanın dostlarını sevindirir, Azərbaycanı istəməyənlərin isə qısqanclığına səbəb olur. Onun sözlərinə görə, Azərbaycan xalqı vətənpərvər gəncliyin simasında böyük milli sərvətə malikdir. Sonda gəncləri İlham Əliyevə səs verməyə çağıran millət vəkili bildirib ki, bu seçim Azərbaycanın növbəti 5 ildə də inkişafının qarantı olacaq.
“Biz seçkidə iştirak edib növbəti 5 ildə inkişafa səs vercəyik”, deyən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova bunun üçün kifayət qədər əsasların olduğunu bildirib. O, Avropada və Azərbaycanda gənclər siyasətini müqayisə edərək qeyd edib ki, Avropanın bir çox ölkələrində Azərbaycanda aparılan gənclər siyasəti bəyənilir.
YAP Gənclər Birliyinin sədr müavini, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov ölkədə aparılan islahatlardan və bu islahatların gənclərə yaratdığı şəraitdən danışıb. Çıxışında gəncliyi seçkidə iştiraka səsləyən Ramin Məmmədov hər kəsi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nəzdində İctimai Şuranın üzvü Nurəddin Mehdiyev ölkəmizin son 10 ildə inkişaf etdiyini, iqtisadiyyatda qeyri-neft sektorunun payının artdığını bildirib. Natiq deyib ki, bu gün gəncliyin inkişafı üçün müxtəlif normativ hüquqi aktlar qəbul edilir və dövlətin məqsədi sağlam bir gənclik formalaşdırmaqdır.
Sonra tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ilk dəfə səs verəcək gəncləri seçkilərdə aktiv olmağa, cənab Prezident İlham Əliyev tərəfindən aparılan siyasətə səs verməyə çağırıb. O, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətindən danışıb və bu gün bu siyasətin uğurla davam etdirildiyini qeyd edib. Natiq bildirib ki, bu gün ölkə gəncliyi Azərbaycanı xaricdə layiqincə təmsil edir və gənclər bütün sahələrdə uğurlara imza atır. Azərbaycanın uğurlarını qeyd edən rayon təşkilatının sədri bunun əsasında düşünülmüş siyasətin dayandığını və bu siyasətin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib.
NADİR

Paylaş:
Baxılıb: 937 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30